Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


MÖVZU 4. EKOLOJİ PROQNOZ VƏ PLANLAŞDIRMA, DÖVLƏTİN BU SAHƏDƏ SİYASƏTİ



Yüklə 439,4 Kb.
səhifə34/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

MÖVZU 4. EKOLOJİ PROQNOZ VƏ PLANLAŞDIRMA, DÖVLƏTİN BU SAHƏDƏ SİYASƏTİ


  1. Ekoloji proqnoz və planlaşdırma

  2. Ekoloji monitorinq, onun vəziyyətinin proqnoz və modelləşdirilməsi məsələləri

  3. Dövlət ekoloji ekspertizası və onun maliyyələşdirilməsi mənbələri

4.Ətraf mühitə təsirin qiymətləndirilməsində indikatorlar, nöqsanlar və risklər
1. Ekoloji proqnoz və planlaşdırma
Ətraf mühitin qorunması və təbiətin mühafizə edilməsi elmi cəhətdən əsaslandırılmış, normativ sənədlərin və proqnozların işlənib hazırlanmasını tələb edir. Fərdi mənafelər baxımından mənfəətlik motivlərinə üstünlük verilməsi istər-istəməz ətraf mühitin qorunması və təbiətin mühafizəsindəki tarazlığı pozur. Ona görə də, təsərrüfatçılıq baxımından aparılacaq işlər cəmiyyətin mənafeyi naminə düşünülmüş şəkildə proqnozların işlənib hazırlanmasını tələb edir.

Proqnozların işlənib hazırlanması istehsal obyektlərinin planlaşdırma prosesinin çıxış nöqtəsini təşkil edir. Bu baxımdan ekoloji proseslərin təkamülünün aşkar edilməsi, onların gələcək fəaliyyətinin qiymətləndirilməsi, yarana bilən yeni ekoloji situasiyaların nəzərə alınması və təbiəti mühafizə tədbirlərinin optimal variantlarını seçmək üçün elmi cəhətdən əsaslandırılmış materialların toplanması ekoloji proqnozlaşdırmanın başlıca funksiyasını təşkil edir.

Proqnozlaşdırma baxımından aşağıdakı prinsiplərin gözlənilməsi məqsədəuyğun sayılır:

- təbii resurslar potensialının inkişafı, təbiətdən istifadə və təbiəti mühafizə fəaliyyətinin kompleks öyrənilməsi;

- təbii resursların növləri üzrə tərtib edilən proqnozların differensasiya və inteqrasiya edilməsi;

- ilkin məlumatların obyektivliyi (müasir vəziyyəti əks etdirən məlumatların ümumiləşdirilməsi əsaslandırılmalıdır);

- planlaşdırılmış qərarları qəbul etmək üçün informasiyaların vaxtlı-vaxtında tətbiq edilməsinə imkan verən proqnozun operativliyi;

- proqnozlaşdırmanın variantlığı və optimallığı, yəni sahənin inkişafı və təbiətin mühafizəsinə cavab verən müxtəlif variantların müqayisəsi və onlardan əlverişlisinin seçilməsi;

- proqnozlaşdırmanın fəallığı (müəssisələrin fəaliyyətində neqativ momentlərin ləğv edilməsinə dair konkret tədbirlərin görülməsi, təbiətin mühafizəsinə yönəldilmiş ehtiyatların səfərbər edilməsi);

- qarşıya qoyulmuş məsələlərdə vaxt intervalının adekvatlığı;

- proqnozlaşdırma sisteminin inkişafı (yeni ünsürlər daxil etməklə tədricən sistemin, real proseslərin adekvantlıq dərəcəsinin mürəkkəbləşdirilməsi).

Proqnozlaşdırmanın aparılması vaxta görə qısa (5 ilə qədər), orta (5-15 il) və uzun (15-30 il) bölünür. Otuz ildən yuxarı müddətə görə verilən proqnozlar da uzun müddətə aid edilir. Hazırkı dövrdə neft-qaz sənayesinin ətraf mühitə təsirinin proqnozlaşdırılması üçün götürülən əsas dövr 10 ildən çox deyildir.

Proqnozun sosial-iqtisadi bölməsində isə aşağıdakı məsələlərə baxılmalıdır:

- təbiəti mühafizə variantlarından asılı olaraq dəyən iqtisadi zərərlərin proqnozu;

- hər bir variantın yarada biləcəyi nəticələrin sosial-iqtisadi cəhətdən qiymətləndirilməsinin hesablanması;

- təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin müəyyənləşdirilməsi və optimal variantın seçilməsi;

- perspektiv məqsəd və normativləri təmin edən təbiəti mühafizə tədbirləri planının tərtib edilməsi üçün verilən təklif və tövsiyələr (optimal variantları həyata keçirmək üçün kapital qoyuluşuna olan tələb, proqnozlaşdırılan dövr ərzində kapital qoyuluşunun bölüşdürülməsi, istiqaməti, müddəti və s.)


Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə