Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə12/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Müh

Frettinq-korroziya yeyilməsi Bu növ yeyilmə təmasda olan metal səthlərin vibrasiya (titrəmə) və ya periodik (dövri) olaraq konstruksiya elementlərinin deformasiyası nəticəsində rəqsi xarakterli nisbi yerdəyişmələri zamanı baş verir. İşçi səthlərin frettinq-korroziyaya məruz qalan sahələrində tutuşma, abraziv dağılması, yorğunluq-korroziya halları baş verir.
İşçi səthlərin yeyilməsinə təsir edən amillər

Texnoloji avadanlıqların yeyilməsinə təsir edən amillər əsasən aşağıdakılardan ibarətdir:

*istismar şəraiti;

*hissələrin hazırlandığı materialların keyfiyyəti;

*sürtünmənin növü;

*işçi səthlərin nisbi yerdəyişmə sürəti;

*sürtünmə səthlərə olunan xüsusi təaayiq və s.

Texnoloji avadanlıq mürəkkəb istismar şəraitində işləyir, ?ox b?y?k d?vr? dəyişən yüklənmələrə, abraziv və korroziya tipli yeyilmələrə məruz qalır. Ona görə də hissələrin materialı seçiləndə bunlar nəzərə alınmalıdır.

Polad materialların yeyilməsi onlardakı karbondan və legirlənirici elementlərdən asılıdır. Karbonun miqdarı və uyğun olaraq möhkəmlik artdıqca polad hissələrin işçi səthlərinin yeyilməyə qarşı davamlılığı da artır. Bunnla yanaşı karbonlu poladların möhkəmliyini artırmaq üçün içi səthləri termiki emaldan ke?irirlər. Legirləşdirici elementlərin-xrom, molibden. Nikel və s. karbonlu poladın tərkibinə daxil etdikdə onların yeyilməyə qarşı davamlılığı əhəmiyyətli dərəcədə artır.

Zərbəli yüklənmələr rejimində işləyən hissələr ???n m?hkəmlikdən əlavə özlülük də tələb olunur. Ona görə də az karbonlu poladdan hazırlanmış və səthinin termiki emaldan ke?irildiyi hissələr möhkəm səthi möhkəmliyə və yeyilməyə qarşı davamlılığa malik olub həm?inin m?əyyən özlüklü mərkəzə (özəyə) malik olular ki, bu da onlara dövrü (tsiklik) yüklənməyə davamlı olmağa imkan verir.

Oymaq və i?liklər (sürüşkən yastıqların) yeyilməyə qarşı davamlılığa, plastikliyə və korroziyaya davamlı olan çuqun və rəngli materiallardan ( tunc, babbit və s.) hazırlanır. Hissələrinişçi səthlrinin təmizliyi (mexaniki emaldan sonra) yeyilməyə və korroziyaya qarşı davamlılığı artırır. İşçi səthlərin təmizliyi nə qədər yüksək olsa tribodüyünlərdə friksion cütlərin bir-birinə qoşulmasında (bağlanmasında ilkin aralıq gərginlikləri bir o qədər az olar ki, bu da tribodüyünlərin uzunömürlülüyünü artırır.

Yeyilməyə sürtünmənin növü də (yellənmə və ya sürüşmə sürtünməsi) təsir edir. Yellənmə sürtünməsində işçi səthlər yüksək xüsusi təzyiqə, (sıfırdan maksimuma), sıxılmış və dartılmaya məruz qalır. İşçi səthlərə düşən dövrü yüklənmə səbəbli yorğunluq çatları (kiçik çatlar) əmələ gəlir.

Sürüşən sürtünmə prosesində az karbonlu poladlardan hazırlanmış və səthi termiki emal olunmuş işçi səthlər nisbətən yeyilməyə və zərbəli dəyişən (dövrü) yüklənməyə daha davamlı olur. Bu halda işçi səthlərin yeyilməsi sürət və xüsusi təzyiqdən çox asılı olur.

İşçi səthlərin yeyilməsinə yağlanmanın xarakteri və növünün təsiri vardır. Yeyilmənin sürətinə (intensivliyinə) yağların fiziki-kimyəvi tərkibi, yağlanma rejimi və işçi səthlərə yağın verilmə üsulu təsir edir.

İşçi səthlərin yeyilməsinə onların materialının böyük təsiri vardır. Birinci növbədə yeyilməyə davamlılıq, axıcılıq həddi və ya möhkəmlik, yorğunluq həddi, materialın bərkliyindən asılıdır.

Materialın strukturu yeyilməyə əhəmiyyətli dərəcədə təsir edir. Materialın strukturu, kimyəvi tərkibi və termiki emalın növü çox böyük rol oynayır.

Ərintilər ???n yeyilməyə qarşı davamlı struktur kiçik dənəcikli struktur sayılır.

Yeyilmə intensivliyinə təsir edən mühüm amillərdən biri də sürtünən səthlərin nisbi yerdəyişmə sürəti və onların səthinə olan xüsusi təzyiqdir. Nisbi yerdəyişmə sürəti və səthlərə təsir edən xüsusi təzyiq artdıqca səthlərin yeyilmə inyensivliyi artır.



Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə