Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə62/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
Müh

11.2 Tribotexniki sınaqların növləri.

Hissə və düyünlərin konstruktiv və texnoloji parametrlərinin, xarakteristikalarının qiymətləndirilməsi zamanı tribotexniki sınağın əsas olaraq aşağıdakı növləri götürülür:



  • Laboratoriya

  • Natura

  • Ekspluatasiya

  • Sürətləndirilmiş

  • Dağıdıcı və s.

Laboratoriya sınaqları tədqiq olunan parametrlərin ciddi nəzarət altında tam və dəqiq qeydiyyatı ilə aparılır.Natura və istismar şəraitindəki sınaqlardan fərqli olaraq bu sınaqlar fiziki model üzərində aparılır.Laboratoriya sınaqları sınaq olunan cüt və düyünlərin materialından istifadə olunmaqla aparılır.Bu sınaqlara görə verilən düyündə işləyə biləcək friksion cütlərin optimal işi və konstruksiyası seçilir.

Natura sınağı.Natural sınaqların məqsədi friksion cüt və düyünlərin konstruksiyada işləmə qabiliyyətinin tədqiqidir.Bu sınaqlar düyünün möhkəmliyini, temperatur sahəsini və yüklənmə qrafikini təyin etməyə imkan verir.İstismar sınağından fərqli olaraq natura sınağında daha dəqiq ölçmə ilə qeydiyyat aparmaq mümkündür.Sınaq zamanı sürtünmə momenti, sürtünmə əmsalı,yeyilməyə davamlılıq, işçi temperatur və s. təyin olunur.natura sınaqları sənaye sınaqlarının nəticələrinin məqsədini qiymətləndirməyə imkan verir.

İstismar sınağı.İstismar zamanı düyünlərin sürtünməsinin sınağı mexanizmin müxtəlif düyünlərinin qarşılıqlı əlaqəsini təyin etməyə imkan verir.İstismar sınağı vasitəsilə mexanizmin etibarlılığı və uzunömürlüyü təyin edilir.İstismar şəraitində sürtünmə əmsalı, onun dayanıqlığı, yeyilmə sürəti və friksion cutlərin temperatur həddi tədqiq olunur.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə