Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə64/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Müh

11.4 Sürtünmə maşınları
Sürtünmə maşınları sürtünmə materialları tədqiq etmək üçün tətbiq olunmuş sınaq qurğularıdır. Sürtünmə maşınları xüsusiləşdirilmiş və universal tipdə ola bilərlər. Ən geniş yayılmış maşınlara nəzər salaq.

AE – 5 yağlama və süni termotənzimləmə şəraitində materialları sürtünməyə və yeyilməyə qarşı tədqiq etmə üçün sınaq qurğusudur. Təmas sxemi: barmaqcıq nümunələri – müstəvi üç. Onlar etalon diskə sıxılır. Termotənzimləmə vasitəsilə ya soyudulur, yaxud 473˚ K qədər qızdırır.

Əsas texniki göstəricilər:

Nümunələrin diametri, mm 10

Diskin diametri, mm 200 . . . 300

Sürüşmə sürəti, m  20

Arçard maşını – sürtünmə materialları nümunələrinin yeyilməyə davamlılığını tədqiq etmək üçün laboratoriya sınaq qurğusudur. Iki təmas sxemi istifadə oluna bilər: barmaqcıq nümunənin baş səthi (Ø6) – silindrin (Ø25 . . . ØF30) yan səthi; barmaqcıq nümunənin yan səthi – slindrin yan səthi. Oxboyu qüvvənin geniş həddə dəyişərək müxtəlif yeyilmə növlərini tədqiq etmək olar. xətti yeyilmə mikrometrlə yaxud profiloqraf vasitəsilə ölçülür.

QP (MPT – 1) maşını sürtünmə zamanı sışrayışlı hərəkəti tədqiq etmək və sükunət sürtünmə əmsalını təyin etmə üçün tətbiq olunmuş laboratoriya sınaq qurğusudur. Maşının işci orqanı tədqiq olunacaq materialdan hazırlanmış lövhəli sürüngəcdir. Nümunələrdə qüvvə simmetrik yüklərlə verilir. Osilloqrafda sürtünmə momentinin ölçülməsi və qeyd olunması cevik elementə yapışdırılmış tenzovericilərin köməyi ilə həyata kecirilir.

Əsas xarakteristikaları:

Lövhənin ölçüləri, mm 150 x 60 x 10

Nümunənin ölcüləri, mm

Dairəvi   10

Düzbucaqlı 10 x 15 x 10

Sürüngəcin gedişi, mm 30 . . . 100

Sürüngəcin gediş sürəti, m/dəq 0,006 . . . 0,600

Nümunəyə olan qüvvə, N   200

Temperatur tənzimləmə həddi, K 293 . . . 473

Əyləclərin sınaq maşını – avtomabil əyləclərinin friksion materiallarının model sınağı üçün laboratoriya qurğusudur. Təmas sxemi: disklərin üz səthləri. Miqyas amili 1 : 10. Sınaqlar dəyişməz sürtünmə momentində aparılır. Sürət taxogeneratorla qetd olunur, dövrlər sayı induktiv verici ilə, temperatur – sürüşkən termocüt vasitəsilə ölçülür.

Texniki xarakteristikası:

Diskin diametri, mm 80

Nümunələrin eni, mm 17

Orta sürtünmə radiusu, mm 31

Valın fırlanma sürəti, s-1 30,6

Təkan kütlələrinin ətalət momenti, C s2 0,28


İ – 47 – v – 2 maşını - vakuumda sürtünmə materiallarının friksion istilik dayanıqlığına sınaq etmək üçün tətbiq olunmuş laboratoriya qurğusudur. Təmas sxemi: üzüklərin üz səthləri. Yüklənmə linklər vasitəsilə verilir. Proses vakuum kamerada aparılır.

Əsas texniki xarakteristikası:

Üzük nümunələrinin diametri, mm 28

Valın fırlanma sürəti, s-1 0,17 . . . . 17

Oxboyu yük, N 75 . . . .3000

Həddi sürtünmə momenti, n sm 900

Ölçmə dəqiqliyi, %   5

İ – 47 – K – 54 ( MFT -1) maşını – sürtünmə materialının friksion istilik dayanıqlığını təyin etmək üçün nəzərdə tutulmuş laboratoriya sınaq qurğusudur. Təmas sxemi: üzüklərin üz səthləri. Sınaqlar stasionar sürtünmə rejimində aparılır.

Əsas texniki xarakteristikası:

Üzük nümunələrinin diametri, mm 28

Valın fırlanma sürəti, s-1 0,17 . . . .17

Oxboyu yük, N 75 . . . 3000

Həddi sürtünmə momenti, n sm 900

Ölçmə dəqiqliyi, %   5


İM – 58 maşını – dinamiq sınaqlar şəraitində friksion materialında xidməti xarakteristikalarının tədqiq etmək üçün istifadə olunan laboratoriya sınaq qurğusudur. Istilik impuls sürtünmə və friksion istiliyə davamlılıq sınaqlarını həyata kecirməyə imkan verir. Təmas sxemi: üzüklərin baş üzvləri. Sürtünmə momenti induktiv verici ilə, temperator termocütlə, yüklənmə müddəti saniyələrlə ölcülür.

Texniki xarakteristikaları:

Tədqiq olunan nümunələrin ölçüləri, mm 75 x 53 x 8

Şpindelə gətirilmiş ətalət momenti, C s-2 0,15 – 1,47

Şpindelin fırlanma sürəti, s-1   100

Maksimum sürtünmə momenti N sm  


M22 - M maşının – quru sürtünmə və yağlama şəraitində işləyən antifriksion materialların xarakteristikalarını tədqiq etmək üçün laboratoriya sınaq qurğusudur. Təmas sxemi: val – içlik. Sürtünmə momenti yayla ve induktiv verici ilə ölçülür. Xətti yeyinti xüsusi verici ilə qeydə alınır.

Texniki xarakteristikaları:

Konturcismin diametri, mm 35 . . .50

Kündənin eni, mm 10

Valın fırlanma sürəti, s-1 3,9; 5,1; 8,0; 12,7; 15,9; 24,6; 48,4

Oxboyu yük, N  

M – 22 PV maşını - antifriksion materialların və örtüklərin keyfiyyətinə nəzarət və xidmət xarakteristikalarını dəyərləndirmək üçün istifadə olunan unuversal laboratoriya sınaq qurğusudur. Maşın modul prinsipi üzrə qurulmuşdur. Onun əsasını universal sürtünmə dütünü təşkil edir. Sınaq zamanı valın fırlanma sürəti, sürtünmə yolu, qüvvə, temperatur, cəm xətti yeyinti, sürtünmə momenti əmsalının cari qiyməti qeyd olunur.

Texniki xarakteristikaları:

Valın fırlanma sürəti, s-1 0,25 – 102

Oxboyu yük, N 10 – 5000

Ölçülən sürtünmə momenti, N m 0,025 - 40

Ölçülən yeyinti,

Mikroyeyinti 2 – 50

Makroyeyinti 50 – 3000

Nümunələrin əlavə qızdırılıması, K 873

Nümunələrin əlavə soyudulması, K 223

MDP – 1 maşını – çubuqşəkilli materialın nümunələrini sürtünmə və yeyilməyə qarşı tədqiq etmək üşün disk tipli laboratoriya sınaq qurğusudur. Çatı üzərində elektrik mühərriki, iki sürətli ötürmə qutusu və məxsusi sınaq düyün quraşdırılmışdır. Bu parametrlər elektron potesiometrinin özü yazan qurğusu ilə lentdə qeyd olunur.
Texniki xarakteristikaları:

Nümunələrin diametirləri, mm 5 – 10

Nümunələrin uzunluqları, mm 20

Kontrcismin – diskin diametri, mm 90 - 350

diskin fırlanma sürəri, s-1 0,1 – 50

oxboyu qüvvə, N 100 – 4500

ölçmənin dəqəqliyi, %  
Mİ – 1M maşını, yaxud Amsler maşını – diyirlənmə və sürüşmə şəraitində antifriksion materialların sürtünmə və yeyilməyə qarşı tədqiqi zamanı işlədilən laboratoriya sınaq qurğusudur. Təmas sxemi: sürüşmə sürtünməsi üzrə val – içlik, diyirlənmə sürtünməsi üzrə disklərin silindrik səthləri.

MİFİ – 1 və MİFİ - 2 maşınları – friksion disklərin tədqiqi zamanı işlədilən laboratoriya sınaq qurğularıdır. Kontakt sxemi: disklərin baş üzləri.

Əsas texniki xarakteristikaları:

MİFİ-1 MİFİ-2

Diskin xarici diametri,mm 75 – 250  

daxili diametri, mm 53 – 120  

diskin qalınlığı, mm 2 – 10 1,5 – 2,0

ətalət momenti, C s-2 0,19 – 1,96  

şpindelin firlanma sürəti, s-1 10,2 – 102 10,2 – 1

oxboyu qüvvə, N 3000 – 30000  

UMT – 1 maşını – geniş diapazonlu qüvvə və sürüşmə sürətlərində materialların sürtünməyə tədqiq etmək üçün laboratoriya sınaq qyrğusudur. Təmsa sxemi: barmaqcıq nümunə disk, üzüklərin baş üzləri, val – içlik.

Texniki xarakteristikaları:

Intiqalın gücü, kVt  

Işçi qüvvə, N 200 – 400

şpindelin firlanma sürəti, s-1 0,34 – 51

sürtünmə momenti, N sm 200 – 400

barmaqcıq nümunələrin qoyulma radiusu, mm

60; 90; 120; 150;

Diskin diametri, mm 350

barmaqcıqların diametri, mm 5 və 10

uzunluğu, mm 20

üzüyün: xarici diametri, mm 28

daxili diametri, mm 16

qalınlığı, mm 15

oymağın: xarici diametri, mm 50

daxili diametri, mm 35 – 40

qalınlığı, mm 10, 15, 20



Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə