Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə67/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Müh

Tabalma – metalın təyin olunmuş temperatura qədər qızdırılaraq bu temperaturda saxlanmasına və suda, yağda, su – duz məhlullarında və.s mayelərdə tez soyudulmasına deyilir. Məqsəd metalda yüksək möhkəmlik, yeyilməyə davamlılıq, bərkliyin olmasıdır. 35% dəmir – karbon birləşməli poladlar tabalmaya uğradılırlar. Poladın markasından asılı olaraq temperatur 770 – 850 0C hədlərində götürülür. Saxlama temperaturu detalın ölçülərinə görə, onun səthinə və kimyəvi birləşməsinə görə, soyudulma müddəti – metalın soyuma xassələrinə görə seçilir.Hissələri çat və əyilmədən qorumaq üçün mürəkkəb formada ikipilləli soyudulma həyata keçirilir. Əvvəlcə 200 – 300 0C də suda, sonra mühitin temperaturuna uyğun olaraq yağda soyudulur.

Tablandırılmış metallar yüksək bərkliyə və yeyilməyə davamlılığa malikdirlər (HB 500 – 600), lakin aşağı özlülüyə və plastikliyə cavab verirlər. Yüksək bərkliyə və özlülüyə malik hissələr almaq üçün səthi tablandırma aparılır. Səthi tablandırma hissənin ancaq üst qatının lazımi temperatura qədər qızdırılması ilə aparılır. Daxili səthlər qızmağa imkan tapmır və soyuma zamanı heç bir dəyişikliyə məruz qalmırlar. Tablandırılan qatın qalınlığı 1,5 – 7 mm təşkil edir. Səthi tablandırma aşağı temperaturlu və azlegirlənmiş poladlar üçün geniş istifadə edilir.

Hissələrin qızdırılması 3 üsulla həyata keçirilir: yüksək tezlikli cərəyanla, qaz oksigen qaynağı və elektroliz ilə.

Ən mütəşəkkil üsul induksiya qurğularında yüksək tezlikli induktor vasitəsilə həyata keçirilir. Bu zaman induktordan keçən hissə su və ya başqa maye qarışığı ilə soyudulur. Hissələrin yerdəyişməsi hissənin lazımi qalınlığa qədər tablandırılmasından asılıdır.

Qaz əritmə üsulu ilə tabalma adətən oksigen qazı və alışqan qazlarla aparılır. İsinmiş hissə su və ya emulsiya ilə soyudulur. Qaz əritmə tabalması iri həcmli hissələrdə işlədilir. Qızdırılma üçün xüsusi ucluqları olan qaynaq yandırıcılarından istifadə edilir. Qaz əritmələrin 3 növündən istifadə olunur: detalın bir səthinin eyni anda qızdırılaraq soyudulması, fasiləsiz ardıcılllıqda detalın yerdəyişməsi ilə qızdırılıb – soyudulma, ardıcıl qızdırılma – bu zaman isitmə və soyutma prosesləri ayrı – ayrı sahələrdə aparılır.

Elektrolitik qızdırmada katodun qızdırılması effektiv həyata keçirilir, elektrolitə qoşulmuş katoda yüksək gərginlikli daimi cərəyan verilir.

Tabəksiltmə - tablandırmadan sonra bərkliyi və daxili gərginlikləri aşağı salmaq üçün aparılan termiki əməliyyatdır. Tabəksiltmə bərkliyi və daxili gərginlikləri aşağı salmaq üçün aparılan termiki əməliyyatdır. Tabəksiltmə zamanı poladın markasından, tablandırmanın növündən və maşından asılı olaraq hissəni 150-650 0C-ə qədər qızdırırlar, 1-2 saat bu temperaturda saxlayıb soyudurlar. Qızdırma temperaturundan asılı olaraq aşağı (150-200 0C) orta (350-450 0C), yuxarı (500-650 0C) tabeksiltmə növləri var.

Aşağı tabəksiltmə qalıq gərginliyi və kövrəkliyi aşağı salir. Orta lazımi bərklikdə özlülüyü yüksəldir. Yüksək tabəksiltmə tez kəsən və yaxşılaşdırılmış konstruksiya poladının ən yüksək özlülüyünü təmin edir. Poladın kimyəvi termiki emalı onun kimyəvi tərkibini, quruluşunu, üst səthinin xassələrini dəyişərək səthin tərkibinin müxtəlif dərəcədə dəyişilməsinə gətirib çıxarır. Üst səthin kimyəvi tərkibinin dəyişikliyi onun səthinə müxtəlif karbon, azot, brom və.s. kimyəvi elementlərin diffuziyası ilə baş verir.

Kimyəvi termiki emalın sementitləmə, azotlama, sianidləmə, alüminiumlama, bromlama və başqa növləri var.

Sementitləmə hissənin səthinə karbon qazının doldurulması ilə sonrakı tablanmaya hazırlanma prosesidir. Tərkibində 0,1-0,2% karbon olan poladlar iş prosesində yeyilmə və təzyiq yüklərinə qaldıqlarından sementitləmə uğrayırlar. Qaz sementitləməsi bərk mühitdə sementitləməyə nisbətən sürətlə gedir. 6-7 saata 1mm qalınlığı olan təbəqə yaranır.

Prosesin mahiyyəti hissənin 970-980 0C-yə qədər qızdırılıb bu temperaturda saxlanması və sürtünmənin minimuma endirilməsidir. Mayeli sürtünmə sürtünən hissələr arasındakı sürtgü yağı səthə dağıldıqda baş verir bu zaman sürtünmə yağın molekulları arasında gedir. Mayeli sürtünmədə qızma və yeyilmə minimuma enir.

Praktikada adətən yarı quru və yarı mayeli sürtünməyə rast gəlinir. Ən böyük yeyilmə-quru sürtünmədə,ən kiçik mayeli sürtünmədə baş verir.

Uzlaşan detalların yeyilməsinə sürtünən səthlərə düşən həcmi güc,sürtünən hissələrin bir-birinə nəzərən sürəti,yağlamanın keyfiyyəti,sürtünən cütlərin materialı təsir edir.

Hissələrin yeyilməsindən asılı olaraq maşının iş qabiliyyəti aşağı düşür.

Hər yeni və ya təmirdən çıxmış maşın iş müddətində az yüklə sınaqdan keçirilir.Bu zaman maşın hissələrinin üst səthi mexaniki işlənmədən sonra daha tez yeyilirlər.Nəticədə,mikrohissəciklər gedir,sürtünmə sahəsi böyüyür və həcmi çəki azaldığından hissənin yeyilməsi aşağı düşür.Buna görə işlənməyə yoxlanıldıqda hissələr çox yüklənməməli,ciddi nəzarət edilməli və yağı tez-tez dəyişmək lazımdır.Maşının işlənməyə yoxlanması onun etibarlığını və uzunömürlüyünü artırır.



Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə