Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Hissələrin termiki və kimyəvi termiki möhkəmləndirilməsi



Yüklə 11,09 Mb.
səhifə65/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Müh

11.5 Hissələrin termiki və kimyəvi termiki möhkəmləndirilməsi
Maşının uzunömürlülüyü onun hissələrinin xidmət müddətindən əhəmiyyətli dərəcədə asılıdır. İş zamanı maşın hissələri öz səthlərinin yuxarı qatları ilə çox güc qəbul edir. Abraziv yeyilmə və korroziya ilk olaraq üst səthdən başlayır. Üst səthin qatları yorulmadan dağılmaya başlayır və bu getdikcə dərinləşir. Üst səthlər həm də sürtünmədən yeyilirlər. Buna görə qazıma avadanlıqları istehsal zamanı və ya təmirdə olarkən onun üst səthləri möhkəmləndirilir.

Lazım olan metal strukturunu almaq üçün metal hissələr qızdırma, tablandırma və soyutma yolu ilə termiki işlənməyə məruz qalırlar. Materialın tərkibi onun mexaniki xassələrinə - möhkəmliyə, bərkliyə, yeyilməyə davamlığına və işləmə müddətinə təsir edir. Dəmir - karbon birləşmələri və bəzi əlvan metal ərintiləri termiki işləməyə uğradılır. Maşınqayırmada poladın termiki emalı geniş yayılıb.

Metalın xassəsi qızdırılma temperaturundan və qızdırılma vaxtından, son soyudulma və sürət temperaturu kimi termiki emal rejimi növlərindən asılıdır. Termiki emalın əsas növləri: Tabalma, normallaşdırma, tablandırma, soyutma- dır. Öz növbəsində tabalma səthi və həcmi olur.

Qazıma avadanlığının təmirində termiki emalın bütün növlərindən geniş istifadə edilir. Son zamanlar, səthi tablandırma üsulundan daha geniş istifadə olunur ki, bu da termiki emalın ən effektiv növlərindən sayılır. Tablandırma zamanı detallar təyin olunmuş dərəcəyə qədər qızdırılaraq bu temperaturda müəyyən müddət saxlandıqdan sonra soyudulur. Tablandırma bərkliyin aşağı salınması, plastikliyin yüksəldilməsi, daxili gərginliyin aradan qaldırılması, birləşmə müxtəlifliyinin götürülməsi və hissənin sonrakı termiki emala hazırlanması məqsədilə həyata keçirilir. Qızdırılma sürəti hissənin kimyəvi tərkibinə, forma və ölşülərinə görə seçilir. Mürəkkəb formalı və böyük ölçülü hissələrin qızdırılması yavaş aparılmalıdır. Qızdırılma temperaturunda saxlanma, qızdırılma vaxtının 20% ni təşkil etməlidir. Tablandırma məqsədindən asılı olaraq müxtəlif rejimlər keçirilir. Tam, natamam, diffuziyalı, aşagı və.s rejimləri mövcuddur. Təmir zamanı tam və natamam tablandırma həyata keçirilir.

Dəmir – karbon birləşmələri (0.8% - ə qədər qarışıqlı) 750 - 7600 C, aşağı tərkibli birləşmələri 930 – 9500 C - ə qədər qızdırılaraq bu temperaturda saxlayıb, sonra kiçik sürətlə soyudurlar. Bu qaynaq, ştamp, bağlayıcı, döymə hissələr üçün istifadə olunur.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə