Mülki Müdafiə haqqında


Madd ə 9. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

Madd
ə 9. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası 
v
ətəndaşlarının hüquqları
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları 
vardır: 
1) fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri 
haqqında tam və obyektiv məlumat almaq; 
2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə 
vasitələrindən istifadə etmək; 


3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan 
qaldırmasında müəyyən olunmuş qaydada iştirak etmək; 
4) mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət 
etmək və ya yazılı təkliflər vermək; 
5) fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun 
ödənclər almaq; 
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə 
müavinətlər almaq. 
Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri və 
məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 
Madd
ə 10. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin 
hazırlanması
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını Azərbaycan 
Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyən edir. 
Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və ya yaşayış yeri üzrə, habelə 
tədris müəssisələrində öyrədilir. 
Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin 
hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində, 
xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir. 
Madd
ə 11. Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə