Mülki Müdafiə haqqında


fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması —



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — 
insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə 
vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin 
yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı 
həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir. 
Madd
ə 2. Mülki müdafiə haqqınnda qanunvericilik
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 
Azərbaycan 
Respublikasının Konstitusiyasından
, bu Qanundan, Azərbaycan Respublikasının digər 


qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdən ibarətdir. 
Madd
ə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib 
hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir: 
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün 
ərazisində təşkil edilməsi); 
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki 
müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı 
obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla 
planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi); 
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan 
Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması); 
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin 
fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır 
vəziyyətdə olması); 
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə 
hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat 
verməsi); 
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən 
Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin 
sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi). 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə