Mülki Müdafiə haqqında


sah əsində biliklərin təbliği



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

sah
əsində biliklərin təbliği
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği mülki 
müdafiə sisteminə daxil olan Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti 
orqanları
 tərəfindən həyata keçirilir. 
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği üçün 
kütləvi informasiya vasitələrindən istifadə edilə bilər. 
Madd
ə 12. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti hərbi qulluqçulardan, qulluqçulardan və 
fəhlələrdən ibarətdir. 
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan 
Respublikasının hərbi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçuları «
Hərbi xidmət haqqında
» Azərbaycan 
Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər hərbi qanunvericilik 
aktlarına uyğun olaraq bu Qanunla müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri nəzərə 
alınmaqla hərbi xidmət keçirlər. 


Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə daxil olan qulluqçuların və fəhlələrin xidmət 
və əmək fəaliyyəti 
Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi
 və digər 
müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 
Mülki müdafiə qüvvələrinin ştat sayını, mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün 
geyim formasını və fərqlənmə nişanlarını Azərbaycan Respublikasının 
müvafiq icra 
hakimiyyəti orqanı
 müəyyən edir. 
Madd
ə 13. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial 
müdafiəsi üçün təminatlar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə hərbi qulluqçular üçün müəyyən edilmiş 
hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər mülki müdafiə qüvvələrinin hərbi 
qulluqçularına da şamil olunur. 
Əmək şəraiti zərərli və təhlükəli olan təsərrüfat obyektlərinin işçiləri üçün mövcud 
qanunvericiliklə müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər 
mülki müdafiə qüvvələrinin həmin müəssisələrin və obyektlərin mülki müdafiəsini 
həyata keçirən şəxsi heyətinə də şamil edilir. 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə