Mülki Müdafiə haqqında


Madd ə 14. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

Madd
ə 14. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin 
ödənilməsi
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi şərtləri və qaydaları 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən müəyyən edilir. 
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün Azərbaycan Respublikasının 
müvafiq icra 
hakimiyyəti orqanı
 tərəfindən müəyyən edilmiş ödənişlərdən əlavə ödənişlər nəzərdə 
tutula bilər. 
Madd
ə 15. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi 
sığortası
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası «
Hərbi 
qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında
» Azərbaycan Respublikasının 
Qanununa uyğun olaraq həyata keçirilir. 
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin öz vəzifələrini icra etməsi ilə əlaqədar onun 
əmlakına dəyən ziyan, sonradan bu məbləğ təqsirli şəxslərdən tutulmaqla dövlət 
büdcəsinin hesabına tam həcmdə ödənilir. 
Madd
ə 16. Mülki müdafiənin əmlakı
Mülki müdafiənin əmlakı ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri 
olan daşınar və daşınmaz əmlakdan ibarətdir. 
Mülki müdafiə Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 
müəyyən etdiyi qaydalara və normalara uyğun olaraq dövlət büdcəsi və yerli büdcələrin 
vəsaiti hesabına zəruri avadanlıq və rabitə sistemləri ilə təchiz edilmiş binalarla
qurğularla və başqa əmlakla təmin edilməlidir. 


Madd
ə 17. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan 
qaldırılması sahəsində tədbirlərin maliyyələşdirilməsi
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanlarının
, fövqəladə hadisənin 
baş verdiyi ərazidə yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), 
sığorta fondlarının vəsaitləri və digər mənbələr hesabına maliyyələşdirilir. 
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün bu maddənin 
birinci hissəsində nəzərdə tutulan vəsaitlər kifayət etmədikdə, Azərbaycan 
Respublikasının 
dövlət büdcəsinin
ehtiyat fondundan Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada vəsait ayrılır. 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə