Mülki Müdafiə haqqında


Madd ə 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

Madd
ə 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata 
keçirilməsi
Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, 
vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. 
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı 
bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı 
obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə 
alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur. 
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu 
ərazədə olan bütün insanları əhatə edir. 
Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli 
olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir. 
Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq
ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə 
mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara
təsərrüfat obyektləri isə dərəcələrə bölünür. 


Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə 
zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan 
Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən müəyyən edilir. 
Madd
ə 5. Mülki müdafiənin məqsədi
Mülki müdafiənin məqsədi aşağıdakılardır: 
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin 
həyata keçirilməsi
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin 
maksimum azaldılması; 
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması. 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə