Mülki Müdafiə haqqında


Madd ə 7. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

Madd
ə 7. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri
Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin 
aşağıdakı vəzifələri vardır: 
1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri 
tədbirləri nəzərdə tutmaq və həyata keçirmək; 
2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri 
maliyyələşdirmək; 
3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə 
vəsaitləri ehtiyatı yaratmaq; 


4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim 
saz vəziyyətdə saxlamaq; 
5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə 
yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində 
xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək; 
6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin 
qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək. 
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə 
olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan 
Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyən edir. 
Madd
ə 8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası 
v
ətəndaşlarının vəzifələri
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri 
vardır: 
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin 
tələblərinə əməl etmək; 
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq; 
3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və 
bilmək; 
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl 
etmək; 
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi 
bacarmaq; 
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək; 
7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət 
orqanlarına və qonşulara məlumat vermək; 
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək. 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə