Beynəlxalq İpək Yolu
102
imkanları ilə təmir edilib camatın istifadəsinə verilmiĢdir. Təbii ki, burada elmi
bərpadan söz demək olmaz. Amma məscidin dağılıb sıradan çıxmasının
qarĢısının alınmasında bu iĢin müəyyən önəm daĢıdığını da qeyd etməliyik.
Hamama gəlincə deməliyik ki, bu hamam üç gümbəzli olub nadir
abidələrdəndir. Bu hamamın oxĢarı Naxçıvan Ģəhərində elmi bərpadan sonra
mədəniyyət nümunəsi kimi qorunan Ġsmayıl xan hamamıdır.
Təqribən 600 kvadratmetrlik Əylis hamamını Ordubad və Naxçıvan Ģəh
ərində olan üçgünbəzli hamam binalarından fərqləndirən cəhəti onun bu ərazidə
yerləĢən abidələr kompleksinin tərkib hissəsi olmasındadır.
Açar sözlər:
Əylis, ġah Abbas, məscid, hamam, ipək, ticarət, daĢ, memarlıq
NAXÇIVANDA KĠTABXANALARIN TARĠXĠ
AYPARA BEHBUDOVA
Naxçıvan
Dövlət Universiteti
behbudova_a@mail.ru
Hər bir xalqın mədəni inkiĢafında kitab və kitabxanalar böyük rol
oynadığı kimi, Azərbaycan xalqının da tərəqqi və inkiĢafında kitabxanalar
mühüm rolu vardır. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan
Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkiĢafına mühüm
töhfələr vermiĢdir.
XIX əsrin birinci yarısından etibarən Naxçıvanda kitabxanalar təĢkil
edilməyə baĢlamıĢdır. 1837-ci ildə Naxçıvan Ģəhərində açılmıĢ ―Rus-tatar‖
məktəbi yanında 844 nüsxə kitab fonduna malik olan kitabxana yaradılmıĢdır.
Naxçıvanda ilk kitabxana yaradıcısı Eynalı bəy Sultanov olmuĢdur. Onun Ģəxsi
kitabxanası olmuĢ və Naxçıvan ziyalılarının əksəriyyəti bu kitabxanadan
istifadə etmiĢlər. 1881-1883-cü illərdə Naxçıvanda ―Müsəlman incəsənət və
dram cəmiyyəti‖ yaranır. Bu cəmiyyətin üzvü E.Sultanovun təĢəbbüsü ilə
cəmiyyətin kitabxanası təĢkil olunur. Bu kitabxanada böyük Azərbaycan
yazıçısı, mütəfəkkiri M.F.Axundovun, rus klassik yazıçılarının əsərləri
olmuĢdur.
Naxçıvanda ən zəngin kitabxanalardan biri də görkəmli ədəbiyyatĢünas
Əziz ġərifin atası MəĢədi Qurbanəli ġərifovun kitabxanası olmuĢdur. Onun
kitabxanasına Bağçasarayda və Kazan Ģəhərində nəĢr olunan kitablar gəlirdi.
XX əsrin əvvəllərində Naxçıvanda Hacımehdi Bağırov, Heydər Məmmədov,
Bəhruz Kəngərli, Əmirovların və baĢqa ziyalıların Ģəxsi kitabxanaları olmuĢdur.
Bu kitabxanalardan geniĢ xalq kütləsi istifadə etmiĢdir.
1905-ci ildə Naxçıvanda ―Müsəlman maarif incəsənət cəmiyyəti‖
tərəfindən rəsmi kitabxana açılıb. 1915-1916-cı illərdə Ģəxsi kitabxanaların
ayrı-ayrı ziyalılar tərəfindən yaradılması daha da artır. Bu illərdə Musayevlərin,
ġahbazağa Kəngərli, ġahbaz Kələntərov, Rza Təhmasibin, Həsən Səfərlinin