Beynəlxalq İpək Yolu
98
müasir standartlara cavab verə bilən, informasiya cəmiyyətinə tam inteqrasiya
olunmuĢ, tam elektron universitet modeli mövcud deyil.
Nəticəyə gəlmək olar ki, təhsil sahəsi dövlətin inkiĢafına təsir edən ən əsas
sahələrdən biridir. YaxĢı təhsilli vətəndaĢlar yalnız yaxĢı təhsil müəssisələrində
yetiĢə bilər. Demək olar ki, təhsil müəssisələrini ĠKT–siz təsəvvür etmək
mümkün deyil. Bu onu deməyə əsas verir ki, dünya təhsil sisteminə inteqrasiya
etmək, dünya təcrübəsindən yararlanmaq, gündən–günə yenilənən informasiya
texnologiyalarını təqib və tətbiq edə bilmək üçün təhsil obyektlərini
elektronlaĢdırmaq, ənənəvi universitetlərdən e-universitetlərə keçmək zamanın
tələbidir.
Açar sözlər: bimodal model, on-off-campus model, off-campus model,
konsorsium modeli,
distansion təhsil
BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ MULTĠMEDĠALI ĠNTERAKTĠV
DƏRSLƏRĠN HAZIRLANMASI
ZƏRÖVġƏN BABAYEVA
Naxçıvan
Dövlət Universiteti
babayeva_z@yahoo.com
Tədqiqatlar göstərir ki, biologiyanın tədrisində multimedialı baza əsasın-
da təlim proqramları ilə iĢləyərkən diqqət iki dəfə artır ki, bu da vaxta qənaət
edilməsinə, biliklərin yaradıcı tətbiqinə geniĢ imkan yaradır. Bioloji biliklərin
çatdırılmasında multimedianın imkanlarından istifadə bütün informasiya kanal-
larının – analizatorların və yaddaĢ formalarının birgə fəaliyyətini təmin edir.
Artıq yeni təlim texnologiyalarının tədrisdə dominantlıq etməsi vaxtı çatmıĢdır.
Belə ki, orta məktəblərdə hər rübün sonu, buraxılıĢ, sinifdən-sinfə keçərkən; ali
məktəblərdə qəbul, kollekium, sərbəst iĢlər, kurs və buraxılıĢ iĢləri, dövlət imta-
hanları, semestr imtahanlarının keçirilməsi artıq öz istiqamətini dəyiĢməlidir və
dəyiĢir də. Bunun üçün fənn müəllimlərinin, təhsil müəssisələrinin birgə konf-
ransları keçirilməli, öyrədən-öyrənən qarĢılıqlı münasibətinə yenidən baxıl-
malıdır. Bir sözlə, təhsil sahəsində yenidənqurma, islahat iĢlərinin real vəziyyəti
dəyərləndirilərək infrastruktur kökündən yeni keyfiyyət dəyiĢikliyinə uğramalı-
dır. Əsas məqsəd öyrənənlərin məntiqi, tənqidi təfəkkürünü inkiĢaf etdirərək
qəbul etdiyi informasiyanın–biliyin analiz-sintez edə bilməsi, tətbiq bacarıqları-
nın formalaĢdırılmasıdır. Ona görə də öyrənənlər biliklərin kopyalandığı, arxivə
göndərildiyi papka vəziyyətindən çıxarılmalıdır. Test üsulu ilə imtahanların
tərtibi də son illər gənc nəsildə fikri ifadə edə bilməmək problemi yaratmıĢdır.
Bəzi hallarda onlarda informasiyanın qəbuletmə sürəti ilə unutma sürəti az qala
bərabərləĢir. Tədris sistemində köklü dəyiĢikliklərə ehtiyac vardır. ĠKT-nin təd-
ris prosesinə pərakəndə tətbiqi təcrübəsi daxil edilən proqram vasitələrində
lazım olan effektiv nəticəni vermir. Əsas səbəblərdən biri, bu vasitələrin