MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji


informatika-kibernetika pedaqigikası



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə16/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   12   13   14   15   16   17   18   19   ...   196

informatika-kibernetika pedaqigikası 

Elmi-texniki  tərəqqi  dövründə  informasiya  axınının  idarə 

olunması  və  yetişən  nəslin  nümayəndələrinin  informasiya  aləminə 

daxil 


edilməsi 

məqsədi 


ilə 

yaradılan 

pedaqogikaya 

informatika-kibernetika pedaqogikası deyilir. 



Antropedaqoqika 

İnsanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesidir. 



Konduktiv pedaqogika 

Pedaqogikanın  bu  sahəsi  öz  fəaliyyətini  qüsurlu  uşaqların 

tərbiyəsi  ilə  bağlı  işə  yönəldir.  Bu  sahənin  əsas  müəllifi  venqer 

proqramı üzrə alim A. Petodur. Konduktiv pedaqogika əsas diqqətini 

tibbi-pedaqoji  korreksiyaya  yönəldir.  Məqsəd  uşaqların  sərbəst 

aktivliyi  və  asılılığının  olmamasıdır.  6-7  nəfərlik  qruplarda 

məşğələləri  tibbi  biliklərə,  pedaqogikaya,  müalicəvi  gimnastikaya, 

psixologiya,  psixoterapiyaya  dair  baza  biliklərinə  malik  olan  şəxs 

aparır. Difektologiyaya yaxın sahədir. 

Feminist pedaqogika 

Feminist 

sözü  femmenist  və  femmenizm  sözlərindən 

yaranmışdır (femmenizm “qadmşünashq” deməkdir). 

Avropada  azyaşlı  qızların,  həddi-buluğa  çatmayan  qız 

uşaqlarının tərbiyəsi ilə məşğul olan pedaqogikadır. 

Avropada,  xüsusilə  Hollandiyada,  Fransada,  Almaniyada 

azyaşlı,  yeniyetmə  və  gənc  qızların  bəzi  ictimai  qurumların  təsiri 

altına  düşərək  əxlaqa  zidd  olan  hərəkətlərə  yol  vermələri,  əyləncə 

saatlarında,  seanslarda  və  sair  bu  kimi  mənəviyyatı  ləkələyən 

tədbirlərdə  iştirak  etmələri  ailə-övlad  tərbiyəsi  sahəsində  ciddi 

qüsurlar yaradır. Bunu nəzərə alan mütəxəssislər qızların, öz ismətini, 

ləyaqətini,  mənəvi-əxlaqi  hisslərini  qorumağa  xidmət  edən  həyat 

tərzinə istiqamətləndirilməsini və əxlaqa zidd olan ənənələrin zərərli 

nəticələrini  özündə  əks  etdirən  pedaqogika  -  yəni  “Feminist 

pedaqogika” yaradırlar. 



Centlmen pedaqogikası 

Əgər  feminist  pedaqogika,  əsasən  qızların  mənəvi-əxlaqi 

normalarının saflaşciınlmasına xidmət edirsə, centlimen peda 

47 



qogikası  oğlanların,  əsasən,  əxlaqi-mənəvi  normalarının  saf- 

laşdırılmasına xidmət edir. 



Reabilitasiya pedaqogikası 

Reabilitasiya  təşəkkül,  bərpa,  əmələ  gəlmə  mənasını  verir. 

Adından  məlum  olduğu  kimi,  bu  pedaqogika  tibbi,  psixoloji, 

defektoloji  biliklərə  əsaslanan,  xəstə,  çətin  öyrədilən,  çətin  tərbiyə 

olunan 

uşaq 


və 

yeniyetmənin 

hərəkətlərinin, 

emosional 

vəziyyətlərinin məzmununu  açıqlayır. Bərpa pedaqogikası  uşaqların 

intellektual  fəaliyyətinə  mane  olan  amillərin  aradan  qaldırılmasını 

öyrənir.  Bunun  üçün  reabilitasiya  (bərpa)  pedaqogikası  uşaqların 

normal inkişafına mane olan ünsürlərin aradan qaldırılması ilə yanaşı, 

normal  mexanizmlərin  bərpa  edilməsini  qarşıya  əsas  vəzifə  kimi 

qoyur. 


Gender pedaqogikası 

Pedaqogikanın yeni bir sahəsi olan “Gender pedaqogika- sı”nm 

əsas  məqsədi  cinsindən  asılı  olaraq,  şəxsiyyətin  potensial  inkişafını 

təmin  etmək,  pedaqoji  qaydaları  göstərməklə  oğlan  və  qızların 

qarşılıqlı  əlaqəsi  fonunda  onların  bacarıqlarının  ortaya  çıxarılması 

üçün  şəraitin  yaradılmasına  nail  olmaqdır.  (Bax.  E.N.Kamenskaya 

“Pedaqogika” dərs vəsaiti, Moskva, “DaşkovIK”, 2006, 8-11). 

Sual və tapşırıqlar. 

1.

 



Pedaqoji elmlər sistemi deyəndə nə başa düşülür? 

2.

 



Bəs “Pedaqoji elmin qolları” deyəndə nə başa düşülür? 

3.

 



Orta,  orta  ixtisas  və  ali  təhsil  müəssisələri  ilə  bağlı  olan  və 

pedaqoji elmlər sisteminə daxil olan müəssisələri hansılardır? 

4.

 

“Gender”  və  “Feminist”  pedaqogikaları  müqayisəli  təhlil 



edin. 

5.

 



“Centlmen pedaqogikası” haqqında müqayisəli fikir söyləyin. 

48 


teiııdWlııı® 

TƏLİMİN VƏ TƏHSİLİN ÜMUMİ 

MƏSƏLƏLƏRİ 

II

 

Fəsil. Şəxsiyyətin formalaşması 

2.1.

 

Şəxsiyyət anlayışı 

Şəxsiyyət  bir  anlayış  olaraq  bütün  humanitar  elmlər  üçün, 

xüsusilə fəlsəfə, sosiologiya, politologiya, hüquqşünaslıq, psixologiya 

və pedaqogika üçün səciyyəvi olan bir anlayışdır. 

Pedaqogika  və  psixologiya  elmləri  adamların  bir  fərd  və 

şəxsiyyət  olaraq  fəaliyyəti  və  inkişafından  bəhs  edən  elm  kimi  də 

dəyərəndirilir.  Sual  olunur,  hər  hasnı  bir  fərd  inkişaf  edərək  necə 

şəxsiyyət olur? Bu suala cavab vermək üçün “şəxsiyyət” və “inkişaf’ 

anlayışlarına  ayrı-ayrılıqda  yanaşmaq  və  onları  ayrı-  ayrılıqda  izah 

etməyə çalışaq. 

Humanitar elmlərə aid ədəbiyyatda izah olunur ki, insan bir fəqd 

olaraq dünyaya  gəlir, maddi  varlıq kimi  ictimai münasibətlərə daxil 

olur,  ictimai  inkişafın  aparıcı  qüvvəsinə  çevrildikdə  şəxsiyyət  olur, 

Elə  isə,  bəs  “inkişaf’  nədir?  Yenə  qeyd  olunan  kontekstdə  yazılmış 

ədəbiyyata  istinad  etsək,  deməliyik  ki,  “inkişaf’  dedikdə  təbiət, 

cəmiyyət və təfəkkür hadisələri fonunda özünü həm tədricən, həm də 

dinamik şəkildə biruzə verən dəyişikliklər nəzərdə tutulur. Lakin hər 

bir dəyişikliyə də inkişaf demək olmaz. Yenə bir sual meydana çıxır. 

Bəs hansı dəyişikliyə inkişaf demək olar? Sualı cavablandırmaq üçün 

mövcud  fəlsəfi  konsepsiyalardan  birinə  müraciət  etsək  üç  əsas 

xüsusiyyəti  özündə  ehtiva  edən  dəyişikliklər  “inkişafı”  özündə 

səciyyələndirir. Birincisi, ilk vəziyyətə qayıtmamaq, dəyişməzlik və 

dönməzlik, ikincisi, təbii 

49 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə