MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə15/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   11   12   13   14   15   16   17   18   ...   196

ali  məktəblərdə  təlim,  tərbiyə,  təhsilin  məzmununu  və  tədrisin 

pedaqoji əsaslarını tədqiq edir və sistemə salır. 



İstehsalat pedaqogikası 

Müxtəlif  tipli  fabriklərdə,  zavodlarda,  birliklərdə.  Məhdud 

Məsuliyyətli Cəmiyyətlərin (MMC-lərin) nəzdində fəaliyyət göstərən 

təşkilat,  idarə və sexlərin  fəhlələri, texniki işçilərilə aparılan tərbiyə 

işlərinin  məzmununu  öyrənən  pedaqogika  istehsalat  pedaqogikası 

adlanır.  İstehsalat  pedaqogikası  həm  də  göstərilən  müəssisələrin 

rəhbərlərinin 

fəhlə 


və 

texniki 


işçilərlə 

davranmalarının 

pedaqoji-psixoloji əsaslarını öyrənib ümumiləşdirir. 

Bu  tipli  müəssisələrdə  əməkdaşlara  ideya-siyasi,  işgüzarlıq 

(əmək),  bədii  zövq  (estetik),  ağıl  (görülən  işin  müvəffəqiyyətlə 

nəticələnməsinə  dair  tövsiyələr)  ekoloji  (ətraf  aləmi  çirklənmədən 

qorumaq),  iqtisadi  (qənaətcilliyin  səmərəsi)  tərbiyə  ilə  bağlı 

söhbətlərin aparılması çox faydalıdır. Bu məsələlərin elmi- pedaqoji 

cəhətdən  sistemə  salınaraq  metodik  tövsiyələr  və  monoqrafik 

ədəbiyyat şəklinə salınması “İstehsalat pedaqogika- sı”nın qarşısında 

duran təxirəsalınmaz vəzifələrdəndir. Hələ ki, bu vəzifələr öz həllini 

tapmayıb. 



Mədəni-maarif pedaqogikası 

Müxtəlif  tipli  muzeylərdə  (tarix,  diyarşünaslıq,  maarif 

muzeyləri; ayrı-ayrı ictimai-siyasi xadimlərə həsr olunmuş muzeylər 

və  s),  mədəniyyət  saraylarında,  teatrlarda  (kukla,  gənclər,  dram, 

musiqili-komediya,  opera  teatrları  və  s.),  kitabxanalarda  və  digər 

mədəni-maarif  müəssisələrində  çalışanlara,  habelə  mədəni-maarif 

müəssisələri üçün mütəxəssislər hazırlayan orta ixtisas və ali məktəb 

tələbələrinə istiqamət verən təlim-tərbiyə işlərinin məzmununu tədqiq 

edib  ümumiləşdirən  pedaqogika  “Mədəni-maarif  pedaqogikası” 

adlanır.  Ölkəmizdə  bu  sahədə  aparılan  tədqiqatların  təşəkkül 

tapmasını  təqdirəlayiq  hal  hesab  etmək  olar.  Bu  baxımdan  pedaqoji 

elmlər  namizədi,  dosent  Sabir  Əmirxanovun,  pedaqoji  elmlər 

namizədi, dosent Zərifə Əliyevanın və rejissor,publisist, yazıçı Ağalar 

İdrisoğlunun tədqiqatlarını xüsusi qeyd etmək lazımdır. Dosent Sabir 

Əmirxanovun  hazırlayıb  çap  etdirdiyi  “Muzey  pedaqogikası” 

monoqrafiyasında muzey pedaqogikasının mövz 



44 


usu, predmeti, mahiyyəti, məzmunu açıqlanmaqla yanaşı muzeylərdə 

məktəblilərlə aparılan işlərin pedaqoji-psixoloji  əsasları,  muzeylərin 

təhsilvericilik  fəaliyyəti,  məktəb  muzeyləri  və  tədris  prosesi, 

muzeylərlə  orta  ümumtəhsil  məktəblərinin  qarşılıqlı  əlaqəsinin 

tərbiyəvi  əhəmiyyəti,  ailə  və  məktəblərin  muzeylərlə  birgə 

fəaliyyətinin tərbiyə işlərinə təsiri məsələləri öz əksini təqdirəlayiq bir 

şəkildə tapmışdır. 

Dosent  Zərifə  Əliyeva  mədəni  fəaliyyət  pedaqogikasını 

hazırlamaqla  (təəssüf  ki,  müəllif  dərs  vəsaitini  “Pedaqogika” 

adlandırmışdır.)  İncəsənət  Universitetində  təhsil  alan  tələbələrin 

mədəni  fəaliyyət  pedaqogikası  sahəsindəki  bütün  ehtiyaclarını 

ödəmişdir.  Zərifə  Əliyevanın  “Kultroloji  pedaqogika”  üzərində 

işləməsini  də  qeyd  etmək  lazımdır.  Əsər  çap  olunacağı  təqdirdə 

mədəni-maarif işlərinin pedaqogikası sahəsində daha bir uğura imza 

atılacaqdır.  Rejissor-publisist-yazıçı  Ağalar  İd-  risoğlunun  “Teatr 

pedaqogikası” hazırlaması ideyası da irəliyə doğru atılan addımlardan 

hesab olunmalıdır. 

Sosial pedaqogika 

Sosial  pedaqogika  haqqında  XX  əsrin  50-ci  illərinə  qədər 

epizodik qeydlər aparılırdısa, 50-ci illərdən sonra mütəmadi qeydlərin 

aparıldığı müşahidə olundu. 

2000-ci  ildən  etibarən  rus  pedaqoqları  Y.V.Vasilkova, 

T.A.Vasilkova,  E.İ.  Tixamirova,  A.V.  Müdrik,  N.İ.  Nikitina, 

M.F.Qluxova,  L.V.  Mardaxayev  və  başqaları  tərəfindən  “Sosial 

pedaqogika” adı altında dəyərli dərs vəsaitləri və monoqrafiyalar çap 

etdirildi.  Hətta  sosial  pedaqogikanın  texnologiya  və  metodikasını 

özündə  əks  etdirən  kitablar  da  işıq  üzü  gördü.  Sosial  pedaqogikanı 

pedaqoji elmlər sistemində şərh edən rus pedaqoqu S.N.Komenskaya 

pedaqogikanın digər sahələrini də geniş şəkildə şərh etmişdir. Biz ona 

istinad  edərək  sosial  pedaqogika  ilə  yanaşı,  pedaqogikanın  digər 

sahələrinin  də  şərhini  verməyi  məqsədəmüvafiq  hesab  etdik.  Sosial 

pedaqogika özündə uşaqların və böyüklərin məktəbdənkənar tərbiyə 

işlərinin  nəzəri  və  praktik  əsaslarını  birləşdirir.  Sosial  mühitdə,  o 

cümlədən 

klublarda, 

maraq 

kurslarında, 



gənc 

texniklər 

stansiyalarında,  uşaqların  bədii  yaradıcılıq  evlərində,  idman 

bazalarında, musiqi və teatr sənəti studiyalarında uşaqlar və gənclər 

bədii, fiziki və texniki yaradıcılıq qabiliyyətlərinə yiyə 

45 



lənirlər.  Bu  sahədəki  tələbatlarını  ödəyir,  eyni  zamanda,  asudə 

vaxtlarını səmərəli keçirirlər. Məhz belə bir şəraitdə sosial pedaqogika 

üçün  geniş  üfüqlər  açılır.  Əgər  belə  bir  sosial  şəraitdə  tərbiyə  işi 

düzgün  qurulursa,  uşaqların  və  böyüklərin  məktəbdənkənar 

məşğulluq səviyyəsi effektiv şəkildə inkişaf edər, cəmiyyətin mədəni 

səviyyəsinin mənbəyinə çevrilər. 



İslah-əmək pedaqogikası 

Buraya  törətdiyi  cinayət  əməlinə  görə  həbs  olunmuş  şəxslərin 

yenidən  tərbiyə  olunması  üçün  pedaqoji  və  psixoloji  yanaşmaların 

nəzəri  və  praktik  əsaslarının  işlənməsi  daxildir.  Pedaqogikanın  bu 

sahəsini  “Pentensiar  müəssisələrin  pedaqogikası”  da  adlandırırlar. 

Cəzasını çəkən uşaqların, böyüklərin yenidən tərbiyə olunması üçün 

islah  əmək  pedaqogikasının  ayrı-ayrı  bölmələri  mövcuddur. 

İslah-əmək  pedaqogikası  hü-  quqşünaslıq  və  hüquq  elmləri  ilə 

qarşılıqlı əlaqədədir. 

Humanistlik pedaqogikası 

Pedaqogikanın  bu  sahəsi  1950-ci  illərin  sonu  1960-cı  illərin 

əvvəllərində  ABŞ-da  meydana  gəlmişdir.  Humanistlik  pedaqogikası 

əvvəlcə  humanistlik  ideyalarının  ifadəsi  kimi  meydana  gəlmiş  və 

müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə 

əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere, 

R.Bart,  Ç.Ratboun  və  başqalarım  göstərmək  olar.  Humanistlik 

pedaqogikasının  əsas  qayəsi  təhsilə,  şəxsiyyətə  qayğılı  istinad 

xarakteri  vermək,  təhsildə  və  təlimdə  avtoritarizmi  dəf  etmək, 

şagirdlərin  bilikləri,  bacarıq  və  vərdişləri  mənimsəmə  prosesinə 

emosional  rəng  qatmaqdır.  Bu  emosionallığın  fonunda  təmənnasız 

yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə 

formaları daxildir. 

Humanistlik  pedaqogikası  adından  göründüyü  kimi,  qayğılı 

münasibətin emosional stimullaşdırıcı forması olub, həm təlim, həm 

tərbiyə,  həm  də  təhsil  prosesi  üçün  şəxsiyyətlərarası  münasibətlərin 

konstruktiv, kommunikativ fəaliyyətlərinin düzgün tənzünlənmə- sini 

məqsədəuyğun  hesab  edir.  Humanistlik  pedaqogikası  qabiliyyətli, 

istedadlı,  talantlı  uşaqların  üzə  çıxarılması,  inkişaf  etdirüməsi, 

formalaşdırılması  ilə  məşğul  olmaqla  yanaşı,  sahibsiz,  kimsəsiz  və 

şikəst  uşaqlara  da  yardım  edilməsini  həyata  keçirdiyi  işlərin  ən 

mühüm tərkib hissələrindən biri hesab edir. 



46 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə