MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə11/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   7   8   9   10   11   12   13   14   ...   196

verən  sönməz  məşəldir.  Bu  sönməz  məşəl  öyrənilən  materialın 

dərindən  dərk  olunmasma  və  möhkəm  yadda  qalmasına  və  deməli, 

lazım  gəldikdə  yada  salmmasına  münasib  psixoloji  şərait  yaradır» 

(Bax: Ağılın sönməz  məşəli, səh. 84).  «Təlim zamanı müəllimin öz 

psixoloji  vəziyyətini  tənzimləməsi»  (səh.  220-240)  ideyası  ilə  çıxış 

edən  alim  müəllimin  fəaliyyətində  aktyorluq  və  recissorluq 

əlamətlərini müqayisəli şəkildə özünəməxsus maraqlı bir üslubda şərh 

edir.  Müəllimin  fəaliyyətini  aktyorun  fəaliyyətinə  bənzədən 

əlamətləri, aktyor və müəllimin fəaliyyətindəki fərqli cəhətləri təqdim 

etməklə  yanaşı,  müəllimin  fəaliyyətindəki  recissorluq  əlamətlərini, 

recissorluq  və  müəllimlik  arasındakı  fərqi  izah  edir.  Gələcək 

müəllimlərə bir növ davranış qaydalarını öyrədir. Onun «müəllim də 

aktyor  qədər  öz  hərəkətlərinə:  üzünün,  əllərinin  və  bədəninin 

hərəkətlərinə hakim kəsilməlidir. Onun hansı  məqamda əli hərəkətə 

gətirəcəyinə,  hansı  məqamda  oturacağına,  necə  görkəm  alaca-  ğma 

nəzarət  etməyi  bacarmalıdır» (səh. 227) kimi  tövsiyələri müəllimlər 

üçün,  xüsusilə  gənc  müəllimlər  üçün  çox  faydalıdır.  Çünki  bu 

tövsiyələr  müəllim  öz  üzərində  məsuliyyətlə  işləməyə  çağırır.  Bu 

çağırışın  fonunda  müəllimin  emosionallığının  razılıq,  narazılıq, 

peşmançılıq,  sevinmək,  kədərlənmək,  mülayimlik,  sərtlik  kimi 

təzahürünün  və  bu  emosionallığı  idarə  etməyin  üsullarmın 

açıqlanması  çox  oricinal  səslənir.  Burada  müəllim  bir  tərəfdən  öz 

davranışına  nəzarət  etməyi,  digər  tərəfdən  özünümüşahidəni  (səh. 

237), özünü ruhlandırmanı (səh. 238) öyrənir. 

Dərsliyin  bu  yeniliyi  onu  digər  dərsliklərdən  fərqləndirən  ən 

mühüm amillərdəndir. 



Dərsliyin beşinci yeniliyi təlim-tərbiyə və təhsilin prinsipinin və 

məqsədlərində  ümumiliyin  olmasını  elmi  dəlillər  və  məntiqi 

ümumiləşdirmələrlə sübuta yetirməsidir. 

Müəllif  ilk  dəfə  olaraq,  təlim-tərbiyə  və  təhsilin  məqsədlərin- 

dəki  ümumiliyi,  təlim  və  tərbiyənin  üsullarında  onların  təşkili  for- 

malarmdakı  ümumiliyi  və  təlim,  tərbiyə  və  təhsil  üçün  psixoloji 

inkişafın ümumi olmasını məntiqi ardıcıllıqla aydınlaşdırır. 

Prof.N,M.Kazımov  ziddiyyətlər  anlayışma  da  dəqiq  aydmiıq 

gətirir.  O,  ziddiyyətləri  zahiri  və  daxili  ziddi}^ətlər  kimi  təqdim 

etməklə  onların  bir  növ  sərhədlərini  müəyyənləşdirir.  Bu  isə  flkri- 

mizcə, dərsliyin altıncı yeniliyidir. 

32 



Dərsliyin  pedaqoji  prosesin  qanunauyğunluqlarının  və 

qanunlarının  parametrləri  də  səliqəyə  salınmışdır.  Müəllif  hər  hansı 

bir  qanunauyğunluğu  müəyyənləşdirir  və  qanunauyğunluğun  qanun 

komponentini də bir meyar kimi onun ardınca lokonik şəkildə ifadə 

edir. 

Məsələn,  «...Milli  pedaqogika  belə  bir  qanunauyğunluq 



müəyyənləşdirmişdir;  təlim,  tərbiyə,  təhsil  və  psixoloji  inkişafın 

tamlığını  müəllimin  bilməsi  və  fəaliyyət  zamanı  nəzərə  alması 

şagirdlərdə  tər-  biyəlilik  səviyyəsini,  bilik  və  psixoloji  inkişaf 

səviyyəsini artırır. 

Bu  qanunauyğunluğun  qanun  forması  belədər:  təlim,  tərbiyə, 

təhsil və psixoloji inkişafın tamlığı qanunu» (səh. 57). 

Pedaqoji  prosesin  ondan  artıq  qanunauyğunluğunun  yenidən 

tənzimlənməsi, onların qanun formasının stimullaşdırılması dərsliyin 



yeddinci yeniliyi hesab olunmalıdır. Bu yeniliyin nəzərə çarpan digər 

tərəflərindən  biri  də  ondan  ibarətdir  ki,  prof.N.M.Kazımov  ilk  dəfə 

olaraq müəyyənləşdirmişdir ki, ənənəvi dərsliklərdə təlim-tərbiyənin 

prinsiplərinin hansı əsasa söykənməsi məsələsi açıq qalmışdır. Bunu 

nəzərə  alaraq  o,  sübuta  yetirmişdir  ki,  təlim-  tərbiyə  prinsiplərinin 

əsasında pedaqoji prosesin qanunauyğunluqları dayanır. 

Dərslikdə təlimin mərhələləri yeni tədris mövzularının, əsasən, 

qavramlmassı,  bilik,  bacarıq  və  vərdişlərin  başa  düşülməsi  və 

möhkəmləndirilməsi, 

müvəffəqiyyətə 

nəzarət, 

onun 


qiymətləndirilməsi  və  hesaba  alınması  kimi  sistemləşdirilir  (səh. 

161-171),  sonra  isə  təlim  üsulları  belə  bir  ardıcıllıqla  qruplaşdırılır: 

Yəni tədris mövzusunun əsasən qavranılmasına xidmət edən üsullar; 

bilik,  bacarıq  və  vərdişlərin,  əsasən,  möhkəmləndirilməsinə  və 

tətbiqinə xidmət edən üsullar (171-188). Bu məntiqi ardıcıllığı hər bir 

mütəxəssis güman edə bilər ki, təlimin mərhələləri təlimin üsullarını 

doğurmuşdur.  Deməli,  təlim  üsulları  müəyyən  bir  əsasdan 

yaranmışdır. Başqa sözlə ifadə  etsək, dərslikdə ilk dəfə olaraq isbat 

edilmişdir ki, təlimin üsulları təlimin mərhələlərindən törəmədir. Bu, 

dərsliyin səkkizinci yeniliyidir. 

Ənənəvi dərsliklərdə şəxsiyyətin formalaşması, irsiyyət, mühit, 

tərbiyə  və  inkişaf  amilləri  məhdud  şəkildə  izah  olunmuşdur. 

N.M.Kazımov isə ilk dəfə olaraq bu problemi  qlobal şəkildə açmış, 

şəxsiyyətin formalaşmasında pedaqoji prosesin və əməyin 

33 



rolunu  tutarlı  dəlillərlə  izah  etməyə  müyəssər  olmuşdur.  Maraqlı 

burasıdu* ki,  bu amillər barədə mövcud olan bütün  nəzəriyyələri, o 

cümlədən  irsiyyətə,  mühitə,  tərbiyəyə,  irsiyyətlə  mühitin  yanaşı 

təsirinə,  irsiyyət,  mühit,  tərbiyə  və  fəaliyyət  amillərinin  qarşılıqlı 

təsirinə,  üstünlük  verənləri  ayrı-ayrılıqda  təhlil  edərək  dərslikdən 

istifadə edənlərə təqdim etmişdir. Doğrudur, N.M.Kazımov ayrıca bir 

monoqrafiyasında bu barədə ətraflı söhbət açmışdır. Lakin problemin 

lakonik  şəkildə  dərsliyə  gətirilməsi  doqquzuncu  yemlik  kimi 

qiymətləndirilməlidir. 

Bu vaxta qədər yazılan «Pedaqogika» dərslikləri, əsasən, iki və 

ya üç hissədən (tərbiyəşünaslıq, didaktika və məktəbşünaslıq) ibarət 

olmuşdur. N. M. Kazımov isə ilk dəfə olaraq «Məktəb pedaqogikası» 

korpusunu  beş  hissədən  ibarət  olmaqla  hazırlamışdır.  Bu,  dərsliyin 

onuncu yeniliyidir. 

İndi isə «Məktəb pedaqogikası» dərsliyinin həmin beş bölməsi 

və onun digər müsbət məziyyətləri və yenilikləri barədə fikirlərimizi 

açıqlayaq. 

Otuz iki fəsil, giriş, istifadə olunan ədəbiyyat və mündəricat- dan 

ibarət  olan  «Məktəb  pedaqogikası»  adlı  kitab  bir  neçə  cəhətdən 

mühüm  aktuallıq  kəsb  edir.  Birincisi,  əsərdə  müəllifin  bütün 

məsələlərə  plüralist  mövqedən  yanaşması,  son  dərəcə  demokratik 

ruhda ümumiləşdirmələr aparması dərsliyin günün reallığı ilə, günün 

ən vacib tələbləri ilə səsləşməsinə səbəb olmuş və bu da ona tam yeni 

bir görkəm vermişdir. 

İkincisi,  digər  dərsliklərdən  fərqli  olaraq,  «Məktəb  pedaqogi- 

ka»sında ilk dəfə olaraq tərbiyə, təlim və təhsil məsələlərinin, dünya 

təcrübəsi  ilə  müasir  pedaqoji  təcrübənin  müqayisə  edilərək  yeni 

pedaqoji təfəkkür baxımından təhlil edilməsidir. 

Üçüncüsü  isə  təhsil,  təlim  və  tərbiyə  ilə  bağlı  pedaqoji  fikir 

tariximizdən  gətirilən  iqtibasların,  milli  koloritmizə  aid  olan 

nümunələrin  müasir  pedaqoji  təcrübə  ilə  müqayisəli  şəkildə 

verilməsidir. 

Dərsliyin 

birinci 

bölməsində 

pedaqogikanın 

nəzəri-metodoloji məsələləri işıqlandırılmış; pedaqoji elmin sahələri, 

digər elmlərlə əlaqəsi, mənbələri və pedaqoji üsulları əhatəli şəkildə 

verilmiş;  pedaqogikanın  başlıca  kateqoriyaları  sistemə  salınmış; 

pedaqoji pro- sesdəki ziddiyyətlər, qanunlar, qanunauyğunluqlar elmi 

şəkildə  şərh  edilmiş;  şəxsiyyətin  formalaşması  məsələsi  həm 

qneseoloji. 

34 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə