MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə8/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   4   5   6   7   8   9   10   11   ...   196

təhsil məktəblərində, liseylərdə, orta ixtisas kollec və texnikumlarında 

da,  ali  məktəblərdə  və  pilotlar,  matroslar,  miçmanlar,  ustalar, 

sənətkarlar,  sürücülər  hazırlayan  peşə  kurslarmda,  hətta  sirkdə  də 

cərəyan  edir.  Deməli,  təlimi  məktəblə  məhdudlaşdırmaq  düzgün 

sayıla bilməz. 

Təəssüflər  olsun  ki,  pedaqogika  dərslik  və  dərs  vəsaitlərinin 

böyük əksəriyyətində təlim yalnız məktəbə şamil edilir. 

Faktlara müraciət edək: 

«Təlim-müəllimin  rəhbərliyi  altında  məqsədə  yönəldilmiş, 

planlı və mütəşəkkil bir surətdə təhsil almaq prosesidir ki, bu prosesdə 

şagirdlərə biliklər sistematik şərh edilir, iş qaydaları göstərilir, onların 

bilik,  bacarıq  və  vərdişləri  şüurlu  və  möhkəm  mənimsəməsi,  idrak 

qabiliyyətlərinin  inkişaf  etdirilməsi  məqsədilə  fəaliyyətləri  təşkil 

olunur» (Mehdizadə M. və b. Pedaqogika, Bakı, 1958, səh. 9). 

"Təlim  -  müəllimin  rəhbərliyi  altmda  məqsədə  yönəldilmiş, 

planlı və mütəşəkkil bir surətdə təhsil almaq prosesidir (Pedaqogikaya 

giriş. V.İ.Lenin adma APİ-nin nəşri,Bala, 1973, səh. 38). 

"Təlim - müəllimin rəhbərliyi və müvafiq vasitələrin köməyi ilə 

şagirdlərin  həyatı  dərk  etməsi  prosesidir"  (Pedaqogikadan  mühazirə 

konspektləri. Bakı, Maarif, 1983, səh. 114). 

"Təlim - müəllim və şagirdlərin qarşılıqlı şəkildə məqsədyönlü 

fəaliyyətidir" 

(Y.Talıbov, 

Ə.Ağayev, 

A.Eminov, 

İ.İsayev. 

Pedaqogika. Bakı, Adiloğlu, 2003, səh. 5). 

"Təlim - müəllimlə şagirdin arasında elə qarşılıqlı münasibətlər 

sistemi  nəzərdə  tutulur  ki,  bunun  nəticəsində  şagird  müəyyən  bilik, 

bacarıq  və  vərdişlər  sisteminə  yiyələnir,  onda  əxlaqi-mənəvi 

keyfiyyətlər  formalaşır"  (A.Abbasov,  H.Əliiähə.  Pedaqogika.  Bakı, 

Renesans, 2000, səh. 6). 

"Təlim- müəllim və şagirdlərin xüsusi təşkil olunmuş prosesdə 

məqsədli  və  idarəolunan  qarşılıqlı  fəaliyyətidir"(Ə.Paşayev, 

F.Rüstəmov. Pedaqogika, Bakı, Çaşıoğlu, 2002, səh. 18). 

"Təlim-  müəllimin  rəhbərliyi  altında  planlı  və  mütəşəkkil 

surətdə həyata keçirilən təhsil almaq prosesinə deyilir" (Pedaqogika, 

ADTPƏN, Bakı, 1964, səh. 6). 

Göründüyü  kimi,  bir-birindən  köklü  surətdə  (ikisi  istisna  ol- 

maqla-F.S.) fərqlənən bu təriflərdə orta ümumtəhsil məktəblərin- dəki 

təlimdən söhbət gedir. Yuxarıda təlimin cərəyan etdiyi ünvan- 

23 



larin heç birində təlim fəaliyyəti nəzərə aimmır. Bu təriflərdən fərqli 

olaraq,  "Milli  pedaqogika  yollarında"  kitabında  oxuyuruq:  "Təlim 

kateqoriyasmm  milli  pedaqogika  anlamı:  Sistemləşdirilmiş  milli  və 

ümumbəşəri biliklərə, bacarıq və vərdişlərə adamlarm məqsədyönlü, 

planlı və mütəşəkkil yiyələnməsi və bu zaman onların həm də mənəvi, 

psixoloji  keyfİ5^ətlərlə  silahlanmaları  təlimdir  (Bax:  Milli 

pedaqogika yollarında. Bakı, Ağrıdağ, 2001, səh. 142). 

Moskvada  dərc  edilmiş  "Pedaqogika"  dərslikləri  içərisində 

"Prosveşenie"  nəşriyyatı  tərəfindən  buraxılan  və  müəlliflər  heyəti 

tərəfindən hazırlanan "Pedaqogika" adlı dərslikdə təlimə verilən tərifə 

də diqqət edək:  "Təlim öyrədənlərlə öyrənənlərin birgə fəaliyyətidir 

ki, bu zaman birincilər bilik, bacarıq verir, onların mənimsənilməsinə 

bu  və  ya  digər  dərəcədə  rəhbərlik  edir,  ikincilər  isə  bu  bilikləri, 

bacarıq  və  vərdişləri  mənimsəyirlər"  (Pedaqoqika.  Moskva, 

Prosveşenie, 1968, s. 26). 

Məhz  bu  iki  tərifdə  təlimin  bizim  nəzərdə  tutduğumuz  bütün 

ünvanları, obyektləri nəzərə alınır. 

Bu  cəhətdən  professor  N.M.Kazımovun  "Ali  məktəb 

pedaqogikası" dərsliyində təlim üçün daha səciyyəvi olan tərifi daha 

önəmli  hesab  edirik:  "Öyrədənin  məqsədyönlü  və  plänlı  rəhbərliyi 

altında  milli  və  ümumbəşəri  dəyərlərlə  əlaqədar  olan  biliklərin, 

bacarıq 


və 

vərdişlərin 

öyrənənlər 

tərəfindən 

mütəşəkkil 

mənimsənilməsi  və  bu  zaman  onlarm  tərbiyə  olunmaları  və  inkişaf 

etmələri prosesi təlimdir" (N.M.Kazımov. Ali məktəb pedaqogikası. 

Bakı, Nicat, 1999, səh. 21). 

Fikrimizcə,  bu  tərif  təlimin  bütün  elmi-pedaqoji  cəhətlərini 

özündə ehtiva edir. 

Pedaqoji  elmin  başlıca  kateqoriyalarmdan  biri  də  təhsildir. 

Təhsil xalq təsərrüfatının ən aparıcı sahələrindən, başqa sözlə desək, 

ən mühüm tərkib hissələrindən biridir. Lakin uzun illər təhsil əhalinin, 

adamların maariflənməsi kimi izah olunub. Keçmiş sovet məkanında 

dövlət  idarəetmə  sistemində  orta  təhsilə  Maarif  Nazirliyi,  peşə 

təhsilinə Peşə Təhsili Komitəsi, ali və orta ixtisas təhsilinə isə Ali və 

Orta İxtisas Təhsil Nazirliyi rəhbərlik edirdi. 

Ənənəvi  pedaqogikalarda  isə  təhsil  pedaqoji  elmin  tədqiqat 

sahələrindən biri kimi nəzərə aimmırdı. Əsasən tərbiyə pedaqoji elmin 

tədqiqat  sahəsi  sayılır,  təhsil  isə  onun  tərkibində  nəzərdən  ke- 

çirilirdi.A.Abbasov və H.Əlizadə tərəfindən hazırlanmış "Pedaqo 

24 



gika"da  oxuyuruq:  "Tərbiyə"  sözü  son  dərəcə  geniş  anlayışdır.  Çox 

zaman "təhsil" və "təlim" də onun tərkibində nəzərdən keçirilir, hətta 

pedaqogikaya  tərif  verərkən  ona  "tərbiyə"  haqqında  elm  kimi 

yanaşırlar. Bu, görünür, təhsil və təlim anlayışlarına nisbətən tərbiyə 

anlayışmın daha erkən meydana gəlməsi ilə bağlıdır. İlk insanlar məhz 

tərbiyə  edə-edə  övladlarına  bilik,  bacarıq,  vərdiş  qazandırırdılar. 

İngilis  dilində  "edication"  sözü  var.  O,  eyni  zamanda,  həm  tərbiyə, 

həm təhsil, təlim, maarif, həm də ən əsası "pedaqogika" mənasını verir 

(Bax:  A.Abbasov,  H.Əlizadə.  Pedaqogika.  B.,  Renesans,  2000,  səh. 

79-80). 


Son  on  ildə  aparılan  tədqiqatlarda  isə  təhsilə  olan  münasibət 

dəyişmişdir. 

Son 

ədəbiyyatdarda 



pedaqoji 

elmin 


başlıca 

kateqoriyalarından biri olan təhsilin bilik, bacarıq, vərdişlər sistemini 

əhatə  etməsi,  müvafiq  tədris  müəssisələrində  müəyyən  müddətdə 

həyata  keçirilməsi,  təlimlə  üzvi  surətdə  əlaqədə  olması,  tərbiyə  və 

inkişaf imkanlarını özündə ehtiva etməsi öz əksini tapır. 2003-cü ildə 

Moskvanın "Pedaqoqiçeskoe obşestvo Rossii" nəşriyyatı tərəfindən 

P.İ.Pidkosistiyin  redaktorluğu  ilə  nəşr  olunan  "Pedaqogika" 

dərsliyində "Təhsilin məzmunu" adlanan 8 fəslin bürinci paraqrafımn 

ya-  nmbaşlığı  "Soderjanie  obrazovaniya  как  didaktiçeskaya 

kateqoriya pedaqoqiçeskoy nauki" adlanır. Elmi pedaqogikada təhsil 

didakti- kanm  kateqoriyalarından biri  kimi  təqdim  edilməklə  yanaşı, 

onun bilik, bacarıq və vərdişlər sistemini əhatə etməsi, müvafiq tədris 

müəssisələrində  yüksək  dünyagörüşə  malik  olan  şəxsi)f7ətlərin  ye- 

tişdirilməsini təmin  etməsi,  öyrətmə, təlim-tərbiyə etmə imkanlarına 

malik olması göstərilir. 

N. Kazımov istisna olmaqla, pedaqoqlarımızm heç biri təhsilin 

bu  xüsusiyyətlərini  onun  mahiyyətində,  hətta  tərifində  nəzərə 

almamışdır.  Yuxarıda  təhsilə  verilən  bir  neçə  təriflə  bağlı  fikir 

söylədiyimizi nəzərə alaraq bu məsələnin üzərində ətraflı dayanmağı 

məqsədəuyğun hesab etmirik. Bircə onu qeyd etməyi vacib sayırıq ki, 

professor  N.M.Kazımov  təhsil  kateqoriyası  ilə  bağlı  müfəssəl 

fikhlərlə,  konseptual  ideyalarla  çıxış  edərək  təhsilə  belə  bir  tərif 

vermişdir:  "Təhsil  xalq  təsərrüfatının  tərkib  hissəsi  olub,  müvafiq 

tədris  müəssisələrində  müəyyən  müddətə  öyrənilən,  tərbiyə  və 

psixoloji inkişaf imkanlarma malik olan, təlimin həm zəruri şərti, həm 

də nəticəsi kimi özünü göstərən, milli və ümumbəşəri dəyər 

25 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə