MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə6/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   2   3   4   5   6   7   8   9   ...   196

yov, A.H.Aleksyuk, N.B.Savin, K.B.Belski, S.İ.Rinovski, 

M.  A.Malenkov, A.N.Alekseyev, O.S.Boqdanov, A.A.Qonçarov, 

N.  S.Likin,  T.V.Belikov,  V.M.Konçaşkin,  F.N.Qonobolin,  Y.K.Ba- 

banski,  N.A.Sarokin,  T.N.Malkovskaya,  D.M.Qrişin,  E.P.Belozer- 

çev, 

V.A.Slastyonin, 



Baranov, 

Lordkipanidze, 

Podlasıy, 

V.V.Kraevskiy,  A.F.Menyayev,  V.M.Polonskiy,  P.İ.Pidkasistiy, 

N.E.Şurkova, Qonçarov və başqa müəlliflər tərəfindən dərslik və dərs 

vəsaitlərində istər pedaqoji proses, istərsə də pedaqogikanın mövzusu 

və  tədqiqat  sahəsi  haqqında  deyilənləri  nəzərdən  keçirsək,  fikrimizi 

sübut etmək üçün istənilən qədər nümunələr gətirmək olar. 

İstər  keçmiş  SSRİ,  istərsə  də  MDB  və  Rusiya  məkanında 

hazırlanmış  «Pedaqogika»larda  pedaqogikanın  mövzusu  uşaqların, 

yeniyetmə  və  gənclərin,  əsasən,  tərbiyəsi,  bəzi  hallarda  isə 

təlim-tərbiyəsindən  bəhs  edən  elm  adlandırıldığı,  pedaqogikanm 

tədqiqat  sahəsinin,  təlim,  tərbiyə  və  tədris  prosesi  hesab  olunduğu 

üçün  pedaqoji  prosesin  mahiyyəti,  məzmunu  haqqında  müfəssəl 

məlumat verilməmişdir. Əslində, adı çəkilən müəlliflərdən yalnız bir- 

neçəsi  istisna  olmaqla,  onların  böyük  əksəriyyəti  pedaqoji  proses 

anlayışına  kiçik  bir  münasibət  belə  bildirməmişdir.  Adı  çəkilən 

müəlliflər  içərisində  Y.B.Babanskinin  redaktoru  və  həm 

müəlliflərindən  biri  olduğu  «Pedaqogika»  adlı  dərs  vəsaitində 

(Moskva,  Prosveşenie,  1983,s.  73-90)  dördüncü  fəsil  «Pedaqoji 

proses»  adlanır.  Üç  paraqrafdan  ibarət  olan  həmin  fəslin  birinci 

paraqrafı  «Pedaqoji  prosesin  strukturu  və  qanunauyğunluqları» 

adlanır.  Həmin  paraqrafm  ikinci  abzasında  P.F.Kapterov, 

N.K.Krupskaya,  A.P.Pinkeviçin  əsərlərində  təqdim  edilən  pedaqoji 

prosesin iki tərəfi olan təlim - tərbiyə prosesinin spesifik cəhətlərinin 

dərindən öyrənilməsi və təhlil olunması  göstərilir (səh. 73). Müəllif 

paraqra-  fın  «Pedaqoji  prosesin  əsas  komponentləri»  yarımbaşlığı 

altında  verilmiş  şərhinin  birinci  abzasmda  isə  yazır:  «Pedaqoji 

prosesin  ən  böyük  komponentləri  təlim  və  tərbiyə  prosesidir»  (səh. 

75).  Göründüyü  kimi  Kapterov  da,  Pinkevski  də,  hətta  Babanskinin 

özü  də  pedaqoji  prosesi  təlim-tərbiyə  ilə  məhdudlaşdırmışlar. 

Pedaqoji  elmin  mahiyyəti,  məzmunu,  məqsəd  və  vəzifələri,  onun 

kateqoriyaları  da  ilk  dəfə  Azərbaycan  pedaqoqları  tərəfindən  daha 

dəqiq,  səlist,  daha  zəngin  elmi  dəlillərlə  izah  edilmişdir.  Pedaqoji 

proses  haqqında  Ə.Paşayev  və  F.Rüstəmovqn,  u  üəllıı  oıauqıarı 

«Pe~qaqo+ 

17 



gika» adlı dərs vəsaitində (Bax, Çaşıoğlu, 2002, səh. 105) «Pedaqoji 

proses» adlı fəslin olması təqdirəlayiq hadisədir. Müəlliflər pedaqoji 

prosesin mahiyyətini, məzmununu, sistemini, qa- nunauyğunluqlarmı, 

mərhələlərini və texnoloji əsaslarını şərh etməklə milli pedaqogikanın 

yeniləşməsi, 

dünya 


standartlarına 

uy- 


ğunlaşdınlaraq 

formalaşdırılması  baxımından  irəliyə  doğru  müsbət  və  uğurlu  bir 

addım atmışlar. Lakin pedaqoji prosesi müəllim və şagirdin qarşılıqlı 

təsiri  ilə  məhdudlaşdıran  müəlliflər  «Qarşıya  qoyulan  məqsədə 

çatmaq  üçün  müəllimlərlə  şagirdlərin  qarşılıqlı  təsirinə  pedaqoji 

proses  deyilir»  deməklə  bu  prosesin  sərhəddini  düz  gün 

müəyyənləşdirə  bilməmiş  və  ondan  bir  kateqoriya  kimi  söL  bət 

açmamışlar. 

Müstəqillik  qazandığımız  ilk  illərdə  50-dən  artıq  elmi 

məqalələri,  «Milli  pedaqogika  yollarmda»,  «Pedaqogika»,  «Ali 

məktəb  pedaqogikası»,  «Məktəb  pedaqogikası»  kimi  kitab  və 

dərslikləri,  «Məktəb  pedaqogikası  sxemlərdə»  adlı  tədris  vəsaiti  ilə 

Təhsil  is-  lahatlarmın  gedişinə  əvəzsiz  xidmətlər  göstərən  pedaqoji 

elmlər  doktoru,  əməkdar  elm  xadimi,  professor,  Azərbaycan  Dillər 

Uni-  versitetmin  kafedra  müdiri  Nurəddin  Kazımov  ilk  dəfə  olaraq 

pedaqoji elmin kateqoriyalarmı düzgün müəyyənləşdirməyə müyəssər 

olmuşdur. 

Pedaqoji  elmin  kateqoriyalarmdan  biri  də  tərbiyədir.  Tərbiyə 

şüurlu insan cəmiyyəti yarandığı gündən mövcud olmuşdur. Professor 

Əliheydər  Həşimov  yazırdı  ki,  tərbiyənin  tarixi  insan  cəmiyyətinin 

tarixi  qədər  qədimdir.  İnsan  cəmiyyətinin  inkişafı  tarixində  elə  bir 

dövr  olmamışdu*  ki,  orada  yaşlı  nəslin  nümayəndələri  gənc  nəslin 

tərbiyəsi  qayğısma  qalmamış  olsun.  Lakin  müxtəlif  zamanlarda, 

müxtəlif  inkişaf  mərhələlərində  tərbiyənin  mahiyyəti,  xarakteri  və 

uşaqlara  aşılanması  yolları  eyni  səviyyədə  olmamışdır.  Ən  qədim 

zamanlarda tərbiyə işi sadə, tərbiyə məsələləri üzrə bilik, bacarıq və 

baxışlar  məhdud  olmuşdur...  Zaman  keçdikcə  insanların  biliyi  və 

həyat  təcrübəsi  artır,  dünyagörüşü  genişlənirdi.  Tərbiyə  sahəsindəki 

təcrübə  və  biliklər  də  artır,  zənginləşürdi.  Onu  sələflərdən  xələflərə 

vermək işi xüsusi ustalıq, qayda-qanun, adət və ənənə tələb edirdi. 

Bu  yolla  xalq  pedaqogikası  yaranmışdır  (Ə.Həşimov,  F.Sadı- 

qov.  Azərbaycan  Xalq  Pedaqogikası,  Bakı,  Ünsiyyət,  2000,  səh.  6). 

Professor Yusif Talıbov yazırdı ki, «Azərbaycan məktəbi və 

18 



pedaqoji fikir tarixinin çox zəngin, qiymətli bir incisi xalqın folklor 

nümunələrində irəli sürülən tərbiyə haqqmda fikirlər»dir. 

Ağılarda, 

laylalarda, 

atalar 

sözlərində, 



tapmacalarda, 

deyimlərdə,  düzümlərdə,  düzgülərdə,  öcəşmələrdə,  çaşdırmalarda, 

nəğmələrdə, muğamlarda, nazlamalarda, sınamalarda, yanıltmaclarda, 

vücudnamələrdə, nəsihətlərdə, vəsiyyətlərdə, lətifələrdə, əfsanələrdə, 

rəvayətlərdə, 

bayatılarda, 

qoşmalarda, 

dodaqdəyməzlərdə 

diltərpənməzlərdə, nağıllarda, dastanlarda, əsatirlərdə istənilən sayda 

tərbiyəvi fikirlər vardır. 

Klassiklərimizin  əsərlərindən  kifayət  qədər  tərbiyəvi  fikirlər 

nümunə gətirmək olar. 

Tərbiyə nəzəriyyəsinin banisi isə bizim fikrimizcə, Azərbaycan 

xalqmın  XIII  əsrdə  yaşamış  böyük  mütəfəkkiri  Nəsirəddin  Tusidir. 

Nəsirəddin Tusi özünün «Əxlaqi-Nasiri» əsərində tərbiyənin bütöv bir 

sistemini yaratmışdır. Tusi yazırdi ki, «uşaq süddən ayrıldıqdan sonra 

hələ  əxlaq  korlanmağa  vaxt  tapmamış  onu  tərbiyə  etməyə,  nizam  - 

intizama  öyrətməyə  başlamaq  lazımdır».  Uşaq  təbiətində  olan  fitri 

nöqsanlara görə pis adətlərə meyl edə biləcəyindən vaxtından əvvəl 

onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla əxlaqını saflaşdırmaq 

gərəkdir. Tusiyə görə, tərbiyənin bünövrəsi belə bir əsasa söykənərsə, 

uşağı  fəzilətli  insan  səviyyəsinə  3diksəltmək  olar.  Tusi  fəzilətlərin 

əsasmda  isə  hikmətin  dayandığını  söyləyərək  yazır  ki,  «Hikmət 

cinsinə daxil olan növlərin» miqdarı yeddidir: zəka, dərk cürəti, zehin 

aydınlığı, öyrənmə asanlığı, ağıl gözəlliyi, hafizə, hazırcavablıq». 

Göründüyü  kimi,  xalqımızın  məişətinə  daxil  olan  (milli) 

tərbiyəmizin çox zəngin təcrübi və nəzəri əsasları vardır. 

Bəs bu gün elmi pedaqogikada tərbiyə nəzəriyyəsinin qoyuluşu 

necədir? 

Açığını  etiraf  etmək  lazımdır  ki,  problemin  elmi-pedaqoji 

ədəbiyyatda qoyuluşu heç də ürəkaçan deyil. Bunun üçün tərbiyəyə 

verilən bir neçə tərifi nəzərdən keçirmək kifayətdir. 

«Kommunist tərbiyəsi uşaqların fiziki və zehni qabiliyyətlərini 

məqsədəyönəlmiş, planlı və mütəşəkkil bir surətdə inkişaf etdirmək, 

onları  bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırmaq,  onlarda 

elmi-materialist dünyagörüşü təşəkkül etdirmək və kommunist əxlaqı 

sifətləri  inkişaf  etdirməkdən  ibarətdir»  (Bax,  Pedaqogika,  APİ-  nin 

nəşri, 1958, səh. 9). 

19 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə