MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə5/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   2   3   4   5   6   7   8   9   ...   196

milləşdirilir.  Yaxşı  hal  kimi  qeyd  olunmalıdır  ki,  Azərbaycanda 

yaranan milli pedaqogika öz milli və ümumbəşəri dəyərlərə əsaslanan 

məzmunu  və  strukturu  ilə  diqqəti  cəlb  edir.  Milli  pedaqogika-  dakı 

pedaqoji  elm  və  pedaqoji  proses,  pedaqoji  elmin  kateqoriyaları, 

ziddiyyətləri, qanunauyğunluqları və digər struktur bölmələri milli və 

bəşəri ideyaları özündə əks etdirmək baxımından diqqəti cəlb edir. 

Nurəddin  Kazımov,  Əliheydər  Həşimov,  Yusif  Talıbov,  Əjdər 

Ağayev,  Allahverdi  Eminov,  İramin  İsayev,  Akif  Abbasov,  Hikmət 

Əlizadə,  Fərahim  Sadıqov,  Əmrulla  Paşayev,  Fərrux  Rüstəmov, 

Ağahüseyn  Həsənov,  Ləzifə  Qasımova,  Rəhimə  Mahmudova 

tərəfindən  hazırlanan,  ali  və  orta  ixtisas  məktəblərində  istifadəsi 

mümkün sayılan «Pedaqogika», «Məktəb pedaqogikası», «Ali məktəb 

pedaqogikası», 

«Məktəbəqədər 

pedaqogika», 

«Müqayisəli 

pedaqogika»,  «Azərbaycan  xalq  pedaqogikası»,  «Azerbaydjanskaya 

narod- naya pedaqoqika» adlı dərslik və dərs vəsaitləri bu baxımdan 

mühüm  əhəmiyyət  kəsb  edir.  Milli  pedaqogikada  pedaqoji  elm, 

pedaqoji  proses  və  onların  kateqoriyaları  barədə  irəli  sürülən  yeni 

pedaqoji  konsepsiyalar  barədə  bir  qədər  ətraflı  danışmağa  ehtiyac 

duyulur. 



1.2.

 

Pedaqoji elmin başlıca kateqoriyaları 

«Kateqoriya» sözünün yunanca yozumu «mülahizə», «ittiham», 

«əlamət»  mənalarmdadır.  Fəlsəfədə  gerçəklik  hadisələrinin,  idrakın 

ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən 

əsas anlayışdır. İnsan onu əhatə edən aləmi kateqoriya vasitəsilə dərk 

edir. Kateqoriya elmi biliyin düyün nöqtələri, insanın özünü təbiətdən 

ayırmasmın,  yəni  dərk  etməsinin  pillələridir  (Bax:  ASE,  səh.  297). 

JPedaqogikada  da  kateqoriya  pedaqoji  elmin  ümumi  və  mühüm 

xassələrini,  tərəflərini,  münasibətlərini  və  tərkib  hissələrini  özündə 

əks etdirir. Bu sözü ilk dəfə elmi pedaqogikaya gətirən əməkdar elm 

xadimi,  professor  Nurəddin  Kazımov  olmuşdur.  O,  elmi  məqalə  və 

çıxışlarında  «Milli  pedaqogika  yollarm-  da»  kitabına,  ən  nəhayət, 

2002-ci  ildə  dərc  etdirdiyi  «Məktəb  pedaqogikası»  dərsliyinə  yeni 

«Milli  pedaqogikada  başlıca  kateqoriyalar:  pedaqoji  prosesin 

tamlığını təmin edən amillər» fəslini daxil etmişdir. 

14 



Həmin kitabda oxuyuruq: «Beş başlıca pedaqoji kateqoriya var: 

pedaqoji  proses,  tərbiyə,  təlim,  təhsil  və  psixoloji  inkişaf.  Pedaqoji 

proses  deyəndə,  təlim,  tərbiyə,  təhsil  və  bunlardan  ayrılmaz  olan 

psixoloji  inkişaf  kateqoriyalarının  vəhdəti  nəzərdə  tutulur.  Çünki 

təlim,  tərbiyə  və  təhsil  kateqoriyalarında  oxşarlıq  əlamətləri  fərqli 

əlamətlərə  nisbətən  xeyli  üstünlük  təşkil  edir;  üçündə  də  iki  tərəf 

(öyrədən və öyrənən) iştirak edir; üçündə də bir tərəf digər tərəfə təsir 

göstərir;  üçündə  də  göstərilən  təsirlər  pedaqoji-psixoloji  səciyyəli 

olur;  üçündə  də  pedaqoji-psixoloji  təsirlər  məqsədyönlü,  planlı  və 

mütəşəkkil olur; üçündə də xalq üçün faydalı olan sistemləşdirilmiş 

biliklər,  bacarıq  və  vərdişlər,  habelə  mənəvi  keyfiyyətlər 

mənimsənilir. 

Pedaqoji  prosesin  əhatə  etdiyi  başlıca  kateqoriyalara  xas  olan 

ümumi  cəhətləri  nəzərə  alaraq  milli  pedaqogika  onun  mahiyyətini 

belə  ifadə  edir:  sistemləşdirilmiş  biliklərin,  bacarıq  və  vərdişlərin, 

habelə mənəvi keyfiyyətlərin adamlar tərəfindən məqsədyönlü, planlı 

və mütəşəkkil mənimsənilməsi pedaqoji prosesdir» (Bax, Pedaqogika, 

Çaşıoğlu, 2002, səh. 32). 

Bəs pedaqoji prosesin kateqoriyalara bölünməsi hansı zərurətdən 

yaranmışdır? Əlbəttə ki, pedaqoji prosesin kateqoriyalara bölünməsi 

zərurətinin  yaranması  amilləri  çoxdur.  Onlarm  bir  neçəsinə  diqqət 

edək. 


Birincisi,  pedaqoji  prosesin  konkret  kateqoriyalara  bölünməsi 

pedaqogikanm mövzusu ilə bağlı mövcud olan bütün fikir ayrılığına 

son  qoya  bilər.  İkincisi,  pedaqogikanın  tədqiqat  mövzusu  və 

sahələrinin  düzgün  müəyyənləşdirilməsi  üçün  zəmin  yaranar. 

Üçüncüsü  «təlim»,  «tərbiyə»,  «təhsil»  anlayışlarının  oxşar  və  fərqli 

cəhətlərinin  sərhədləri  düzgün  müəyyənləşər  və  beləliklə, 

pedaqogikanı  öyrənən  gənc  nəslin  ayrı-ayrı  dərsliklərdə  (dərs 

vəsaitlərində)  bu  məsələlərlə  əlaqədar  rastlaşdıqları  biri-birinə 

daban-dabana  zidd  olan  fikirlərin,  biri-birini  təkzib  edən 

mülahizələrin, biri-birindən köklü surətdə fərqlənən tərəflərin aradan 

qaldırılmasına zəmin yaranmış olar. 

Uzun illərdir bütün dilçilər sözə, nitq hissələrinə cümləyə verilən 

təriflərdə  yekdil  fikrə  gəlmişlər.  Həmçinin,  fiziklər,  bioloqlar, 

filosoflar  və  başqalarından  soruşsan  ki,  «Bitmiş  bir  fikri  ifadə  edən 

sözə və ya söz birləşməsinə nə deyilir?», şübhəsiz, cavab verəcək ki, 

«Cümlə». Yaxud, kimdən soruşsalar ki, «Təsir əks təsirə bəra 

15 



bərdir»  fizika  qanununun  formulu  necədir?  fikirləşmədən  cavab 

verəcəklər ki, «F=-F». Kimdən soruşsalar ki, «Şagirdlərin elmi texniki 

biliklərə  yiyələndirilməsi  nədir?»,  yəqin  ki,  fikirləşməli  olacaqlar 

(İxtisasa giriş, səh. 38). 

Kimdən  soruşsalar  ki,  «Şagirdlərin  elmi  və  texniki  biliklər 

sisteminə  və  bunlarla  əlaqədar  olan  zehni,  əməli  bacarıqlar  və 

vərdişlər  sisteminə  yiyələnməsi,  bu  biliklər  əsasında  onlarda 

dünyagörüşünün təşəkkül etməsi» nədir? şübhəsiz, xeyli fikirləşməli 

olacaqlar.  Yaxud,  «Sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin 

məcmusu»,  «İnsanın  bilik,  bacarıq  və  vərdişlərlə  silahlanduılması» 

«Təlim  prosesində  şagirdlərə  verilən  bilik,  bacarıq  və  vərdişlər 

sisteminin  məcmusu»  yəqin  yenə  fikirləşməli  olacaqlar.  Dərslik  və 

dərs vəsaitlərindən götürülmüş bu beş tərifin beşi də «təhsil»ə verilən 

təriflərdir. Təlimin və tərbiyənin  təriflərini müqayisəli şəkildə təhlil 

etdikdən sonra buna bənzər, hətta bundan da ziddiyyətli yanaşmaların 

şahidi  oluruq.  Araşdırdığımız  50-dən  artıq  tərifin  10  faizi  üst-üstə 

düşdüyü  halda,  90  faizi  biri-birindən  fərqlənir;  ya  biri-birini  inkar 

edir, ya təkzib edir, ya da təhsilin mahiyyətini özündə əks etdirmir. 

Pedaqoji  proses  anlayışı  ilə  bağlı  bir  neçə  cəhətə  diqqət 

yetirməyə  ehtiyac  duyulur.  Birincisi,  bu  vaxta  qədər  elmi 

pedaqogikada pedaqoji proses anlayışına ya az yer verilmiş, ya da heç 

verilməmişdir. 

Azərbaycanda 

Mehdi 


Mehdizadə, 

Mərdan 


Muradxanov,  Tələt  Əfəndiyev  və  İsfəndiyar  Vəlixanlı  tərəfindən 

1958-ci ildə V.İ.Lenin adına APİ tərəfindən çap olunan «Pedaqogika» 

adlı tədris vəsaitində, 1964-ci ildə M.Muradxanovun redaktorluğu ilə 

dərc  edilmiş  «Pedaqogika»  dərsliyində  və  ondan  sonra  Y.Talıbov, 

Ə.Ağayev,  İ.İsayev,  A.Eminov,  A.Abbasov,  H.Əlizadə,  F.Sadıqov, 

Ə.Həşimov, L.Qasımova, R.Mahmudova tərəfindən hazırlanmış dərs 

vəsaitlərinin heç birində pedaqoji prosesin mahiyyəti və məzmunu ilə 

bağlı fəsil və ya paraqraf yoxdur. Üstəlik müəlliflərin demək olar ki, 

hamısı pedaqoji proses deyəndə yalnız təlim-tərbiyə müəssisələrində 

həyata keçirilən prosesi  nəzərdə tuturlar. Pedaqoji prosesin tədqiqat 

sahəsi, habelə pedaqogikanın mövzusu ilə bağlı fikirlər də mübahisə 

doğurur. Bütün bunlar isə bizim pedaqogikalara rus təsirindən gəlir, 

keçmiş SSRİ məkanında müəllifi M.Şimb- riyev olan ilk pedaqogika 

dərsliyindən  tutmuş  ondan  sonra  Kairov,  Petuxov,  B.P.Esipov, 

T.A.İlina, Şukina, H.İ.Boldrev, V.İ.Curavl- 

16 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə