MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə3/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   2   3   4   5   6   7   8   9   ...   196

GİRİŞ 

Müstəqillik  qazandığımız  hazırkı  şəraitdə  yetişən  nəslin  bir 

şəxsiyyət  kimi  formalaşmasından,  təlim-tərbiyə,  təhsil,  habelə 

məktəbin  idarə  olunmasından  bəhs  edən  “Pedaqogika”  adlı  dərs 

vəsaiti  pedaqoji  kadr  hazırlığı  işi  ilə  məşğul  olanlar  üçün  ən  zəruri 

mənbələrdən biri hesab olunur. Yeni üslubda hazırladığımız bu dərs 

vəsaiti, əsasən, çoxbalh qiymətləndirmə, kredit bal sistemi və transfer 

üsulu ilə işləyən ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur. 

Sadəliyi,  konkretliyi,  lakonikliyi  və  elmi  sanbalı  ilə  seçilən 

mövzuların  hər  biri  çoxbalh  qiymətləndirmə  sistemi  üçün  nəzərdə 

tutulan  testləşdirmə  mətnlərinin  suallarına  cavab  vermək,  tələblərə 

kömək etmək baxımdan önəmli sayılan dərs vəsaiti olmaqla bərabər, 

tələbələrə “ESSE” yazmağa istiqamət vermək baxımından dəyərlidir. 

Dərs  vəsaitinin  hazırlanması  prosesində  milli  pedaqogikanın 

ideyalarına.  Milli  Pedaqogika  Məktəbi  İdarə  Heyətinin  xətti  ilə  çap 

edilən  elmi-tədqiqat  materiallarına  istinad  edilmişdir.  Ona  görə  də 

bakalavr  pilləsində  mühazirə  oxuyan  və  məşğələ  aparanlar  həmin 

materialların əldə olunması ilə bağlı bizə müraciət edə bilərlər. 

«Pedaqogika» adı altında təqdim olunan bu kitab pedaqoji elmlər 

sisteminə  daxil  olan  bir  sıra  sahələri  özündə  əks  etdirir.  Köməkçi 

tədris  vəsaiti  kimi  hazırlanan  dərslikdə  məktəb  pedaqogikası, 

didaktika,  pedaqoji  texnologiyalar,  pedaqoji  innovasiyalar,  tərbiyə 

nəzəriyyəsi  adı  altmda verilmiş tədqiqat  materialları  ali məktəblərin 

pedaqoji fakültələrinin bakalavr pilləsi ilə  yanaşı, magistr pilləsində 

təhsil alan tələbələr üçün, habelə aspirantlar, dissertantlar, müəllimlər 

və digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Əsərə daxil edilmiş 

interaktiv  təlim  üsulları,  distant  təhsil,  pedaqoji  innovasiyalar,  yeni 

pedaqoji  texnologiyalar  kimi  yeni  məsələlər  Azərbaycan  təhsilinin 

Qərb  təhsilinə  inteqrasiya  olunduğu  indiki  şəraitdə  önəmli  sayıldığı 

üçün  mübahisələr  də  doğura  bilər.  Bu  məsələlərlə  bağlı  tənqidi 

fikirlərini  bizə  bildü^n  oxuculara  qabaqcadan  minnətdarlığımızı 

bildiririk.  Dərs  vəsaitinin  “Pedaqoji  texnologiyalar”,  “Təhsilin 

demokratikləşdirilməsi” 

yarımfəsli 

T.Məmmədov, 

“Təhsilin 

humanistləşdirilməsi” 



G.

 

Həsənova,  ilə,  “Əxlaq  tərbiyəsi”  H.Məhərrəmova,  “İqtisadi 



tərbiyə”  R.Sadıqov,  “İnteraktiv  üsullar”  M.Sadıqova,  “Əmək 

tərbiyəsi” yarımfəsli F.Babayeva, “Ekoloji tərbiyə” yarımfəsli 

G.

 

Əliyeva, “Mərhələli tərbiyə nəzəriyyəsi” yarımfəsli isə 



A.

 

Mollayeva ilə müştərək hazırlanmışdır. 



Dərs vəsaitindəki hər hansı bir mövzu ilə bağlı mülahizələrini, 

xüsusilə  tənqidi  fikirlərini  bizə  göndərənlərə  qabaqcadan  öz  dərin 

təşəkkürümüzü bildiririk. 



Bmnaboımd 

PEDAQOJİ ELMİN NƏZƏRİ- 

METODOLOJİ MƏSƏLƏLƏRİ 

I

 

Fəsil. Pedaqogikanın ümumi məsələləri 

1.1.

 

Pedaqogika bir elm kimi 

Məlumdur ki,  pedaqogika bir elm kimi  XVII  əsrdə böyük çex 

maarifçisi,  ictimai  xadimi  Yan  Amos  Komenski  (1592-1670) 

tərəfindən  yaradılmışdır.  Yan  Amos  «Böyük  didaktika»  əsərini 

yazmaqla sadədən mürəkkəbə pilləli təhsilin inkişaf xüsusiyyətlərini, 

təlimetmənin,  yəni  öyrətmənin  mahiyyəti,  qanunauyğunluqları, 

üsulları, 

yolları,^rinsipləri 

və 


təşkilati 

formalarmı 

müəyyənləşdirmişdir.  O,  «Böyük  didaktika»  əsərində  ardıcıllıq, 

sistematiklik, 

əyanilik, 

şüurluluq, 

müvafiqlik, 

biliklərin 

möhkəmləndirilməsi,  təbiətvarislik  prinsiplərinin  elmi-pedaqoji 

əsaslara  söykənən  cəhətlərini  aydmiaşdırmış,  təlimin  əsas  təşkilati 

forması olan dərsin strukturu, mərhələləri, tipləri, formaları, tərbiyəvi 

əhəmiyyəti  barədə  ətraflı  məlumat  verməklə  yeni  bir  elmi-pedaqoji 

sistem  yaratmışdır. Komenskinin  bu sistemi bu gün  də dünya təhsil 

sisteminin  əsası  və  bünövrəsi  hesab  olunur.  Y.A.Komenski  çex 

pedaqoqu  sayılsa  da,  o,  Çexiyada  çox  az  bir  müddət  yaşamış  və 

əsərlərinin  cüzi  bir  hissəsini  Vətənində  yazmışdır.  O,  əsərlərinin 

böyük  əksəriyyətini  Avropanın  digər  ölkələrində  hazırlamış  və  çap 

etdirmişdir.  Bunun  isə  ən  başlıca  səbəblərindən  biri  onun  Hembom 

akademiyasm-  da  oxuması,  Almaniya  Federasiyasmm  Baden 

Vürtemberq  Universitetini  bitirməsidirsə,  ikinci  başlıca  səbəbi  isə 

Çexiyadan  qovulması  ilə  bağlıdır.  Çexiyada  uzun  müddət  yaşayıb 

işləyə  bilməməsinin  səbəbi  isə  Y.A.Komenskinin  Çexiyadakı 

Protestant  Çex  Qardaşları  Sektasının  (məzhəbinin)  üzvü  olması,  bu 

məzhəbin  mənəvi  dəyərlərini  təlim-tərbiyə  işinin  ortodoksal 

qammauyğunluqları və 



prinsipləri  kimi  təqdim etməsi  nəticəsində katolik kilsənin  və siyasi 

dairələrin  tənqidinə  məruz  qalaraq  ölkədən  sürgün  edilməsidir.  İki 

böyük  məzhəbin,  iki  nəhəng  dini  qurumun  yaratdığı  qarşıdurmalar, 

ixtişaşlar  ölkədəki  siyasi  duruma  mənfi  təsir  göstərdiyindən  Yan 

Amosun  mənsub  olduğu  Çex  Qardaşları  Sektası  dağılmiş,  onun 

üzvlərindən  bir  qismi  həbs  olunmuş,  bir  qismi  edam  olunmuş,  bir 

qismi  isə  ölkədən  sürgün  edilmişdir.  Y.A.Komenski  də  sürgün 

olunanlar  sırasında  olmuşdur.  Güman  etmək  olar  ki,  ölkənin  siyasi 

dairələri  onun  maarifçi  olduğunu,  təlim  nəzəriyyəsinin  yaradıcısı 

olmasını, ziyalılığını nəzərə alaraq ona ən yüngül cəza tətbiq etmişlər. 

Böyük pedaqoq ömrünün axırına qədər Almaniya, Avstriya, Fransa və 

Hollandiyada  yaşayıb  işləməyə  məcbur  olmuş  və  Hollan-  diyanm 

(Niderlandiyanın) paytaxtı Amsterdamda vəfat etmişdir. Bu sətirlərin 

müəllifi  Amsterdamda  olarkən  şəhərin  girəcəyində  Hol-  landiyanm 

ictimai,  siyasi,  iqtisadi  və  mədəni  həyatmda  böyük  xidmətləri  olan 

Niderlandın  abidəsini  ziyarət  edərkən  yerli  alimlərdən  bhinin 

Komenskinin  Hollandiyanın  təhsilinin  inkişafındakı  rolu  ilə  bağlı 

söhbətini və ona ithaf olunan xatirə lövhəsini müşahidə etdikdən sonra 

Y.A.Komenski  ilə  bağlı  pedaqogika  tarixinə  məlum  olmayan  yeni 

informasiya və məlumatları əldə etməyə müyəssər olmuşdur. 

Y.A.Komenski  Avropanın  demək  olar  ki,  bütün  ölkələrini 

dolaşmışdır.  O,  Balkan  ölkələrində,  İngiltərə,  Fransa,  Almaniya, 

İtaliya,  Avstriya,  Belçika  və  İsveçrədə  öz  pedaqoji  ideyalarını 

yaymaqla  məşğul  olmuş,  ən  çox  Almaniya  və  Hollandiyada  öz 

«Böyük didaktika»sının tətbiqinə çalışmışdır. Almaniyada, Fransada, 

İngiltərədə,  İtaliyada,  Belçikada,  Hollandiyada  bir  sıra  alimlərlə, 

maarifçilərlə, pedaqoqlarla keçirdiyimiz görüşlərdən, Y.A.Komenski 

ilə  bağlı  nəşr  olunmuş  tədqiqat  əsərlərindən,  habelə,  «Pedaqogika» 

dərsliklərindən, 

dərs 


vəsaitlərindən, 

pedaqoji 

lüğətlərdən, 

ensiklopedik nəşrlərdən əldə etdiyimiz informasiyalara, məlumatlara 

istinad etməklə belə bir qənaətə gəlmək olar ki. Yan Amos öz «Böyük 

didaktika»sını «Pansofiya məktəbi» adlandurnaq istəmiş və doğrudan 

da,  əksər  yazılarında  Pansofiya  ideyasınm  reallaşmasına  ciddi  cəhd 

göstərmişdir.  Heç  bir  ədəbiyyatda  Komenskinin  Pansofiya  ideyası 

barədə ətraflı məlumat olmadığını nəzərə alaraq, onun bir qədər ətraflı 

izah olunması burada yerinə düşərdi. 

10 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə