MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə7/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   2   3   4   5   6   7   8   9   10   ...   196

Həmin  tərif  V.İ.Lenin  adma  APİ  tərəfindən  1973-cü  ildə  nəşr 

olunmuş «Pedaqogikaya giriş» adlı dərs vəsaitində təkrar olunmuşdur 

(Bax, səh. 38). 

1964-cü  ildə  Azərbaycan  Dövlət  Tədris-Pedaqoji  Ədəbiyyatı 

Nəşriyyatı  tərəfindən  nəşr  edilən  «Pedaqogika»  dərsliyinin  5-ci 

səhifəsində  oxuyuruq:  «Geniş  mənada  tərbiyə-gənc  nəslin  fiziki  və 

əqli  qabiliyyətini  inkişaf  etdirmək,  uşaqları  bilik,  bacarıq  və 

vərdişlərlə  silahlandırmaq  və  müəyyən  dünyagörüşünə,  əxlaqi 

sifətlərə  yiyələndirməkdən  ötrü  onlara  məqsədəyönəlmiş,  planlı  və 

mütəşəkkil surətdə təsir göstərməkdir» (Bax, səh. 6). Həmin dərsliyin 

253-cü  səhifəsində  «Tərbiyə  nəzəriyyəsi»  adlanan  bölmənin  birinci 

abzasmı  nəzərdən  keçirək:  «Pedaqogikanın  əsas  anlayışları  olan 

tərbiyə,  təhsil  və  təlimin  mənası  aydınlaşdırılarkən  tərbiyənin  iki 

mənada - geniş və dar mənada işlədildiyi qeyd olunur. Geniş mənada 

tərbiyə məfhumuna daxil olan təhsil, təlimdən, təlim nəzəriyyəsindən 

bəhs edildi». Müəlliflər  tərbiyəyə dar mənada  «Tərbiyə uşağa  edilir 

bütün  məqsədəuyğun  və  mütəşəkkil  təsirlər  deməkdir»  kimi  tərif 

vermiş, geniş mənada isə başqa bir tərif vermişlər. Başqa bir bölmədə 

isə təhsilə də, təlimə də eyni mənada yanaşmışlar. 

«Pedaqogikadan mühazirə konspektləri» adlanan dərs vəsaitində 

belə  bir  təriflə  üzləşirik:  «Tərbiyə  tərbiyəçi  ilə  tərbiyə  olunanlar 

arasında  elə  qarşılıqlı  fəaliyyət  prosesidü-  ki,  bu  prosesdə  tərbiyə 

olunanların həyata düzgün münasibətləri formalaşır, adətlər təşəkkül 

tapır» (Bakı, Maarif, 1983, səh. 206). 

«Tərbiyə 

şəxsiyyətin 

məqsədyönlü 

formalaşdırılması 

prosesidir» (Bax: Pedaqogika, Bakı, Təbib, 1994, səh. 6). 

«Tərbiyə  dedikdə  bu  və  ya  digər  keyfiyyəti  inkişaf  etdirmək, 

davranış  təcrübəsini  formalaşdırmaq  üçün  tərbiyəçinin  tərbiyə 

olunana  mütəşəkkil,  məqsədyönlü,  planlı,  sistemli  və  fasiləsiz  təsir 

göstərməsi prosesi başa düşülür» (Bax: Pedaqogika, Renesans, 2000, 

səh. 79). 

«Tərbiyə  prosesi  şəxsiyyətin  inkişafı  və  formalaşdırılması 

prosesidir» (Bax: Pedaqogika, Bakı, Çaşıoğlu, 2002, səh. 312). 

Bu sonuncu tərif isə Ə.Həşimov, F.Sadıqov, A.Abbasov, 

H.

 



Əlizadə,  Ə.Paşayev  və  F.Rüstəmov  tərəfindən  hazırlanmış 

«Pedaqogika» adlı dərs vəsaitlərindən götürülmüşdür. 

Bu  tərifləri  diqqətlə  nəzərdən  keçirdikdən  sonra  belə  qənaətə 

gəlmək olur ki, müəlliflər tərbiyənin ayrı-ayrı əlamət və keyfiyyət 

20 



lərinə,  xüsusiyyət  və  komponentlərinə  müxtəlif  cür  yanaşsalar  da, 

onun  məqsədyönlü,  planlı  və  mütəşəkkil  təsir  vasitəsi  olduğunu 

hamısı qəbul etmişdir. 

Bütün  bu  müəlliflərdən  fərqli  olaraq,  N.M.Kazımov  yazır: 

«Tarixən də, müasir dövrdə də tərbiyə birmənalı başa düşülməmişdir. 

Bəziləri pedaqogikanı tərbiyə kimi, tərbiyəni də pedaqogika kimi başa 

düşmüşlər.  Tərbiyənin  qanunauyğunluqları  ilə  pedaqogikanın 

qanunauyğunluqları  arasında  fərq  qoymayanlar  da  var.  İnsan 

şəxsiyyətinə  tərbiyəvi  təsirlərlə  mühit  amillərinin  təsirlərini  eyni- 

ləşdirənlər də az deyil. Halbuki pedaqoji proses, o cümlədən tərbiyə 

obyektiv  prosesdir,  ayrı-ayrı  şəxslərdən  asılı  olmur:  Pedaqogika  isə 

elmdir,  özü  də  pedaqoji  proses  haqqında,  həm  də  tərbiyə  haqqında 

elmdir. İnsana mühit və tərbiyənin təsirlərini fərqləndirmək gərəkdir. 

Mühitin  təsiri  məqsədyönlü  deyil,  kortəbiidir.  Tərbiyənin  təsiri  isə 

adətən,  məqsədyönlü,  planlı  və  mütəşəkkil  olur.  Deməli,  milli 

pedaqogikaya  görə  tərbiyə  kateqoriyası  ilkin  olaraq  belə 

mənalandırılır:  davranışla  əlaqədar  olan  mənəvi  keyfiyyətlərin 

adamlarda 

məqsədyönlü, 

planlı 


və 

mütəşəkkil 

surətdə 

formalaşdırılması  prosesidir»  (Bax.  N.  Kazımov.  Məktəb 

pedaqogikası, Bakı, Çaşıoğlu, 2002, səh. 33). 

Mənim  fikrimcə,  tərbiyənin  bu  sonuncu  tərifini  qəbul  etmək 

daha  məqbul  sayılmalıdır.  Çünki  bir  kateqoriya  olaraq  tərbiyənin 

məqsədi  məhz  N.Kazımov  tərəfindən  daha  müfəssəl  şəkildə 

müəyyənləşdirilmişdir. Gəlin həmm məqsədi nəzərdən keçirək: «Sual 

olunur:  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  şəraitində 

tərbiyə  işinin  məqsədi  nədən  ibarət  olmalıdır?  Suala  milli 

pedaqogikada belə cavab verilmişdir:  davranışla əlaqədar olan milli 

və  ümumbəşəri  dəyərlərə  gənc  nəsli  məqsədyönlü,  planlı  və 

mütəşəkkil  yiyələndirmək  yolu  ilə  respublikamızın  dövlət 

müstəqilliyini,  sərhədlərinin  toxunulmazlığmı,  ərazi  bütövlüyünü 

qorumağa,  ölkəmizi  inkişaf  etmiş  demokratik  dövlətlər  səviyyəsinə 

qaldırmağa  qadir  olan  vətəndaşlar  kimi  yetişdirməyə  kömək  etmək 

tərbiyənin başlıca məqsədidir» (səh. 250). 

Əgər tərbiyəçi qarşısına belə məqsəd qoyarsa, o, əsl Azərbaycan 

vətəndaşı  tərbiyə  etmiş  olar.  Pedaqoji  məntiqə  görə,  tərbiyənin 

nəticəsi sağlam ruhlu vətəndaş yetişdirməkdən ibarətdir. Məncə, izaha 

heç bir ehtiyac qalmır. 

21 



Tərbiyənin  vəzifələri  də  bu  məqsədə  uyğun  olaraq 

müəyyənləşdirilməlidir. Özü də formal şəkildə yox. 

Respublikamızda  hər  il  tərbiyənin  ayrı-ayrı  tərkib  hissələri, 

komponentləri  ilə  bağlı  qalaq-qalaq  tədqiqatlar  aparılır,  onlarla 

dissertasiyalar müdafiə edilir. 

Təcrübə  və  müşahidələr  göstərir  ki,  tərbiyənin  yuxarıda 

göstərilən 

məqsədinə 

müvafiq 

olaraq 


çoxsaylı 

vəzifələr 

müəyyənləşdirilir. 

Sual olunur: bu vəzifələrin praktik həllinə nail olmaq üçün işçi 

proqramlarm  hazırlanması  və  tətbiqinə  nail  ola  bilərikmi?  Tərbiyə 

profilaktikası ilə bağlı dövlət və ictimai təşkilatlar qarşısında məsələ 

qaldırırıqmı? Fikrimcə, yox. Son 10 ilin statistikasma diqqət edək. Hər 

il  orta  ümumtəhsil  məktəblərini,  təxminən  90-100  min  ə  şagird 

qurtarır,  onların  20-25,  bəzən  isə  28-30  faizi  ali  məktəblərə,  15-20 

faizi isə peşə və orta ixtisas məktəblərinə qəbul edilirlər. 50 faizdən 

artığı  isə  Allahın  ümidinə  buraxılır.  Tədqiqatlar  göstərir  ki, 

müstəqillik  qazandığımız  13  il  ərzində  orta  təhsilli  gənclərimizin, 

təxminən,  yarım  milyondan  artığı  təhsildən  və  tərbiyə 

profilaktikasından  kənarda  qaldığı  üçün  onların  tərbiyəsi  də  heç 

şübhəsiz,  təhsil  müəssisələrinin,  ictimai  təşkilatların  diqqətindən 

kənarda qalır. Nəticədə, onlarm bir qismi İrana, Türkiyəyə, Rusiyaya, 

Dübaya iş dalınca getməyə məcbur olur. Bir qismi narkobizneslərin 

təsiri  altına  düşür,  digəri  qismi  küçələrdə,  bazarlarda  xırda  alverlə 

məşğul olur, bir qismi isə səfil həyat tərzi keçirirlər. Sovet məkanmda 

fəaliyyət göstərən pioner evləri, pionerlər sarayları, mədəniyyət evləri 

və  mədəniyyət  sarayları  indi  özəlləşdirilib.  Onların  alternativlərinin 

yaradılması  barədə  heç  kəs  düşünmür.  Belə  olduğu  təqdirdə, 

tərbiyənin məqsədindən, vəzifələrindən formal şəkildə danışmağa heç 

birimizin haqqı yoxdur. 

Biz  tərbiyənin  ali  məqsədini  və  ondan  doğan  vəzifələrin  həlli 

yollarını da düşünməliyik. 

Təklif  edirəm  ki,  tərbiyə  nəzəriyyəsi  ilə  məşğul  olan 

mütəxəssislər  məhz  bu  vəzifələrin  həlli  yollarmı  müəyyənləşdirsin, 

dövlətin və ictimai mühitin diqqətinə çatdırsınlar. 

Başlıca pedaqoji kateqoriyalardan biri də təlimdir. Əsas pedaqoji 

anlayışlardan biri olan təlim məlum olduğu kimi, ikitərəfli pedaqoji 

prosesdir.  Başqa  sözlə  desək,  təlim  öyrədənlə  Öyrənənin  qarşılıqlı 

fəaliyyətidir. Bu fəaliyyət prosesi baxçada da, orta ümum- 

22 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə