MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə9/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   5   6   7   8   9   10   11   12   ...   196

lərə  əsaslanan  bilik,  bacarıq  və  vərdişlərin  məcmusudur"  (Məktəb 

pedaqogikası, səh. 34). 

Biz bu tərifi təhsil üçün məqbul sayırıq. 

İndi  də  pedaqoji  elmin  sonuncu  kateqoriyası  olan  psixoloji 

inkişaf haqqında fikrimizi bildirək. 

Qeyd  etmək  lazımdır  ki,  təlim-tərbiyə  sahəsində  tədqiqat 

aparanlar, xüsusilə görkəmli pedaqoqlarımız uşaqların, yeniyetmə və 

gənclərin əqli, əxlaqi, mənəvi, ekoloji, estetik, etik, fiziki inkişafında, 

eləcə  də  onların  idrak  fəaliyyətinin  yüksəlməsində,  təlimə 

maraqlarmın  artmasında,  təlimdə  geridə  qalmalarmm  aradan  qaldı- 

rılmasmda  psixoloji  yanaşmalara  böyük  üstünlük  vermiş,  məhz  bu 

baxımdan  onlarm  psixoloji  cəhətdən  öyrənilməsini  vacib  saymışlar. 

M.Mehdizadənin,  M.Muradxanovun,  Ə.Həşimovun,  Y.Talıbo-  vun, 

B.Əhmədovun,  Ə.Ağayevin,  R.Mustafayevanın  əsərlərində  belə, 

yanaşmalar haqqıda maraqlı fikirlər vardır. N.M.Kazımov isə psixoloji 

inkişafı  pedaqoji  elmin  kateqoriyaları  sırasına  daxil  etmişdir.  Məhz 

onun sayəsində pedaqoji elmin kateqoriyaları bütöv bir sistem halında 

təqdim olunmuşdur. N.M.Kazımov psixoloji inkişaf kateqoriyasından 

danışarkən göstərir ki, inkişaf ümumi fəlsəfi anlayışdır. Pedaqogikada 

isə  şəxsiyyətin  psixoloji  inkişafı  deyəndə  təsəvvürün,  təfəkkürün, 

iradənin,  diqqətin  və  s.  psixoloji  xüsusiyyətlərin  inkişafı  nəzərdə 

tutulur  (Məktəb  pedaqogikası,  səh.  35).  Məsələyə  daha  diqqətlə 

yanaşdıqda  aydın  olur  ki,  psixologiya  bir  elm  kimi  ilkin  olaraq, 

"Şəxsiyyət  və  fəaliyyət"  problemi  axarında  şəxsiyyətin  psixoloji 

xarakteristikasını,  şəxsiyyətlərarası  münasibətlərin  psixologiyasını, 

şəxsiyyətin  fəaliyyətinin  ümumi  xarakteristikasını  (bu  konteksdə 

diqqəti,  nitq  və  ünsiyyəti);  ikincisi,  "şəxsiyyətin  idrak  prosesləri" 

fonunda  onların  duyğusunu,  qavrayışını,  hafizəsini,  təfəkkürünü, 

təxəyyülünü;  üçüncüsü,  şəxsiyyət  fəaliyyətinin  emosional  iradi 

cəhətlərini,  o  cümlədən  hissləri,  iradəni  və  ən  nəhayət,  şəxsiyyətin 

psixoloji xüsusiyyətlərini, yəni onların tempera- mentini, xarakterini 

və  qabiliyyətlərini  öyrənir  və  bütün  bunlar  isə  pedaqoji  prosesdə 

həyata  keçirilir.  Deməli,  pedaqoji  elmin  pedaqoji  prosesi,  tərbiyəni, 

təlimi, təhsili və psixoloji inkişafı bir kateqoriya kimi özündə ehtiva 

etməsi təbii sayılır. 

Sözün  əsl  mənasında,  pedaqoji  proses  öyrənmək  üçün  onun 

psixikasını, xüsusilə duyğusunu, qavrayışını, hafizəsini, təxəyyü 

26 



lünü, təfəkkürünü, hisslərini, iradəsini, diqqətini, temperament tipini, 

xarakterini,  qabiliyyətlərini  müəyyənləşdirmədən  ona  düzgün 

yanaşmaq  mümkün  deyil.  Yalnız  belə  yanaşma  zamanı  şəxsiyyətin 

düzgün  tərbiyəsinə,  təlim  fəaliyyətinin  stimullaşmasına,  elmi 

dünyagörüşünün formalaşdınlmasma nail olmaq mümkündür. 

Avropada 

bu 

gün 


"Feminist 

psixologiya", 

"Feminist 

pedaqogika",  "Centlimen  psixologiyasıda  bu  zərurətdən  həli  gəlir. 

Avropa  pedaqoqları  və  psixoloqları  bu  qənaətə  gəlmişlər  ki,  cinslər 

arası  əxlaqi  münasibətlərdə  yaranan  uçurum  yetişən  nəslə  psixoloji 

cəhətdən  düzgün  yanaşılmamasınm  nəticəsidir.  Yeniyetmə  və  gənc 

qızların gecə barlarma, kazinolara, fazendalara, qırmızı küçələrə (a red 

strit,  yəni  qızların  və  qadınlarm  lisenziyalaşdırılmış  satışı  və  intim 

istismarını  nümayiş  etdirən  küçə)  dəvət  olunaraq  çılpaq  nümayiş 

etdirilmələri,  yarlıqlar  yapışdırılmış  kabinələrdə  çılpaq  qadmlarm 

seksoloci jestlər nümayiş etdirərək müştəriləri özlərinə cəlb etmələri 

kimi  iyrəncliklərin  aradan  qaldırılması  yolunu  qadınlara  lap  kiçik 

yaşdan psixoloji cəhətdən düzgün yanaşılmama- smda görürlər. Onlar 

qadını  fiziki,  fızioloci  və  mənəvi  -  əxlaqi  cəhətdən  şikəst  edən  bu 

iyrəncliklərin  psixologiyasmı  işləyərək  "Feminist  pedaqogika"da 

onlarm  aradan  qaldırılması  yollarını  göstərirlər.  "Centlimen 

pedaqogikasında da təxminən eyni məzmunlu yanaşmalar vardır. Fərq 

ondadır ki, bu pedaqogikada kişi səbatsızlığı- nm aradan qaldırılması 

psixologiyası  daha  geniş  şəkildə  öz  əksini  tapır.  Bu  gün  Avropa 

alimlərini narahat edən problemlərdən biri məhz Avropada "maviləri" 

özündə  birləşdirən  qurum  və  təşkilatla-  rm  günü-gündən  artmassı, 

yeniyetmə  və  gənc  oğlanların  da  bu  qurum  və  təşkilatlara  cəlb 

olunmasıdır. 

Göründüyü kimi, pedaqoji prosesdə uşaqların təlimi, tərbiyəsi və 

təhsili üçün onlara həm də psixoloji cəhətdən düzgün yanaşılmasına 

zəruri ehtiyac vardır. Məhz ona görə də pedaqogikada psixoloji inkişaf 

problemi müfəssəl bir fəsil kimi öz əksini tapmalıdır. 

Mən  təklif  edirəm  ki,  psixoloji  inkişaf  kateqoriyası  "psixoloji 

yanaşma və psixoloji inkişaf kateqoriyası" kimi ifadə olunsun. Çünki 

pedaqoji  prosesdə  uşağın  psixoloji  inkişafının  təmin  olunması  üçün 

ona ilk öncə psixoloji cəhətdən düzgün yanaşılmasını tələb edir. 

27 



Dünyanın  ən  böyük  körpüləri  Amerika  və  Yaponiyada 

salınmışdır. Amerikadakı  "Corc Vaşinqton" körpüsünün uzunluğu 4 

km, Yaponiyadakı "Akasi-Vaikri" körpüsünün uzunluğu isə 6 km-dir. 

Bu körpülər dünyanm ən möhtəşəm körpüləri hesab edilir. Amerikada 

bu  günə  qədər  salmmış  yarım  milyondan  artıq  körpülərin  təxminən 

40%-i  uçmuş  və  minlərlə  insan  tələfatına  səbəb  olmuşdur.  Mən  nə 

üçün  körpünü  misal  gətirirəm?  Çünki  "Pedaqogika"  elmi  insanlarla 

elm-təhsil və tərbiyə arasında əsl körpü rolunu oynayır. Bu körpü elə 

möhtəşəm qurulmalıdır ki, yüz illər boyu insanların təlim, tərbiyə və 

təhsilinə xidmət edə bilsin. Bu gün körpü mühəndisliyi sənəti elə bir 

zirvəyə  yüksəlmişdir  ki,  adam  o  zirvəyə  tamaşa  edəndə  heyrətdən 

uğunur.  Körpü  mühəndisləri  Yaponiya  ilə  Alyaskanı,  İtaliya  ilə 

Siciliyanı  birləşdirəcək  körpü  layihəsi  hazır-  lamışlır.  Cəbəllütarix 

boğazını  birləşdirəcək  körpünün  tikilməsinə  yaxın  zamanlarda 

başlanılacağı  ehtimal  olunur.  Bu  nəyin  sayəsində  baş  verir?  Dünya 

mühəndislik  sənətinin  karifeylərinin  birləşməsi  sayəsində.  Biz  də 

pedaqogika  elmini  yüksək  zirvələrə  ucaltmaq  üçün  beləcə 

birləşməliyik. Respublika Təhsil Şurasının pedaqoqla- rımız arasında 

birlik yaratmaq təşəbbüsünü yalnız alqışlamaq lazımdır. 

Əmrulla Paşayev və Fərrux Rüstəmov tərəfindən hazırlanmış və 

ali məktəb tələbələrinin istifadəsinə verilmiş "Pedaqogika" adlı dərs 

vəsaitində  (Bax:  Bakı,  Çaşıoğlu,  2002,  552  səh.)  yeni  məsələlər,  o 

cümlədən  "pedaqoji  aksiologiyanın  əsaslan",  "pedaqoji  inno- 

vasiyalar",  "tərbiyə  texnologiyası",  "yeni  təlim  texnologiyaları", 

"öyrənənin motivizasiyası", "təlimin diaqnostikası", "sosial yönüm- lü 

işlərin  mahiyyəti",  "ictimai  tərbiyə  və  ailə  tərbiyəsi"  problemləri 

Azərbaycan  təhsilinin  Avropa  və  dünya  təhsilinə  inteqrasiyası 

şəraitində yeniliklər kimi təqdirəlayiq hesab olunmalıdır. 

Professor  Nurəddin  Kazımov  tərəfindən  çap  etdirilən  "Məktəb 

pedaqogikası" adlı dərslikdə də bir sıra yeniliklər vardır. Pedaqoji ali 

məktəb tələbələrinin istifadəsində olan həmin dərslikdəki yeniliklərin 

həcmi  isə  daha  genişdir.  Hansı  ki,  bu  yeniliklər  ölkəmizdə  həyata 

keçirilən islahatların tələbləri ilə daha çox səsləşir. 

Unutmaq olmaz ki, Təhsil İslahatı “ilk növbədə” təhsilin nəzəri 

mənbələrinin yeniləşməsini, onun milli və bəşəri dəyərləri özündə əks 

etdirilməsini  tələb  edir.  Çünki  keçmiş  SSRİ  məkanm-  dakı  70  ildə 

təhsil Sov.İKP Proqramının tələblərinə, marksizm, le- 

28 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə