MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə17/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   13   14   15   16   17   18   19   20   ...   196

qanunauyğunluq; üçüncüsü, isə dəyişikliyin müəyyən istiqamət üzrə 

baş verməsi. 

Zaman  inkişaf  proseslərinin  rnühüm  xarakteristikasını  təşkil 

edir.  Birinci  ona  görə  ki,  inkişaf  real  zamanda  baş  verir.  İkinci  ona 

görə ki, inkişafın istiqamətini ancaq zaman üzə çıxarar. Məlumdur ki, 

inkişaf  materialının  universal,  təbiət  və  cəmiyyət  hadisələrini  izah 

etmək  üçün  ən  ümumi  prinsipdir,  inkişaf  prosesinin  xüsusiyyətləri 

onun  qanunauyğunluqlarının  (qanunlarının)  məzmununu  əks  etdirir 

(Bax. Ə.S.Bayramov., Ə.Əlizadə. Psixologiya. Bakı. Çinar. 2002, səh. 

238). Həmin qanunlar və qanunauyğunluqlar, xüsusilə bunlardan biri 

olan inkarın  inkar qanunu inkişafın hərəkətverici qüvvəsinə çevrilir. 

Deməli, 


şəxsiyyətin 

inkişafının 

hərəkətverici 

mexanizmini 

ziddiyyətlər təşkil edir. İnsan gerçək həyatda bu ziddiyyətlərin aradan 

qaldırılması şəraitində şəxsiyyətə çevrilir. 

Bu  zaman  ictimai  münasibətlər  zəminində  bu  inkişaf  dinamik 

istiqamət alır. Bu münasibətlər zəminində isə ən aparıcı vasitələrdən 

biri ünsiyyət prosesidir. Ona görə də şəxsiyyətin tədricən inkişafında 

ünsiyyətin  və  qarşılıqlı  münasibətlərin  rolunu  önə  çəkirlər.  Fəlsəfi, 

psixoloji  və  pedaqoji  ədəbiyyatda  şəxsiyyətin  inkişafının  əsas 

mahiyyətini  ictimai  münasibətlərə  daxil  olmasında  və  ictimai 

keyfiyyətlərə yiyələnərək ictimai münasibətin həm obyektinə, həm də 

subyektinə çevrilməsində görürlər. 

Deməli,  ictimai  münasibətlərdə  davamlı  iştirak  edən,  ictimai 

inkişafın  önündə  gedən  fərd,  ictimai  varlıq  şəxivvətdir.  Şəxsiyyətin 

formalaşmasına təsir edən amillər müxtəlif tərzdə izah edilir. Mövcud 

ədəbiyyata istinad edərək demək olar ki, şəxsiyyətin formalaşmasına 

təsir edən əsas amillər aşağıdakılardır: 

1.

 



İrsiyyət amili. 

2.

 



Mühit amili. 

3.

 



Tərbiyə amili 

Bununla  yanaşı  araşdırılan  ədəbiyyatlarda  şəxsiyyətin 

formalaşmasına  təsir  edən  amillərin  nisbətinə  və  yanaşma  hallarına 

rast gəlmək olar. 

Bir  qrup  müəlliflər  irsiyyət  amilinə,  bir  qrup  müəlliflər  mühit 

amilinə, bir qrup müəlliflər isə tərbiyə amilinə üstünlük 



50 


verirlər.  Hətta  qoşa  amillər  nəzəriyyəsi  də  mövcuddur.  Professor 

Nurəddin Kazımov yazır ki, “insanın əxlaqi, estetik, əqli, fiziki və s. 

keyfiyyətlərinin  formalaşması  səbəblərinin  izahında  müxtəlif 

mövqelər  mövcuddur.  Şəxsiyyətin  formalaşmasına  dair  fikirlərin 

müxtəlifliyinə  baxmayaraq,  onları  qruplaşdırmaq  mümkündür:  1) 

irsiyyətə  üstünlük  verilməsi  (A.İensen,  E.Torndayk,  Con  Dyui, 

U.Ceyms, Moreno, S.Bert, 

Q.Azyek, C.Qrey və s.); 2) Mühitə üstünlük verilməsi (Fon Brakken, 

C.Lokk,  J.J.Russo  və  b.);  3)  Tərbiyəyə  üstünlük  verilməsi 

(Y.A.Komenski, K.A.Holvetsi, Mişel Lepeletye, Robert Ouen və b.); 

4) İrsiyyət və mühit amillərinin yanaşı təsirinin qəbul edilməsi (“Qoşa 

amillər” nəzəriyyəsi 

H.

 

Pestalotsi,  K.A.Halvetsi,  Kars  Fon  Fişer  və  b.);  5)  Mühit  və 



tərbiyə  amillərinin  qoşa  təsirinin  qəbul  edilməsi  və  (“Qoşa  amillər 

nəzəriyyəsi”); 6) Şəxsiyyətin formalaşmasına dair marksizm-leninizm 

nəzəriyyəsi  (Bax.  N.Kazımov.  Tərbiyənin  elmi-pedaqoji  əsasları. 

Bakı, Maarif, 1983, səh. 13). 

İrsiyyətə  üstünlüyün  verilməsi  uzun  müddət  zəhmətkeş  xalqın 

həyat  təcrübəsində  özünə  geniş  yer  tutmuşdur.  Bunu  isə  şifahi  xalq 

yaradıcılığı nümunələrindən aydın görmək olar. Ağılarda, laylalarda, 

atalar  sözlərində,  məsəllərdə,  zərbi-  məsəllərdə,  tapmacalarda, 

holovarlarda,  sayaçı  sözlərində,  bənzətmələrdə,  deyimlərdə, 

düzümlərdə,  sınamalarda,  sanama-  larda,  varsaqilərdə,  tuyuqlarda, 

inanclarda,  aşıq  şerinin  müxtəlif  formalarında  (deyişmə,  gəraylı, 

müxəmməs,  vücudnamə,  dirəşmə,  qoşma,  təcnis,  ustadnamə, 

dodaqdəyməz,  diltərpən-  məz  və  s.),  nağıllarda,  dastanlarda  və  bu 

kimi bədii yaradıcılıq nümunələrində aydın görmək olar. Araşdırılan 

belə nümunələrdə irsi keyfiyyətlər bir neçə cür təqdim olunur. Atalar 

sözlərində  deyilir  ki,  “ot  kökü  üstdə  bitər”,  “nə  əkərsən,  onu  da 

biçərsən”, “nə tökərsən aşma o da çıxar qaşığına”. Bəzi etno- pedaqoji 

nümunələrdə  isə  irsiyyət  amili  insanların  peşəsiylə,  imkanlarıyla  və 

tutduqları mövqeyilə əlaqələndirilibdir. 

Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  keçmişdə  yoxsul  ailələrin 

böyük  əksəriyyəti  imkansızlıqdan,  əlacsızlıqdan  uşaqlarını  bir  sıra 

hallarda  yalnız  öz  peşələrinə,  sənətlərinə  uyğun  şəkildə 

hazırlayırdılar. Yəni bəzi valideynlərin (deyək ki. 

51 



bənnanın, dərzinin, dülgərin, zərgərin və b.) uşaqları da özləri kimi ya 

dərzi, ya bənna, ya dülgər, ya zərgər və s. olurdu. 

Bütün  bunların  həqiqi  səbəblərini,  iqtisadi,  siyasi,  ictimai, 

bioloji,  psixoloji  və  pedaqoji  əsaslarını  bilməyən  adamlar  öz 

müşahidələrinin nəticəsini təqribən belə ümumiləşdirirdilər: “Nüftədə 

pak olan özü pak olar, namərddən törəyən, bil, napak olar”, “Nüftədən 

qarışan seyidbaz olar (Aşıq Ələsgər), “...Bədəsil əsil olmaz, boyunca 

qızıl qala” (bayatılardan), yaxud... 



Bədöy mənzilinə hər at yeriməz. 

Nanəcibə öyüd versən, götürməz. 

Ölənədək nişanım itirməz. 

Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat. 

(Aşıq Hüseyn) 

Ot bitər kök üstə əsli nə isə

Yovşan bəsləməklə çəmənzar olmaz. 

(Xəstə Qasım) 

Bəzi atalar sözləri isə qəti şəkildə deyir ki, “Namərd gəlib mərd 

olmaz, olmasa mərd atası”, “şoran yer sünbül bitirməz”, “Qurd adını 

dəyişər, xasiyyətini dəyişməz”, “Qurda nə qədər yaxşılıq etsən, yenə 

meşəyə  baxar”,  “Qurdun  balası  qurd  olar”,  “Hər  igiddən  Fərhad 

olmaz”, “Quyuya su tökməklə dolmaz, gərək dibindən gəlsin” və s. 

(Həşimov  Ə.Ş,  Sadıqov  F.B.  Azərbaycan  xalq  pedaqogikası.  Bakı, 

Ünsiyyət, 2000, səh. 55-56). 

İrsiyyət amili qədim zamanlarda bir sıra ictimai və hətta siyasi 

motivlərlə  səciyyələnmişdir.  Padşahlar,  şahlar,  bəzir-  ganlar, 

sultanlar, krallar, xanlar öz vəzifələrini irsiyyət amilini əsas götürərək 

vərəsələrinə  ötürmüşlər.  Başqa  sözlə  desək,  sələflərdən  xələflərə 

ötürülənlər  irsiyyət  amilinə  əsaslanmışdır.  Bəşər  tarixində  irsiyyət 

amilini  səciyyələndirən  səbətlərdən  biri  məhz  sələflərdən  xələflərə 

ötürülən  irsi  keyfiyyətlərə  əsaslanan  amillərdir.  Dünyada  musiqi  və 

bəstəkarlıq  qabiliyyətləri  ilə  seçilən  Bax  familiyalı  şəxslərin  bir 

nəsildə 25 nümayəndəsi vardır. Hazırda Almaniyada bir məzaristanda 

uyuyan  25  görkəmli  musiqişünas-bəstəkar  Bax  soyadlı  simalar  və 

onların  sonuncu  nmayəndəsi  dünya  şöhrətli  Alman  bəstəkarı  İohan 

Sebastiyan 



52 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə