MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə180/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   176   177   178   179   180   181   182   183   ...   196

inkişaf  etdirilməsinə  diqqət  yetirilir.  Maarifləndirmə  işinin 

gücləndirilməsi  üçün  şəhərin  əhali  sıx  olan  yerlərində  reklam 

lövhələrindən  quraşdırılması,  telekanallarda  reklam  roliklərin 

nümayişinin təşkili də qarşıda duran görüləcək işlərdəndir. 

Göründüyü  kimi,  əhalinin  ekoloji  maarifləndirilməsi  üzrə 

fəaliyyət sahəsi çox böyükdür və geniş ictimaiyyətin ən aktiv hissəsi 

olan  QHT-lərin  isə  bu  sahədə  fəaliyyət  göstərmələri  maarifləndirmə 

işinə müsbət təsir göstərə bilər. 



11.4.

 

Ekoloji tərbiyə anlayışının mahiyyəti 

Azərbaycan  Respublikası  Konstitutiyasının  II  fəslinin  78-ci 

maddəsində  deyilir  ki,  ətraf  mühitin  müdafisəsi  hər  bir  şəxsin 

borcudur.  Buradan  da  aydın  olur  ki,  təbiəti  qorumaq  Azərbaycan 

Respublikasının hər bir vətəndaşının müqəddəs borcu və vəzifəsidir. 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında 

nəzərdə 

tutulmuş  hüquq  və  vəzifələri  yerinə  yetirmək  üçün  ölkə 

vətəndaşlarının  ekoloji  mədəniyyətinin  inkişaf  etdirilməsi  pedaqoq 

alimlər,  müəllim  və  tərbiyəçilər  qarşısında  mühüm  vəzifə  olaraq 

qoyulmuşdur. Ekoloji mədəniyyətin formalaşdırılması fasiləsiz olaraq 

ailədən, uşaq bağçalarından başlayaraq, orta məktəblərdə, və nəhayət

ali məktəblərdə aparılmaldır. 

Ali  məktəblərdə  ekoloji  bəlalarla,  ekoloji  şüurla,  ekoloji 

təfəkkürlə,  ekoloji  fəaliyyətlə,  təbiətə  qayğılı  münasibət  bəsləməklə 

bağlı  biliklərin  verilməsi  ekoloji  tərbiyənin  əsas  mahiyyətini  və 

məzmununu təşkil edir. Ona görə də biz ekoloji tərbiyəyə belə bir tərif 

vermişik; 

-  təbiətə  qayğılı  münasibətin  bəslənilməsi,  ətraf  mühitin 

saflaşdmiması,  mühafizə  edilməsi,  onun  ictimai,  siyasi  və  iqtisadi 

dəyəri  ilə  bağlı  gənc  nəslə  müvafiq  bacarıqların,  mədəni-əxlaqi 

vərdişlərin  aşılanmasından  ötrü  onlara  planlı,  məqsədyönlü, 

mütəşəkkil təsir göstərilməsi ekoloji tərbiyədir. 

Ekoloji  tərbiyənin  isə  ən  başlıca  konponentləri  vardır.  Bu 

konponentlərə  uyğun  ayrı-ayrılıqda,  sistemli  iş  həyata  keçirildiyi 

halda, ekoloji tərbiyənin hərtərəfli 



541 


formalaşdırılmasma nail olmaq mümkündür. Bizim qənaətimizə görə, 

tərbiyənin  komponentlərindən  birincisi  ekoloji  şüur,  ikincisi  ekoloji 

bilik, üçüncüsü ekoloji təhsil, dördüncüsü ekoloji təfəkkür, beşincisi 

ekoloji  dünyagörüş,  altıncısı  ekoloji  fəaliyyət,  yeddincisi  isə 

davranışdır, indi isə onları ayrı-ayrılıqda izah edək. 

EKOLOJİ  ŞÜUR  -  mürəkkəb  psixoloji  proses  olmaq  etibarilə 

insanın təbiətlə qırılmaz əlaqəsinin insan beynində inikasıdır. Ekoloji 

çüur  ictimai  çüurun  bir  forması  olmaqla  onun  digər  formaları  ilə 

bərabər statusa malikdir. Ali inkişaf səviyyəsinə çatmış insan beyninin 

fəaliyyəti nəticəsində təbiətlə insan arasındakı əlaqə daim tənzimlənir, 

yəni insan cəmiyyətdə  yaranmış ekoloji şəraiti, təbiətlə özünün üzvi 

əlaqəsini,  ətraf  mühitə  münasibətdə  fəaliyyət  və  adətlərinin  inkişaf 

etdirilməsinin  onlara  yenidən  baxılmasının  zəruriliyini  dərk  edir. 

Ekoloji  şüur  ətraf  aləmin  keçmişi,  indisi,  gələcəyi  ilə  cəmiyyət 

arasındakı  əlaqələrin  elmi-praktik  inikası  müasir  ekologiyanın 

əsaslarının  dərk  edilməsi,  hər  bir  vətəndaşın  ekoloji  problemlərin 

həllində fəal iştirakının zərurətidir. 

EKOLOJİ  BİLİK  -  bizi  əhatə  edən  canlı  təbiətin  strukturu 

haqqında olan biliklərdir. Geniş mənada ekoloji biliklər bizi ıhatə edən 

canlı  və  cansız  təbiətin  mahiyyəti  və  dinamikası  haqqındakı  elmi 

məlumatın  inteqrasiya  olunmuş  formasıdır  ki,  burada  Yerin  canlı 

qatının işi və onun biosferinin tamlığı da əhatə olunur. 

EKOLOJİ  TƏHSİL  -  insanların  təbiətdən  istifadə  sahəsindəki 

biliklərinin  elmi  əsaslarının  zəruri  əqidə  və  praktik  vərdişlərinin  və 

həmçinin  təbiətin  mühafizəsi  sahəsində  müəyyən  istiqamət  və  fəal 

həyat  mövqelərini,  təbii  ehtiyatlardan  səmərəli  istifadəsinin 

formalaşdırılmasını  nəzərdə  tutur.  Ekoloji  təhsil  ekoloji  fənlərin 

mənimsənilməsi  ilə  məhdudlaşmır.  O,  şəxsiyyətin  xarakterini, 

dünyagörüşü,  siyasi-hüquqi,  əxlaqi-estetik  və  başqa  aspektlərini 

özündə birləşdirir. 

Odur ki, ekoloji şüurun formalaşdınlmasmm zəruri şərtlərindən 

biri  də  ekoloji  tərbiyə  ilə  ekoloji  təhsilin  verilməsidir.  Ekoloji 

tərbiyənin  əsasını  təşkil  edən  komponentlərdən  biri  də  ekolji 

təfəkkürdür. 



542 


EKOLOJİ  TƏFƏKKÜR  -  xarici  aləmin  cisim  və  hadisələri 

arasında  qanunauyğun  əlaqə  və  münasibətlələrin  vasitəli  və 

ümumiləşmiş inikasından ibarət olan psixi prosesdir. Ekoloji təfəkkür 

elmin,  mədəniyyətin,  tərbiyənin  elə  bir  səviyyəsidir  ki,  bu  zaman, 

birincisi,  insan  intellektual  bacarıqlara  malik  olur  (əsasən  isbat 

priyomlarına),  ikincisi,  o,  təbiətdə  baş  verən  hadisələrə  münasibət 

bildirir  və  onları  qiymətləndirməyi  bacarır,  təbiətin  mühafizəsi  ilə 

bağlı  fəaliyyət  göstərir  və  qarşısına  qoyduğu  məqsədi,  onun 

səbəblərini  əsaslandırır.  Bundan  başqa  ekoloji  təfəkkürə  malik  olan 

şəxsdə əxlaqi yönüm, təbiətin mühafizə olunması zərurəti, əqidəsi və 

bütün bəşəriyyətin bu zərurəti dərk etməsinə inam olur. 

Bundan başqa, ekoloji təfəkkürə çalik olan insan ixtiyarında olan 

elmi  bilklərə  əsasən  fəaliyyət  göstərməyə  daxilən  hazır  olur,  öz 

gösrüşlərini, münasibətlərini real işlərə, real fəaliyyətə tətbiq etməyə 

hazır olur. 

Yeni ekoloji təfəkkür yaratmaq o qədər də asan proses deyildir. 

Çünki  “təbiətin ram edilməsi” kimi  eqoist şüarlarla “təbiət  üzərində 

qələbə çalmaq”, ötən bir neçə nəslin təfəkkürünü formalaşdırmışdır, 

indi ekoloji əxlaqın “fələstini” dərk edən bir neçə nəsil tərbiyə etmək 

zərurəti meydana çıxır. 

Qeyd  etmək  .laimdır  ki,  ekoloji  dünyagörüşü  olmadan  ekoloji 

tərbiyəni həyata keçirmək olmaz. 

EKOLOJİ  DÜNYAGÖRÜŞÜ  -  ekoloji  şüurun  mühüm 

funksiyalarından  biridir.  Dünyagörüşü  onsanın  onu  əhatə  edən  real 

gerçəkliyə,  yəni  təbiət  və  cəmiyyətə  olan  münasibəti  ifadə  edən 

ümumiləşmiş elmi., fəlsəfi, mənəvi, siyasi, iqtisadi və s. baxışlarının 

təsəvvür və idealların məcmusudur, insan üçün əlverişli təbii mühit və 

əlverişli  təbii  sərvətlər  təmiz  hava  və  su  lazım  olduğu  kimi,  ekoloji 

mənəvi  tərbiyə,  müasir  elmi-nəzəri  və  praktik  təlabata  cavab  verə 

biləcək  ekoloji  dünyagörüşü  də  lazımdır.  Dünyagörüşün 

ekologiyalaşması isə şüura daha çox yeni elmi biliklərin daxil edilməsi 

yolu  ilə  mümkündür.  Ekoloji  fəaliyyət  olmadan  ekoloji  vərdişləri 

aşılamaq mümkün olmaz. 

EKOLOJİ  FƏALİYYƏT  -  insan  varlığının  təbii  şəraitini 

mühafizə  və  bərpasına  yönəlmiş  xüsusi  tədbirlərin  həyata 

keçirilməsidir. Bu fəaliyyət böyük miqyaslı ola bilər. Məsələn, qəsəbə, 

rayon, ölkə miqyasında həyata keçirilən tədbirlərə 

543 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə