MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə183/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   179   180   181   182   183   184   185   186   ...   196

uğramış torpaqlar, qurumuş çaylar, çirklənmiş sular, natəmiz küçələr 

və sair barədə onlara məlumat vermək, gözəl təbiətin hansı yollarla bu 

hala düşdüyünü onlara ətraflı şəkildə izah etmək vacibdir. 

Yalnız  bu  yolla  ətraf  mühitin  saflaşdırılması  uğrunda  əsl 

vətəndaş tərbiyə etmək mümkündür. 

Ekoloji  tərbiyə  ilə  bağlı  məktəbdə  həyata  keçirilən  işlər  həm 

təlim  prosesində,  həm  də  dərsdənkənar  təsdbirlərdə  məqsədyönlü, 

planlı və mütəşəkkil olaraq həyata keçirilməlidir. 

Təlim  prosesində  ətraf  mühitin  qorunması,  ona  şüurlu 

münasibətin bəslənilməsi ayrı-ayrı fənlərin tədrisində mümkün hesab 

edilir.  Bu  fənlər  içərisində  ibtidai  siniflərdə  “Ana  dili”,  “Oxu”, 

“Təbiətşünaslığın  əsasları”,  “Musiqi”,  “Təsviri  sənət”,  yuxarı 

siniflərdə  isə  “Ədəbiyyat”,  “Biologiya”,  “Coğrafiya”,  “Kimya”, 

“Fizika”, “Astronomiya” fənlərinin imkanları daha böyükdür. 

Ədəbiyyat dərslərində həm folklor materiallarından, həm klassik 

yazarların  əsərlərindəki,  həm  digər  nəzm,  nəsr,  dram  əsərlərində 

ekoloji  tərbiyə  ilə  bağlı  xalq  hikmətləri,  bədii  təsvirlər,  ideyalar, 

müddəalar,  məsləhətlər  və  tövsiyələr  şagirdləri  ətraf  mühitin 

saflaşmasına  qayğı  göstərməyə  səsləyir  və  onların  ekoloji 

dünyagörüşünü formalaşdırır. 

Təlim prosesində atmosfer (azot qazı, oksigen, saf hava təbəqəsi 

və s.) biosfer (meşələr, ağaclar, çiçəklər, yaşıllıqlar, quşlar, heyvanlar, 

həşəratlar və s.) hidrosfer (bulaqlar, şəlalalər, çaylar, göllər, arxlar, su 

kanalları,  su  hövzələri,  dənizlər,  okeanlar  və  s)  və  litosfer  (yeraltı 

sərvətlər) haqqında söhbətlər zamanı ətraf mühitə normal münasibətin 

formalaşdırılması, yaşıllıqlara, ağaclara, çiçəklərə, quşlara və təbiətin 

digər gözəlliklərinə məhəbbət bəslənməsi təbiət gözəlliklərinə ziyan- 

verən  amillərə  qarşı  mübarizə  aparmaq  kimi  keyfiyyətlərin  üzə 

çıxarılması şagirdlərin ekoloji tərbiyəsini inkişaf etdirir. 

Dərsdənkənar  tədbirlərdə  o  cümlədən  gecələrdə,  görüşlərdə, 

dəyirmi masalarda, maraq kurslarında, şagird konfranslarında ekoloji 

tərbiyə ilə bağlı aparılan söhbətlər, irəli sürülən elmi ideyalar, dəyərli 

məsləhətlər,  söylənilən  mülahizələr,  verilən  tövsiyələr  şagirdlərin 

ekoloji dünyagörüşlərini formalaşdırır. 



550 


Sual və taşırıqlar. 

1.

 



Ekoloji tərbiyənin bir anlayış olaraq etimoloji mənasını və 

mahiyyətinni aydınlaşdıra bilərsinizmi? 

2.

 

Ekologiya və ekoloji tərbiyə ilə bağlı direktiv sənədlər 



hansılardır? 

3.

 



Ətraf mühitin qorunmasına münasibətiniz necədir? 

4.

 



Təlim prosesində şagirdlərin ekoloji tərbiyəsi necə 

formalaşdırılır? Bəs, dərsdənkənar tədbirlərdə? 

5.

 

Ekoloji bəlalardan danışın. 



6.

 

Ekoloji bəlalar və biganəlikdən danışın. 



7.

 

Ekoloji bəlalardan xilas olmaq barədə təkliflər hazırlayın. 



551 


XII Fəsil. İqtisadi tərbiyə 

12.1. İqtisadi tərbiyənin mahiyyəti 

İqtisadi  tərbiyə  sözünün  birinci  “iqtisadi”  tərəfi  “iqtisad” 

sözündən yaranmışdır. Mənşəyinə görə ərəb sözü olan “iqtisad” sözü 

üç  məna  çalarma  malikdir.  Birinci  mənası  “qənaət”,  ikinci  mənası 

təsərrüfatı  idarəetmə,  üçüncü  mənası  isə  cəmiyyətin  təsərrüfatçı 

quruluşu (Bax Ərəb və fars sözləri lüğəti, Bakı, “Yazıçı”, 1983, səh. 

233) Göstərilən məna çalarlarmm hamısı dilimizdə işlənməkdədir. Bu 

sözün  rus  dilində  qarşılığı  “ekonomika”  adlanır.  XX  əsrin  birinci 

yarısına qədər bu söz dilimizdə ümumişlək söz kimi işlənmək hüququ 

qazanmağa  yaxıq  olsa  da,  sonda  yalnız  tərcümə  variantı  kimi 

seçilmişdir. O vaxtlar “ekonomiya”, “ekonom etmək”, “ekonomçu”, 

“ekonomçuluq” kimi  düzəltmə sözlər işlənsə də, “ekonomika” sözü 

qeyd etdiyimiz formalardan biri kimi dilimizin söz leksikonuna düşə 

bilməmiş və orfoqrafiya lüğətində yer ala bilməmişdir. Yalnız bu söz 

kökündən  düzələn  bir  neçə  söz  düzəltmə  söz  kimi  son  orfoqrafiya 

lüğətində  özünə  yer  almışlar.  Onlardan  biri  “ekonomist”,  biri 

“ekonomizm”, biri “ekonometriya”, biri isə “ekonometrika”dır. 

“Ekonomist”  sözü  dilimizə  iqtisadçı  kimi  tərcümə  olunsa  da 

dövlət  və  qeyri  dövlət  müəssisəsində  “ekonomist”  ştatı  şəklində 

qalmaqdadır.  Həmin  ştatda  çalışanlar  səmərələşdirici  iqtisadçı  kimi 

çalışmaqla  yanaşı  qənaət  əldə  etmək  üçün  səmərələşdirici  təkliflər 

vermək funksiyası daşıyırlar. Bundan başqa “İqtisadiyyat” termini də 

vardır. İqtisadiyyat isə aşağıdakı mənalarda işlənilir. 

1.

 



İstehasal  münasibətlərinin  məcmusu,  cəmiyyətin  iqtisadi 

bazisi,  istehsal  münasibətlərinin  məcmusu  cəmiyyətin  iqtisadi 

quruluşunu, real bazisi təşkil edir. Hüquqi və siyasi üstqurum bu bazis 

üzərində yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun 

olur. İqtisadiyyat bütün digər ictimai münasibətlərin əsasını təşkil edir 

və cəmiyyətin inkişafında həlledici rol oynayır. 

2.

 

Müəyyən  ölkənin  x.t.  yaxud  onun  bir  hissəsi  iqtisadiyyat 



ölkənin x.t. kimi təkcə mövcud istehsal üsulunun xarakterik 

552 


xüsusiyyətlərini deyil, habelə ayrıca götürülmüş ölkənin fərqləndirici 

xüsusiyyətlərini də əks etdirir. İqtisadiyyat maddi istehsal sahələrini, 

sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və s. qeyri-istehsal sahəsini 

əhatə edir. 

3.

 

İqtisadiyyat.  İctimai-iqtisadi  formasiyalar  çərçivəsində 



cəmiyyətin  iqtisadi  quruluşunun  obyektiv  qanunauyğunluqlarını 

öyrənir,  xalq  təsərrüfatının  müxtəlif  sahələrinədəki  prosesləri, 

hadisələri  nəzəri  təhlil  edir,  həyat  nemətlərinin  istehsalı  və  bölgüsü 

sahəsində  təcrübi  tövsiyyələr  işləyib  hazırlayır.  (Bax.  ASE,  ASE-ni 

Baş Redaksiyası, IV cild, Bakı, 1980, səh 379) 

Bütün  bunlar  isə  onu  deməyə  əsas  verir  ki,  zümrəsindən  asılı 

olmayaraq,  cəmiyyətin  hər  bir  üzvü  iqtisadiyyatı,  iqtisadi 

münasibətləri, istehsal münasibətlərini bilmədən bu proseslərdə iştirak 

etmədən  yaşaya  bilməz.  Məktəbli  də  gələcəkdə  cəmiyyətin  fəal  bir 

üzvü olacağı təqdirdə bütün bunları bilməli və bu proseslərdə iştirak 

etməlidir. Məhz ona görə də bugünkü məktəbliyə və tələbəyə iqtisadi 

biliklərin  verilməsi  onların  iqtisadi  tərbiyəsinin  formalaşdırılması 

üçün  çox  zəruridir.  Bu  hələ  məsələnin  birinci  tərəfidir.  Məsələnin 

ikinci  tərəfi  ondan  ibarətdir  ki,  müstəqillik  qazandığımız  indiki 

şəraitdə  cəmiyyətin  hər  bir  üzvünün  iqtisadi  tərbiyə  məsələlərinin 

həllində iştirak etmələri vacibdir. Çünki Sovet İttifaqı dövründə bütün 

iqtisadi  münasibətləri  Nazirlər  Soveti  ,  Dövlət  Plan  Komitəsi, 

nazirliklər,  idarələr  və  s.  bu  kimi  dövlət  qurumları  həll  edirdi. 

Müstəqillik  dövrünün  yeni  iqtisadi  münasibətlərinin  yaranmasına 

səbəb  olmuşdur.  Əgər  istehsalı  da,  ixracı  da,  idxalı  da  bazar 

münasibətləri  tənzimləyir.  Bu  gün  xalq  təsərrüfatının  ayrı-ayrı 

sahələrində,  istehsal  və  ya  qeyri  istehsal  sektorunda,  çalışanlar 

birmənalı  olaraq  iqtisadi  münasibətləri  qura  bilirsə  və  bu 

münasibətlərin bütün tələblərinə uyğun olaraq öz fəaliyyətlərini qura 

bilirsə  iqtisadi  tərəqqiyə  nail  ola  bilirlər.  Bu  mənada  iqtisadi 

sistemlərin  yaranması,  inkişafı,  formalaşması,  təkmilləşməsi  və 

təşəkkülü  prosesində  iştirak  etməkdə  və  bu  prosesdən  baş  çıxarmaq 

işində  məktəblilərə  kömək  etmək  baxımından  iqtisadi  tərbiyənin 

nəzəri əsaslarının işlənilməsinə zəruri ehtiyac vardır. 

553 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə