MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə182/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   178   179   180   181   182   183   184   185   ...   196

Buna  görə  də  hər  bir  müəllim-tərbiyəçi  uşağa  ancaş  qanun  və 

anlayışları  öyrətməklə  kifayətlənməməli,  onlarm  diqqətini  ekoloji 

məsələlərə  də  cəlb  etməlidirlər.  İşin  bu  cür  aparılması  təbiətlə 

tərbiyənin üzvü surətdə əlaqələndirilməsi üçün geniş zəmin hazırlayır. 

Müasir  dövrümüzdə  torpaqlarımızın  düşmən  işğalı  altmda 

olması,  özəlləşdirilmiş  torpaqlardan  düzgün  istifadə  edilməməsi, 

ictimai-iqtisadi  işlərin  miqyasınm  genişlənməsi  şəraitində  təbii 

sərvətlərin  qorunması  və  onlardan  düzgün  istifadə  edilməməsi 

ölkəmizdə ciddi ekoloji təhlükə törətməkdədir. 

Respublikamızda  son  illər  torpağın,  suların,  meşələrin 

mühafizəsinə,  habelə  digər  sərvətlərin  qorunmasına  və  onlardan 

səmərəli istifadə edilməsinə diqqət xeyli azalmışdır. 

Hər  bir  insan  dövlət  qanunlarma  əməl  etməklə  yanaşı,  təbiət 

qanunlarına  da  düzgün  riayət  etməyə  məcburdur.  Çünki  təbiəti 

sevmək, onu qorumaq. Vətəni sevmək, onu müdafiə etmək deməkdir. 

Təbiətin  respublikamıza  bəxş  etdiyi  zəngin  faydalı  qazıntılar, 

yerüstü  və  yeraltı  ehtiyatlar,  su,  torpaq,  bioloji  və  meşə  sərvətləri, 

zəngin bitki örtüyü xalqımızm milli sərvətləridir. 

Bu  təbii  sərvətlərdən  düzgün  istifadə  edilməsi  ekoloji  mühitə 

ziyan verən tullantıların miqdarını azaldır. Məktəblidə təbiətə və onun 

sərvətlərinə  məhəbbət,  qayğı  bilavasitə  kiçik  yaşlarmdan  təşəkkül 

tapmağa  başlayır.  Buna  görə  də  məktəblərdə  ətraf  mühitə,  təbii 

sərvətlərə, təbiətin gözəlliyinə məhəbbət ruhunda tərbiyə işi aparmaq, 

bitki və heyvanat aləminin əhəmiyyətmi şagirdlərə izah etmək, təbiətə 

qayğı hissini bacarıqla aşılamaq diqqət mərkəzində olmalıdır. 

İnsan-təbiət  probleminin  vahid  yolu  haçalanmış,  vəzifə 

ikiləşmişdir. İki əsas fəaliyyət xətti meydana çıxmışdır. Əgər əvvəllər 

təbiəti  daha  yaxşı  öyrənmək,  onun  sirləri  aləminə  dərindən  nüfuz 

etmək  yeganə  bəşəri  məqsəd  idisə,  indi  bununla  yanaşı  təiətin 

qorunması, onun məqsəd "hüquqlarmın" müdafiə edilməsi zamanm ən 

aktual məsələlərindən birinə çevrilmişdir. 

Təbiətə  və  onun  sərvətlərinə  insanın  təsirinin  xarakteri  onun 

hazırlığından,  tərbiyəsindən,  əqidəsindən,  inammdan,  bir  sözlə  əsil 

vətəndaş  olmasmdan  asılıdır.  Elə  bu  səbəbdən  də  məktəblərimizin 

təlim-tərbiyə vəzifələri suasmda təbiəti mühafizə tərbiyəsi 

547 



özünəməxsus  yerlərdən  birini  tutmalı,  şagirdlərə  ekoloji  məzmunlu 

biliklər  verilməli,  onlara  ekoloji  tərbiyənin  aşılanmasına  diqqət 

artırılmalıdır. 

Tərbiyəçi  əgər  ekoloji  tərbiyə  işini  müasir  tələblər  əsasında 

qurarsa, onda uşaqlar ekologiya və təbiətin mühafizəsi kimi mühüm 

vəzifələrin həyata keçirilməsində fəal iştirak edərlər. 

Ekoloji  tərbiyə hər şeydən əvvəl  elmlərin  əsasları  öyrədilərkən 

aşılanır.  Tərbiyə  prosesində  şagirdlərdə  Vətənin  təbiətinə  sonsuz 

məhəbbət hissi tərbiyələndirmək üçün böyük imkanlar vardır. 

Təbiətlə  rəftarmın  əsasını  xeyirxahlıq,  qayğıkeşlik,  həssaslıq, 

ədalətlilik kimi yüksək əxlaqi keyfiyyətlər təşkil edir. Ona görə də bu 

keyfiyyətlərin tərbiyəsinə mühüm diqqət yetirilməlidir. 

Bağçada  tərbiyəçi  yeri  düşdükcə  məşğələdə  təbiətin  insana 

göstərdiyi  mənəvi-estetik  təsiri  də  izah  etməlidir.  Meşələrin, 

yaşıllıqların,  çayların,  dağların  və  sairin  gözəlliyi,  rəngarəngliyi 

uşaqlarda təbiətə qarşı qayğı hissi yaradır. 

Təbiətə  təşkil  olunmuş  ekskursiyalar  zamanı  uşaqlar  topladığı 

bitki  toxumlarından  kolleksiya  düzəldir  və  onlardan  məşğələ 

prosesində  əyani  vasitə  kimi  istifadə  edilir.  Toplanmış  toxumların 

müəyyən  hissəsi  bağçayam  sahədə  əkilərək  həmin  yerdə  müşahidə 

təşkil edilir və s. 

Kütləvi tədbirlər zamanı ekoloji tərbiyənin vəzifəsi şagirdlərdə 

təbiəti  daha  dərindən  öyrənmək,  sevmək,  qorumaq,  onun  təbii 

sərvətlərindən  daha  qənaətçiliklə,  daha  səmərəli  istifadə  etmək 

təbiətin  korlanmasına  qarşı  dözülməzlik  kimi  keyfiyyətlər 

yaratmaqdadır. 

Uşaqların  ekoloji  tərbiyəsində  bağçanın  ailə  ilə  birgə  işi  təşkil 

olunmalıdır.  Ekoloji  tərbiyə  çox  mühüm  əxlaqi-mənəvi  keyfiyyət 

olmaq etibarilə məktəbdə, ailədə, bağçada tərbiyə işinin özəyini təşkil 

edir. 


Bağçanın,  ailənin  qarşılıqlı  fəaliyyətində,  yekdillik  olmasa, 

uşaqlarm nəinki elmi dünyagörüşündə, hətta əxlaq, ideya-siyasi, əmək 

tərbiyəsi  və peşəyönümü, estetik, fiziki, ekoloji  və sair tərbiyəsində 

heç bir nailiyyət əldə etmək olmaz. 

Uşağın  bir  şəxsiyyət  kimi  formalaşması,  əməyə  hazırlanması, 

zehni,  əqli,  fiziki,  estetik,  ekoloji,  hüquqi  və  iqtisadi  tərbiyəsi 

məktəblə yanaşı ailələrin də diqqət mərkəzində durarsa bu yolda xeyli 

nailiyyət qazanmaq olar. Belə ki, ailə uşaqlarm tərbiyəsini 



548 


düzgün  təşkil  etmək  üçün  məktəblə,  bağça  ilə  sıx  əlaqə  saxlamalı, 

ondan  vaxtında  lazımi  məsləhətlər  almalıdır.  Məktəbdə  və  bağçada 

uşağın  təlim-tərbiyəsi  mütəxəssislər  tərəfindən  aparılır.  Həm  də 

ailələrdə olduğundan çox, daha planlı şəkildə aparılır. Uşaq ağlının və 

xarakterinin  formalaşdığı  bir  dövrdə  məktəb  ona  günümüzün 

tələblərinə  uyğun  şəkildə  təhsil  verir,  uşağın  dünyagörüşünü 

formalaşdırır. 

Qarşısına  qoyulmuş  vəzifələri  lazımi  səviyyədə  yerinə 

yetirməkdən ötrü məktəb və bağçanm bütün tərbiyə işini günümüzün 

problemlərini, inkişaf qanunlarmı şagirdlərə, uşaqlara başa salmağa, 

onları  xalqımızın  adət  və  ənənələri  ruhunda  formalaşdırmağı, 

uşaqlarda vətənpərvərlik hissini inkişaf etdirməyə xüsusi fikir verir. 

Qlobal problem olan ekoloji problem isə uşaqların ən kiçik yaşlarında 

öyrənməli  olduğu  problemlərdən  biridir.  Uşaqların  ekologiya  ilə 

tanışlığını  təşkil  etmək  və  onları  ekologiyaya  zidd  normalara  qarşı 

qətiyyətlə  mübarizə  aparmağı  öyrətmək  də  yenə  məktəb,  bağça  və 

ailənin  üzərinə  düşür.  Bu  məqsədlə  məktəb  həm  tədris  fənnlərinin 

imkanlarından,  həm  də  dərsdənkənar  tədbirlər  sistemindən  bol-bol 

istifadə edir. 

Yuxanda  deyilənlərdən  aydın  olur  ki,  gənc  nəslin  ekoloji 

tərbiyəsində səmərəli nəticələr əldə etməkdən ötrü bağça, məktəb, ailə 

birgə işləməlidir. Belə əlaqə həm fərdi, həm də kollektiv formada ola 

bilər. 

Məsələn:  evdə,  bağçada,  məktəbdə  otaq  bitkiləri  olarsa  və 



onların  əhəmiyyəti  haqqında  müəllimlər,  tərbiyəçilər  və  ya 

valideynlər  tərəfindən  uşaqlara  izah  edilərsə,  onlara  birlikdə  qulluq 

olunarsa,  bu  uşaqlara  təbiəti  sevməkdə  və  qorumaqda  çox  kömək 

edəcəkdir. 

Otaqların  həftədə  bir  və  ya  iki  dəfə  uşaqlar  tərəfindən 

təmizlənməsi  və  zibillərin  ancaq  zibil  qutularına  atılmasının  onlara 

ekoloji baxımdan daha düzgün olduğunu başa salmaq çox faydalıdır. 

Evlərdə heyvan bəsləməyə (əgər şərait varsa) icazə vermək və 

çox  kiçik  yaşlarda  heyvan  sevgisini  uşaqlara  aşılamaq,  onlarm  da 

bizimlə  bərabər  dünyada  yaşamaq  haqqları  olduğunu  öyrətmək 

lazımdır. 

Təbiətin  gözəl  guşələrinə  birgə  səyahət  etmək,  uşaqları 

maraqlandıran suallara düzgün cavab vermək və erroziyaya 

549 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə