MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə185/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   181   182   183   184   185   186   187   188   ...   196

12.3.

 

Şagirdlərə sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və 

bacarıqların aşılanması yolları 

Şagirdlərə  sahibkarlıq  hissi  aşılanması  təlim-tərbiyə  işinin 

məzmununu aktuallaşdıran məsələlərdəndir. Belə bir aktual məsələni 

reallaşdırmaq üçün şagirdlərin sahibkarlıq işinə cəlb olunması, onların 

nəzəri  və  praktik  cəhətdən  bu  işə  bilavasitə  hazırlanması  daha 

məqsədəuyğun hesab olunur. Bunun üçün sahibkarlıqla məşğul olan 

hər  hansı  bir  müəssisənin  biznes  planı  ilə  şagirdlərin  tanış  edilməsi 

faydalı  olardı.  Nümunə  təriqilə  iqtisad  elmləri  namizədi  Rahim 

Sadıqovun  hazırladığı  biznes  planın  bəzi  detallanm  təqdim  edirik. 

Təqdim etdiyimiz biznes planı təlim-tərbiyə müəssisələrində iqtisadi 

tərbiyə ilə bağlı həyata keçirilən fərdi və kütləvi tədbirlərin təşkilinə 

köməklik  göstərmək  baxımından  çox  önəmlidir.  Sumqayıt  Polimer 

ATSC  zavodunun  timsalında  təqdim  edilən  bu  biznes  planı 

şagirdlərdə biznes haqqında geniş təsəvvür yarada bilər. 

“Sumqayıt-polimer”  Açıq  Tipli  Səhmdar  Cəmiyyətinin 

biznes-planı 6 bölmədən ibarətdir. 

Birinci  bölmədə  “Sumqayıt-polimer”  Açıq  Tipli  Səhmdar 

Cəmiyyəti Tikinti Materialları haqqında məlumat verilmişdir. 

İkinci 

bölmə 


“Sumqayıt-polimer” 

ATSC-nin 

inkişaf 

konsepsiyasına həsr edilmişdir. Bu bölmədə mövcud sexlərdə gedəcək 

rekonstruksiya  işləri,  onların  yerinə  yetirilməsi  üçün  tələb  olunan 

vəsait  qoyuluşunun  həcmi,  istehsalı  mənimsəniləcək  məhsullar 

haqqında məlumat verilmişdir. 

Üçüncü  bölmədə  istehsalı  nəzərdə  tutulan  məhsullar  və 

xidmətlər haqqında ətraflı məlumat verilmişdir. 

Dördüncü bölmə istehsal və satış planına həsr edilmişdir. 

Beşinci bölmədə biznes planın həyata keçirilməsinə tələb olunan 

investisiyanın müəyyən edilməsindən bəhs edilir. 

Altıncı bölmədə layihənin səmərəliliyi müəyyən edilmişdir. 

“Sumqayıt-polimer”  Açıq  Tipli  Səhmdar  Cəmiyyəti  ləğv 

olunmuş Azərsənaye Tikinti Materialları Dövlət Konserninin Polimer 

Tikinti  Materialları  Kombinatının  əksər  sexləri  son  3  ildə  öz 

fəaliyyətini  tamamilə  dayandırmışdır.  Bununla  əlaqədar  olaraq, 

mövcud  istehsalların  təhlili  göstərdi  ki,  hələlik  bu  sexlərdə  istehsal 

olunmuş məhsulların yenidən istehsalı iqtisadi 

557 



cəhətdən məqsədəuyğun deyildir. Odur ki, sexlərdə rekonstruksiya və 

bazar  tələbatına  uyğun 

gələn  məhsulların  istehsallarının 

mənimsənilməsi zərurəti meydana çıxmışdır. Bu problemin həlli üçün 

tələb olunan investisiyanın ümumi məbləğini müəyyən etmək, istifadə 

istiqamətlərini dəqiqləşdirmək, səmərəliliyini təyin etmək məqsədilə 

“Biznes-plan” hazırlanmışdır. 

Qeyd  olunan  mənbələrə  sərf  olunan  əsaslı  vəsait  qoyuluşunun 

həcmi  1395  milyon  manatdır.  Səhmdar  Cəmiyyətinin  illik  balans 

mənfəəti  601  milyon  manat,  xalis  mənfəəti  isə  349  milyon  manat 

olmuşdur. 

İnvestisiyanın səmərəlilik əmsalı 0,26, ödənilmə müddəti isə 3 il 

9 ay olmuşdur. 

Belə informasiyalar şagirdləri iqtisadi biliklərlə zənginləşdirir və 

onlar  iqtisadi  texnologiyalarla  bağlı  terminlərlə  tanış  olurlar.  Bu 

baxımdan plandakı başqa bir fakta diqqət edək. 

Texnoloji  prosesdə  xammal  kimi  polivinilxlorid  qətranının 

suspenziyası,  polivinolxlorid  qətranının  emulyasiyası,  dioktilftalat, 

dibutilftalat, xlorparafm, titan iki-oksid, mikrolit piqmentlər, mineral 

piqmentlər, üzvi birləşmə piqmentləri, naxışlı polivinilxlorid plyonka, 

kalsium sabitləşdirici, silisium sürməsi, istiliyi keçirməyən astar, 7-ci 

növ asbestdən istifadə edilir. Bunlardan başqa, linoleum istehsalı üçün 

bir sıra köməkçi yağlayıcılar, izolyasiya şiti, xüsusi tikiş maşını, sap, 

şpoqat qablayıcı materiallar, nəqliyyat vasitələri və s. lazımdır. 

Bu  xammal  və  materiallar  keçmiş  SSRİ-nin  müxtəlif  coğrafi 

ərazisində  yerləşən  onlarla  şəhərindən  alınır,  bir  sıra  materiallar  isə 

xarici ölkələrdən gətirilirdi. Məsələn, piqmentlər Finlandiya, İtaliya, 

Belçika, İsveç kimi ölkələrdən gətirilirdi. 

Yaxud başqa faktlara diqqət edək: 

Dekolin istehsal etmək üçün lazım olan xammal və materiallar: 

polivinilxlorid (PVX) qətranı emulsiyası, diok- tilftolat, təbaşir, titan 

oksidi,  polivinolxlorid  plyonka,  xlor-  parafin,  poliamiddən 

hazırlanmış  astarlardır.  Bunlardan  başqa  müxtəlif  sürtkü  yağları, 

nəqliyyat vasitələri, qablaşdırma məmulatlarından da istifadfə olunur. 

.. 

Polipilen istehsal etmək üçün lazım olan xammal və materiallar: 



titan oksidi, mikrolit piqmentlər, sink oksidi

558 


tabaşir,  butilbenzolftalat,  parafer,  sabitləşdirici,  sintapol  DS-10, 

epoksid yağı, səthi aktiv maddə OP-7, uayt spirtidir. 

-

 

Bunlarla  yanaşı,  xüsusi  tərkibli  yağlar,  əlavə  su  buxarı, 



qızdırıcı və soyuducu reagentlər, qablaşdırma materialları da lazımdır. 

Məhdud Məsuliyyətli cəmiyyətlərdən birinin biznes planına daxil olan 

bir  sıra  zəruri  informaiyalar  da  şagirdlərin  iqtisadi  biliklərini 

zənginləşdirir.  Onlar  müəssisənin  inkişaf  istiqamətləri,  məqsədi  və 

məqsədə nail olma  yollar haqqında biliklərlə silahlandıniması dab u 

baxımdan mühüm əhəmiyyət kəsb edir. 

Nəqliyyat sexi 

-

 



nəqliyyat sexinin nəqliyyat vasitələri və onların vəziyyəti: hər 

birinin uzunluğu 85 metr olan iki dəmir yolu xətti; 1 ədəd teplovoz, 9 

ədəd  yük  maşını  (6-smm  təmirə  ehtiyacı  vardır);  5  ədəd 

yükqaldırıcı-yükləyici  (4-nün  təmirə  ehtiyacı  var);  3  ədəd  minik 

maşını  (hər  üçünün  təmirə  ehtiyacı  var);  3ədəd  avtobus  (D-sinin 

təmirə ehtiyacı var). 

-

 

sexin əsas vəsaitlərinin ilkin dəyəri: 421 milyon manatdır. 



-

 

sexin  əsas vəsaitlərinin  qalıq dəyəri 01.04.99-cu il balansına 



görə 145,7 milyon manatdır. 

-

 



 Müəssisənin 

inzibati  binası  və

 

onun 


vəziyyəti: 

müəssisənin 3 mərtəbəli inzibati binası vardır ki, bunun da aşağı iki 

mərtəbəsi  istifadə  üçün  yaralıdır,  3-cü  mərtəbəsinin,  damının  ciddi 

təmirə ehtiyacı vardır. 

-

 

inzibati binanın sahəsi: təqribən 1500 kv. Metrdir. 



Kombinatın  texnoloji  xüsusiyyəti  polivinilxlorid  xammalına 

əsaslanan texnologiyadır. 

Müəssisənin inkişaf istiqaməti 

Biznes  planın  birinci  bölməsindən  məlum  oldu  ki, 

“Sumqayıt-polimer”  Açıq  Tipli  Səhmdar  Cəmiyyətinin  sələfinin 

istehsal  etdiyi  məhsullar  tamamilə  iqtisadi  cəhətdən  əhəmiyyətli 

deyildir. Bu məhsullar istehsal olunarsa, onların maya dəyəri mövcud 

bazar  qiymətlərindən  yüksək  olacaq  və  bu  səbəbdən  müəssisə 

rentabelli işləməyəcəkdir. 

İkinci bir tərəfdən, mövcud istehsal texnologiyalarının, maşın və 

avadanlıqlarının bir qismi öz ömrünü başa vurmuş, bir 

559 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə