MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə184/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   180   181   182   183   184   185   186   187   ...   196

12.2. İqtisadi tərbiyənin məzmunu. 

İqtisadi  tərbiyə  XX  əsrin  90-cı  illərinə  qədər  mənəvi-əxlaqi 

tərbiyənin 

tərkibində 

nəzərdən 

keçirilmişdir. 

Müstəqillik 

qazandığımız  dövrdə,  iqtisadi  tərbiyə  işinə  zəruri  tələbat  yarandığı 

şəraitdə, onun məzmunu  da açıqlanmalıdır.  İqtisadi  tərbiyə uşaqlara 

daha kiçik yaşlarından aşılanmalıdır. İqtisadi tərbiyə uşağa gündəlik 

həyatında 

maddi-mənəvi 

tələbatlarının 

formalaşması 

və 

ödənilməsində,  yaxşı  övlad  kimi  yetişməsində,  vətənpərvər  ruhda 



bö)diməsində,  cəmiyyət  üçün  yaxşı  iqtisadçı-  mütəxəssis  kimi 

yetişməsində  əhəmiyyət  daşıyır,  iqtisadi  tərbiyənin  məktəb 

yaşlarından aşılanması ona görə zəruri hesab edilir ki, artıq 18 yaşma 

çatmış  hər  bir  gənc  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ 

əldə edir. 

İqtisadi  tərbiyə  uşağa  ibtidai  sinif  yaşlarından  başlayaraq 

aşılanmalıdır.  Məsələn,  ana  övladını  məktəbə  apararkən  və  ya  yola 

salarkən  ona  çay,  bulka  və  s.  azuqə  almaq  üçün  pul  verir.  O  pulun 

təyinatı  üzrə  xərclənməsini  uşağa  tapşırır.  Uşaq  isə  bəzən  həmin 

vəsaiti  təyinatı  üzrə  xərcləmir.  Ya  başqa  bir  şey  alır,  ya  da  pulu 

xərcləmədən  evə  gətirir.  Bu  prosesə  nəzarət  etmək  məqsədi  ilə 

valideyn  daim  övladından  vəsaitin  xərclənməsi  ilə  bağlı  hesabat 

almalıdır. 

Əgər  uşaq  pulu  öz  istəyinə  uyğun  olaraq  başqa  istiqamətdə 

xərcləmişsə valideyn onun bu hərəkətinə biganə qalmamalıdır. Çünki 

bu  onun  özbaşınalığa  yol  verməsi  kimi  qiymətləndirilməlidir.  Əgər 

uşaq vəsaitə qənaət edib onu evə gətirirsə, valideyn bu hala da biganə 

qalmamalıdır. Əvvəl o, qənaətin səbəbini soruşmalıdır. Uşaq bunu bir 

neçə səbəbdən izah edə bilər. Məsələn, ya həmin pula dəftər, qələm, 

məktəb ləvazimatları alacağını, ya da geyim, kompüter və s. bu kimi 

nisbətən bahalı əşyalar üçün pul yığdığım bildirir. 

Valideyn məsələyə üç tərəfdən yanaşmalıdır. 

1.

 

Uşaq  qənaəti  niyə  edib.  Çünki  zəruri  məsrəflərə  qənaət 



olunma  uşağın  sağlamlığına  xələl  gətirə  bilər,  onun  vaxtında 

qidalanmaması səhhətinə zərər gətirər. 



554 


2.

 

Əgər  qənaət  məqbul  hesab  edilərsə,  qənaət  olmuş  vəsaitin 



məktəb ləvazimatlarına xərclənməsi sevindirici hal hesab oluna bilər. 

Bu uşağın elmə, təhsilə olan marağını göstərir. 

3.

 

Qənaət olmuş vəsaitin kompüter, velosiped və nisbətən bahalı 



digər  əşyalar  üçün  nəzərdə  tutulması  sevindirici  hal  kimi 

qarşılanmalıdır.  Lakin  valideyn  onu  bu  məqsəddən  çəkindirməlidir. 

Çünki  ibtidai sinif şagirdinin bu cür məqsədlər  üçün vəsait  yığması 

ailə  üçün  elə  də  lazımi  maliyyə  dəstəyi  sayılmır.  Bundansa  məqsəd 

uşağın beynində cari məqsədlə əvəz olunsa daha yaxşı olar. 

Deməli, valideyn uşağın məqsədlərini araşdırıb, onun reallığa nə 

dərəcədə uyğun olub-olmadığını qiymətləndirməli və ona bu sahədə 

düzgün istiqamət verməlidir. Valideyn uşaqda pul toplayıb özü üçün 

nəsə gərəkli bir şey almaq haqqında düşündüyünün şahidi olursa, bu 

işdə  ona  təşkilati  və  istiqamətverici  köməklik  göstərməlidir.  Hər 

birimiz  uşaq  ikən  evimizdə  valideynləri  bizim  üçün  müxtəlif  fiqur 

formasında  düzəldilmiş  pulqabılar  aldığının  şahidi  olmuşuq.  Bu  cür 

pulqabılara  el  arasında  “kassa”lar  deyilir.  Pulqabılar  uşaqlar  üçün 

büdcə rolunu oynayır. Büdcənin toplanması üçün mənbəə müxtəlif ola 

bilər. Məsələn, uşağa gündəlik verilmiş xərcliklərə qənaət olunması, 

ad günlərində təbrik məqsədi ilə verilmiş vəsaitlər, valideynin özünün 

maliyyə yardımları (məsələn, yadımdadır nənəm hər gün mənim pul 

qabıma 20 qəpik atırdı) və sair. Yuxarıda qeyd etdiyimiz kimi, uşaqlar 

həmin vəsaitlərdən müxtəlif istiqamətlərdə- (cari və strateji məqsədlər 

üçün) istifadə etmək niyyətində olurlar. Biz əgər strateji  məqsədləri 

ibtidai sinif şagirdləri üçün qəbul etmişiksə, onlar böyüdükcə həmin 

məqsədlərə özləri daha çox can atırlar. 

Orta  məktəb  şagirdləri  böyüdükcə,  onların  şüuru  və  təfəkkürü 

inkişaf  edir,  dünyagörüşləri  artmağa  başlayır.  Boş  vaxtlarını  mənalı 

keçirmək,  bu  anları  birgə  yaşamaq,  əyləşdiyi  stolun  (milli 

mentalitetimizə 

uyğun 

olaraq) 


hesabını 

ödəmək 


istəyi 

yeniyetmələrimizdə ehtiyat fondu yaratmağa gövr edir, olmasını tələb 

edir. Böyüdükcə maddi və mənəvi  tələbatlarının  dəyərinin  artmasını 

düşünən yeniyetmə artıq xərclərini maliyyə imkanlarına uyğun olaraq 

planlaşdırmağa məcbur olur. Çünki o 

555 



ailəsinin  maliyyə  büdcəsinin  çəkisini,  istehlak  tələbatının  həcmini 

başa  düşə  bilir.  Bu  zaman  uşaq  öz  xərclərini  planlaşdırdıqda  ailə 

büdcəsinin imkanlarını nəzərə almalıdır. Bəzən yeniyetmələr çılğınlıq 

edərək istədiklərinə nail olmaq üçün valideynləri imkanlarından artıq 

maliyyələşmələrə sövq edirlər. Bu da ailə büdcəsinə olduqca böyük 

zərər vurur. Hətta ailə büdcəsini borclanmağa təhrik edirlər. Bu hal 

iqtisadi tərbiyədə qəbuledilməzdir. 

İqtisadi  tərbiyə  təkcə  uşağın  maddi-mənəvi  tələbatı,  ailənin 

maliyyə  büdcəsi  ilə  əlaqədar  məsələ  deyildir.  İqtisadi  tərbiyə 

həmçinin  makro  iqtisadi  mühitə,  ölkənin  iqtisadi  dəyərlərinə  təsir 

edən  tərbiyəvi  komponentdir.  Məsələn,  orta  məktəblərdə  vergi 

fənninin  tədris  olunması  məktəb  yaşlarından  uşaqlarda  vergi 

mədəniyyətinin  formalaşdırılması,  vergilər  haqqında  onlarda 

təsəvvürlərin  yaradılması,  vergidən  yayınmamaq  və  vaxtında 

ödəməkdə vətənə məhəbbət hissini aşıla- maq məqsədi daşıyır. 

Yuxarıdakılan  ümümləşdirərək  iqtisadi  tərbiyənin  vəzifələrini 

aşağıdakı kimi sistemləşdirmək olar. 

-

 



Şagirdlərdə iqtisadi şüurun formalaşdırılmasına nail olmaq

-

 



Şagirdlərin  iqtisadi  tərbiyə  ilə  bağlı  bilik,  bacarıq  və 

vərdişlərinin inkişaf etdirmək

-

 

Təlim  prosesində  yeri  gəldikcə  Azərbaycan  Respublikasının 



iqtisadi siyasəti barədə şagirdlərə ən zəruri məlumatların verilməsi

-

 



Təlim-tərbiyə  prosesində  şagirdlərə  qənaətçilliyin  nəzəri  və 

praktik məsələləri barədə məlumatların verilməsi; 

-

 

Şagirdlərə sahibkarlıq hisslərinin aşılanması; 



-

 

Biznes fəaliyyətinin istiqamətləri barədə şagirdlərə ən zəruri 



məlumatların verilməsi; 

-

 



Şagirdlərdə biznes mədəniyyəti formalaşdırmaq; 

556 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə