MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə181/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   177   178   179   180   181   182   183   184   ...   196

yönələ  bilər,  həmçinin  kiçik  miqyaslı-yaşayış  yeri,  məhəllə, 

kollektivdə,  iş  yerində,  təhsil  müəssisələrində  həyata  keçirilə  bilər. 

Ekoloji fəaliyyət ekoloji davranışla şərtlənir. 

EKOLOJİ  DAVRANIŞ  -  təbiətlə  müəyyən  ünsiyyət  zamanı 

atılan  konkret  adımlardan,  fəaliyyət  formasından  ibarətdir.  Bütün 

bunlar isə ümumilikdə ekoloji mədəniyyətin formalaşmasına xidmət 

edir.  Cəmiyyətlə  təbiətin  harmonik  inkişafının  kompleks  ekoloji 

proqramlarının  yaradılmasına  xidmət  edən  sosial-iqtisadi-siyasətin 

həyata  keçirilməsini  nəzərdə  tutan  ekoloji  siyasət  konkret  ekoloji 

problemlərin elmi- texniki həllinin tapılması üçün irəli sürülən ekoloji 

iqtisadiyyat  və  şəxsiyyətin  ekoloji  şüurunun  və  davranışının 

formalaşmasını  nəzərdə  tutan  ekoloji  etika  bir-biri  ilə  qarşılıqlı 

əlaqədə  olmaqla  bütövlükdə  ekoloji  tərbiyənin  mədəniyyətini  təşkil 

edir. 


Müasir şəxsiyyətin ekoloj mədəniyyət normativ ekoloji biliklər - 

hüquqi  ekologiya,  mənəvi  ekoloji  əqidə  və  ekoloji  davranış  adlı  3 

böyük prinsipə əsaslanır. 

11.5.

 

Ətraf mühitin qorunmasında ailənin, 

bağçanın və məktəbin rolu. 

Təbiətin  mühafizəsi  qlobal,  ümumbəşəri  problemdir.  Həmin 

problemm həll edilməsi cəmiyyətin, insanm və ətraf mühitin qarşılıqlı 

fəali)^ətinin xarakteri ilə əlaqədardır. 

Ölkəmizdə  sənaye  və  kənd  təsərrüfatının  inkişafı  ilə  əlaqədar 

lazımi  ekoloci  qaydalara  əməl  edilmədiyindən  sənaye  tullantıları, 

havanı,  torpağı,  bağları,  çəmənlikləri,  çiçəkləri,  çayları,  vadilər,  su 

hövzələrini,  gölləri,  hətta  dənizləri  çükləndirir,  müxtəlif  vəsilədən 

olan  canlı  aləmə  ciddi  ziyan  vurur,  insanların  həyat  şəraitini 

pisləşdirir, xüsusilə onların səhhətinə ləkə vurur, sağlamlığını pozur. 

Bu  məsələ  ilə  əlaqədar  olaraq  ətraf  mühitin  çirklənməsinə  qarşı 

mübarizə tədbirləri genişləndirilir. 

Mütəxəssislərin  fikrincə,  dünyada  iki  ən  böyük  ekoloji  bəla 

mövcuddur.  Biri  təbəitdə  arıların  azalması,  ikincisi  isə  meşələrin 

qırılmasıdır.  Statistik  məlumata  görə  arıların  azalması  nəticəsində 

yüzdən artıq çiçəklər vəsiləsi məhv olmuş, Böyük Britaniyanm 



544 


ərazisi  qədər  qırılmış  meşə  sahəsində  isə  minlərlə  biosfer 

komponentləri təbiətdən silinmişdir. 

Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdəki ekoloji bəlaların 

sayı o qədər artmışdır ki, onların sayı ağlagəlməz sensasiyaya səbəb 

olmuşdur.  Akademik  Həsən  Əliyev  «Həyəcan  təbili»  kitabında 

göstərir  ki,  nadir  ağacları,  çiçəkləri,  quşları,  heyvanları  qıranlar 

ölkəmizi ekoloci bəlaya düçar edirlər. 

Bu  gün  şəhər  və  kəndlərimizdə  ağaclarımızı  kəsərək  yerində 

firmalar,  şirkətlər,  özəl  struktur  yaradan  işbazlar,  kapital  toplamaq 

məqsədilə  nadir  quşlarımızı,  balıqlarımızı  ovlayan  brokonyerlər, 

gülüzara bənzəyən çəmənzarımızı, bağlarımızı  məhv edərək  yerində 

marketinqlər,  barlar,  restoranlar,  şadlıq  evləri,  sexlər  yaradan 

kommersantlar bu bəlaları gözümüzün qabağında bizə «bəxş» edirlər. 

Elmi  termin  kimi  ilk  dəfə  alman  bioloqu  Emest  Hekkel 

tərəfindən  işlədilən,  elmi  əsası  ingilis  alimi  Ç.Darvin  tərəfindən 

qoyulan  ekologiya  yunan  sözü  olub  mənası  eko  (olikos)-ev,  yurd, 

məskən, loqos-təlim, elm (məskən haqqında təlim) deməkdir. 

Ç.Darvinə  görə  təbiətdə  bütün  canlıların  yaşayış  uğrundakı 

mübarizəsi ekoloji təlimin əsasını təşkil edir. Hazırda isə ekoloji mühit 

anlayışına həm təbii mühit, həm də sosial mühit, iqtisadiyyat, texnika, 

texnologiya  daxildir.  Bildiyimiz  kimi,  insanm  həyat  və  fəaliyyətini 

ətraf  mühit-təbiət-cəmiyyət  sistemindən  kənarda  təsəvvür  etmək 

olmaz. Bu vəhdət pozulduqda isə ekoloji böhran baş verir. Buna görə 

uşaqların ekoloci tərbiyəsini günün tələbləri səviyyəsinə qaldırılması 

xüsusi aktuallıq kəsb edir. 

Həqiqətən  insanlarm  hərtərəfli  düşünülməmiş  tədbirləri 

nəticəsində  təbiətə  çox  zərərlər  vurulmuş,  müəyyən  ərazilərdə  onun 

gözəlliyi,  zənginliyi  itirilmiş,  bir  çox  sahələr  səhralara  çevrilmişdir. 

İnsan  təbiət  qanunlarını  öyrənərək  ona  şüurlu  təsir  göstərdikdə  isə 

təbiəti  daha  da  gözəlləşdirir,  onun  nemətlərini  artırır,  təbii 

sərvətlərindən səmərəli istifadə edir. 

Ətraf mühiti dərindən dərk etmək üçün onun haqqında insanda 

elmi  təsəvvürlə  yanaşı,  elmi  bilik  də  olmalıdır.  Belə  olmadıqda 

təbiətin  qorunmasında  insanın  düzgün  mövqeyini,  rolunu  müəyyən 

etmək  mümkün  deyil.  Çünki  bir  çox  təbii  proseslərin  mərkəzində 

bilavasitə insan durur. İnsan təbiətə əl gəzdirdikdən sonra təbiət özü 

mürəkkəb prosesləri qarışdırır, birləşdirir. Meydana çıxmış 

545 



yeni  prosesi  insan  yenidən  dərk  edir  və  sonra  onun  mənbəyini 

axtarmağa başlayır. 

Elm  və  texnikanm  inkişafı  insanların  biosferə  mənfi  təsirini 

artırmışdır.  Təbii  ehtiyatların  tükənməsi  eroziya,  havanın,  suyun, 

torpağm çirklənməsi, bəzi bitki və heyvan növlərinin insan fəaliyyəti 

nəticəsində  yoxa  çıxması,  bilavasitə  məhv  edilməsi  insanm  təbiətə 

qeyri-münasib  mənfi  təsirinin  nəticəsidir.  Artıq  bu  gün  bir  sua 

sahələrdə  insanm  təbiətə  qayğısız  münasibəti  böhranlı  vəzİ50^ətə 

çatmışdır. Ətraf mühitə fasiləsiz olaraq müxtəlif tullantılar daxil olur, 

sənaye tullantıları atmosferi, suyu, torpağı çirkləndirir, tullantı qazlar 

isə  atmosfer  havasını  zəhərləyir,  saysız-  hesabsız  maşm  və 

mexanizmlər  səs-kuyu  çoxaldır,  müxtəlif  yanacaqlardan  intensiv 

surətdə istifadə nəticəsində suyun, havanın temperaturu yüksəlir. Bu 

faktlar  onu  göstərir  ki,  cəmiyyətin  ətraf  mühitə  laqeyd  münasibəti 

müasir dövrün ən zəruri probleminə çevrilmişdir. 

Ona  görə  də  biz  ümumtəhsil  məktəblərimizdə  ekoloji  bəlalar 

haqqında  şagirdlərə  məqsədyönlü,  planlı  və  mütəşəkkil  surətdə 

məlumatlar  verməliyik.  Əgər  gənc  nəsil  Sumqayıtdakı  zavodların 

kimyəvi tullantılarının törətdiyi ekoloji bəlalarm törətdiyi faciələrdən 

xəbərdar  olsalar,  onda  gələcəkdə  bu  bəlaların  yaranmasına  imkan 

verməzlər. 

Təbiət  indiyə  qədər  mövcud  olanların,  indi  yaşayanların, 

gələcəkdə  yaşayacaq  insanlarm  mülkiyyətidir.  Təbiətin  mühafizəsi 

sahəsində  şagirdlərin  mənəvi  məsuliyyəti  bütövlükdə  həyatın 

qorunmasına aid olan mənəvi məsuliyyətdir. 

Ona  görə  gənc  nəslin,  xüsusilə  məktəbəqədər  yaşlı  uşaqların 

təbiətə  məhəbbət  ruhunda  tərbiyə  etmək  məktəblərimiz  qarşısmda 

duran ən mühüm vəzifələrdən biridir. 

Təbiətə  insani  münasibətləri,  əxlaqi  cəhətləri  uşaqlarda 

formalaşdırmaq  üçün  bu  müsbət  əxlaqi  cəhətləri  vərdiş  halına 

keçirmək, qayğılı münasibət hissi tərbiyə etmək vacibdir. 

Bu  günümüzdə  yaşayan  və  işləyən  hər  bir  adama  təbiətin 

qorunması,  onun  sərvətlərindən  qənaətçiliklə  istifadə  və  sair 

anlayışların  verilməsinə  elə  kiçik  yaşlardan  başlanılmalıdır.  Çünki 

orta  məktəbi  bitirmiş  şagirdin  təbiəti  sevən,  onun  sərvətlərindən 

qənaətlə istifadə edən mütəxəssis olması üçün ekoloji biliklərin böyük 

əhəmiyyəti vardn. 

546 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə