Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə11/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   7   8   9   10   11   12   13   14   ...   237

nış  müstəqilliyi  verir  və  onun  razılığından  asılı  olaraq, 

qanunda nəzərdə tutulan başqa qayda da tətbiq edilə bilər. 



9)

 

Konstitusiya  hüquq  normaları  həm  də  hüquqi 

nizamasalma mexanizmində yerinə yetirdiyi funksiyaya görə 

müxtəlif qruplara bölünür. Bu əsasla normalar maddi hüquq 

normaları və prosessual normalara bölünür. Maddi normalar 

bilavasitə hərəkətin özünü, onun məzmununu müəyyən edir. 

Prosessual  normalar  isə  əksinə,  həmin  hərəkətin  və  ya 

normadakı  başqa  göstərişin  həyata  keçirilməsi  qaydasını 

müəyyənləşdirir. 

Məsələn, 

Konstitusiyanın 

49-cu 

maddəsindəki  sərbəst  toplaşmaq  azadlığı  insanların 



hüququnun məzmununu müəyyənləşdirir. Bu hüququn həyata 

keçirilməsi qaydası isə xüsusi qanunla təsbit olunur. Mitinq 

və  ya  küçə  yürüşü  keçirmək  üçün  əvvəlcədən  müvafiq  icra 

hakimiyyəti  orqanı  müəyyən  yer  ayırmalıdır.  Bu  artıq 

prosessual  normadır.  Cinayət  və  mülki  hüquqdan  fərqli 

olaraq, konstitusiya hüququnda maddi və prosessual normalar 

bir  yerdədir  (iç-içədir)  və  tam  olaraq  bir-birindən 

ayrılmamışdır. Elə konstitusion normalar var ki, onları eyni 

dərəcədə həm maddi, həm də prosessual hüquq norması hesab 

etmək  olar.  Məsələn,  Konstitusiyanın  107-ci  maddəsində 

maddi hüquq institutu olan impiç- mentdən söhbət gedir. Eyni 

zamanda  məzmununa  görə  bu  norma,  demək  olar  ki, 

tamamilə impiçmentin keçirilməsi qaydalarından ibarətdir və 

bir  prosesi  təsbit  edir.  Lakin  bununla  belə,  qeyd  etmək 

lazımdır  ki,  son  illər  konstitusiya  nəzarətinin  yaradılması 

artıq konstitusiya hüququnda da prosessual normaların maddi 

normalardan ayrılmasına, xüsusiləşməsinə səbəb olur. 

Konstitusiya  hüquq  normaları  özünün  nizamladığı 

münasibətlərə  görə  müəyyən  qruplarda  birləşirlər.  Bu  cür 

qrupda birləşdirilən normaların məcmusu hüquq institutu 



— 37 — 


adlanır.  Lakin  hüquq  normalarının  mexaniki  birliyi  hüquq 

institutu yaratmır. Bunun üçün həmin hüquq normaları oxşar, 

yekcins  münasibətləri  tənzimləməlidirlər.  Bu  normalar 

özünün  predmetinə  görə  nizamlama  xüsusiyyətləri 

baxımından  da  üst-üstə  düşür.  Konstitusiya  hüququ  da 

müəyyən institutları özündə birləşdirir. Qeyd etmək lazımdır 

ki, hüquq institutu anlayışı kifayət qədər dəyişkəndir. O, bir 

normadan  tutmuş,  bəzən  çoxsaylı  normalar  toplusu  kimi 

müxtəlif normalar  məcmusunu özündə birləşdirir. Ayrı-ayrı 

ölkələrin  konstitusiya  hüquqi  institutları  bəzən  üst-üstə 

düşmür.  Onların  həm  sayı,  həm  də  məzmunu  bir-birindən 

fərqlənir. Məsələn, Rusiya öz ərazi quruluşuna görə federal 

dövlətdir.  Federalizm  institutu  Azərbaycan  Respublikasında 

yoxdur, çünki Azərbaycan Respublikası federal dövlət deyil, 

unitar dövlətdir. Başqa bir hal: Azərbaycan Respublikasında 

qanunvericilik sistemi Rusiya Federasiyasından fərqli olaraq 

ayrıca  institut  kimi  öyrənilir.  Seçki  hüququ  həm  Rusiya 

Federasiyasının,  həm  də  Azərbaycan  Respublikasının 

konstitusiya hüququnda ən əsas institutlardan biridir, lakin bu 

institutların  məzmunu  bir-birindən  tamam  fərqlənir.  Rusiya 

Federasiyasında ikipalatah qanunverici orqanın aşağı palatası 

bərabər səviyyədə həm proporsional, həm də majoritar sistem 

əsasında formalaşır. Azərbaycan Respublikasında isə birpala- 

tah  qanunverici  orqan  majoritar  sistemlə  formalaşdmlır. 

Əlbəttə,  bu  o  demək  deyil  ki,  Azərbaycan  Respublikasında 

konstitusiya 

hüququ 

elmi 


konkret 

konstitusiya 

qanunvericiliyində  əks  olunmayan  institut  və  problemləri 

öyrənmir.  Əksinə,  müqayisəli  şəkildə  və  Azərbaycan 

Respublikasında  dövlət  quruculuğunu  təkmilləşdirmək 

baxımından  perspektivdə  tətbiq  olunması  mümkün  olan 

hüquq 

institutlan  kimi  bu  məsələlər  Azərbaycan 



Respublikasının 

— 38 — 


konstitusiya  hüququ  elmi  tərəfindən  öyrənilir.  Bir  sıra 

hallarda  hüquq  ədəbiyyatında  institutdan  böyük,  lakin 

sahədən  kiçik  olan  struktur  vahidindən  -  bölmədən  söhbət 

gedir.  Bölmə  də  eyni  əsaslarla  oxşar  hüquq  institutlarını 

özündə  birləşdirən  vahiddir.  Məsələn,  konstitusiya 

hüququnun bölməsi kimi dövləti göstərmək olar. Burada bir 

sıra  institutlar  -  ali  dövlət  orqanları,  seçkilər,  dövlət 

orqanlarının  səlahiyyətləri  və  s.  göstərmək  olar.  Bununla 

belə,  hüquq  sahəsinin  əsas  struktur  vahidi  institut  sayılır. 

Bölmə  anlayışı  nisbətən  yayğm,  dəqiq  mənaya  malik 

olmadığına  görə  az  tədqiq  olunur.  Konstitusiya  hüquq 

institutları  özünün  yaratdığı  münasibətlərə,  yəni  realizə 

xüsusiyyətlərinə  görə  bir-birindən  fərqlənir.  Bəzi  institutlar 

bütün  hüquq  sistemi  və  müxtəlif  qanunvericilik  aktlan 

səviyyəsində realizə olunduğu halda, bəziləri konkret hüquq 

münasibətləri  əmələ  gətirir.  Əsas  konstitusiya  hüquq 

institutları aşağıdakılardır: 

1)

 



Konstitusiya quruluşunun əsasları; 

2)

 



Şəxsiyyətin hüquqi statusunun əsasları; 

3)

 



Dövlət hakimiyyətinin təşkili

4)

 



Özünüidarəetmənin təşkili; 

5)

 



Qanunvericilik sistemi. 

Nəzərə almaq lazımdır ki, bu institutlar bəzən ayn-ay- n iri 

normalar toplularından ibarət olur və bu normalar toplusuna 

da  institut  deyilir.  Məsələn,  şəxsiyyətin  hüquqi  stamsunun 

əsaslan içərisində əsas  yeri vətəndaşlıq tutur  və vətəndaşlıq 

özü  də  institutdur.  Dövlət  hakimiyyətinin  təşkili  isə 

ümumiyyətlə  bir  neçə  iri  fərqli  sistemi  özündə  birləşdirir. 

Buraya  hakimiyyətin  ərazi  cəhətdən  təşkili,  idarəetmə 

forması, hakimiyyətin formalaşdıniması üsulları, muxtariyyat 

aiddir.  Bu  sistemdə  bir  qayda  olaraq  seçkilərə  də  aynca 

institut kimi baxılır. Özünüidarəetmənin təş 

— 39 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə