Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə7/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   2   3   4   5   6   7   8   9   10   ...   237

ki,  inzibati  aktlarla  həll  olunan  məsələlərin  dairəsi  getdikcə 

genişlənir.  Bu  aktlar  içərisində  Azərbaycan  Respublikası 

Prezidentinin fərmanları xüsusilə seçilir. Prinsipcə digər icra 

hakimiyyəti  orqanlarının  normativ  hüquqi  akt-  lan  da 

konstitusiya hüququnun mənbəyi ola bilər. Lakin bu, əslində 

çox nadir hallarda olur. Konstitusiya hüququnun predmetini 

təşkil edən məsələlərlə bağlı yerli icra hakimiyyəti başçıları 

və ya mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, demək 

olar ki, hər hansı bir səlahiyyətə malik deyillər. Nəzərə almaq 

lazımdır ki, qanunlardan fərqli olaraq, inzibati aktlar heç də 

həmişə  normativ  olmur,  konstitusiya  hüququnun  mənbəyini 

isə  yalnız  normativ  hüquqi  xarakterli  inzibati  aktlar  təşkil 

edir. 

Hər  bir  hüquq  mənbəyi  -  qanun,  fərman,  qərar  və  s. 



müəyyən  əlamətlərə  görə  xarakterizə  olunur.  Hüquq  üçün 

belə özünəməxsus «ölçü vahidi» qanunun (normativ hüquqi 

aktın) hüquqi qüvvəsidir. Aktın hüquqi qüvvəsi onun tətbiq 

olunma  həddini,  imkanını  bildirir.  Hər  bir  akt  3  aspektdən 

(ölçüdən) müəyyən hüquqi qüvvəyə malikdir: 

1)

 



zamana görə; 

2)

 



məkana görə; 

3)

 



şəxslərə görə. 

Aktın  zamana  görə  hüquqi  qüvvəsi  onun  hansı  zaman 

kəsiyində  və  ya  hansı  müddətə  normativ  hüquqi  akt  kimi 

tətbiq ediləcəyini bildirir. Bir qayda olaraq, bütün normativ 

hüquqi aktlar yalnız qəbul edildiyi vaxtdan sonra əmələ gələn 

münasibətlərə şamil edilir. Normativ hüquqi aktın onun qəbul 

edildiyi  vaxta  qədər  yaranmış  münasibətlərə  şamil 

olunmasına  çox  nadir  hallarda  təsadüf  olunur.  Azərbaycan 

Respublikası  Konstitusiyasının  149-cu  maddəsinin  VII 

bəndində  göstərilir  ki,  yalnız  subyektin  vəziyyətini 

yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran 

— 25 — 



və  ya  yüngülləşdirən  normativ  hüquqi  aktlar  geriyə  şamil 

edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil 

edilmir.  Normativ  hüquqi  aktın  qüvvəyə  minməsi,  adətən, 

onun özündə göstərilir. Əgər normativ hüquqi aktın özündə 

onun  hüquqi  qüvvəyə  minmə  tarixi  göstəril-  məyibsə, 

0

 



zaman  dəre  olunduğu  gündən  qüvvəyə  minir.  Məsələn, 

«Dövlət  qulluğu  haqqında»  21  iyul  2000-ci  il  tarixli 

Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə görə, 

bu qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. 

Normativ  hüquqi  akt,  bir  qayda  olaraq,  ya  bilavasitə 

özündə  müəyyən  edilən  tarixdə,  ya  yeni  qəbul  edilmiş 

normativ hüquqi aktla, ya da onun nizamladığı münasibətləri 

faktiki  olaraq  nizamlayan  başqa  akt  verildikdə  qüvvədən 

düşür. 

Normativ hüquqi aktın məkana görə qüvvəsi onun hansı 



ərazidə  tətbiq  edildiyini  bildirir.  Normativ  hüquqi  aktın 

qüvvədə olma məkanı dedikdə yalnız dövlətin sərhəddi- nin 

hüdudları 

daxilindəki 

torpaq, 

su 


əraziləri 

başa 


düşülməməlidir.  Normativ  hüquqi  aktın  hüquqi  qüvvəsi 

dövlətin bayrağı altında üzən gəmilərinə, qurğularına, xarici 

ölkələrdəki 

səfirliklərinə, 

konsulluqlarına, 

hərbi 


birləşmələrinə,  dövlətin  ərazisi  üzərindəki  hava  məkanına, 

habelə  yerin təkinə də tətbiq edilir. Bir dövlətin qanununun 

başqa  dövlətin  ərazisində  tətbiqinə  yalnız  dövlətlərarası 

müqavilələrlə  yol  verilir.  Buna  eksterritoriallıq  deyilir. 

Vətəndaş  öz  dövlətindən  kənarda  olduqda  belə,  mənsub 

olduğu  dövlətin  qanunlarının  hüquqi  qüvvəsinin  təsiri 

məkanında  hesab  edilir.  Dövlətin  hərbi  qüvvələri  olduğu 

yerdən asılı olmayaraq, yalnız öz dövlətinin qanunlanna tabe 

olur. 

26 — 



Qanunun  şəxslərə  görə  qüvvəsi  həmin  qanunun  kimlərə 

şamil  edilməsini  ifadə  edir.  Məsələn,  hərbi  qulluqçuların 

statusunu müəyyən edən qanunlar hərbi qulluqçulara, sosial 

müdafiəyə  ehtiyacı  olan  şəxslərə  imtiyazlar  müəyyən  edən 

normativ hüquqi aktlar yalnız bu qəbildən olan vətəndaşlara, 

dövlət  qulluğunu  tənzimləyən  qanunvericilik  dövlət 

qulluqçularına şamil edilir. 

§ 5. Konstitusiya hüququ hüququn aparıcı sahəsi kimi 

Artıq  məlum  olduğu  kimi,  konstitusiya  hüququ  digər 

hüquq sahələrindən fərqli olaraq, yalnız ən əsas münasibətləri 

tənzimləyir.  Bu  münasibətlər  digər  hüquq  münasibətlərinə 

nisbətən  ilkin  və  əsasdır.  Bu  isə  konstitusiya  hüququnu  bir 

hüquq  sahəsi  kimi  digər  sahələrdən  fərqləndirən  müəyyən 

xüsusiyyətlər  yaradır.  Əslində  konstitusiya  hüququnun 

aparıcı  hüquq  sahəsinə  çevirilməsində  bütün  konstitusiya 

qanunvericiliyi  deyil,  bilavasitə  konstitusiya  özü  əsas  rol 

oynayır. Çünki qanunvericilik sistemində  ən  yüksək pillədə 

istənilən  konstitusiya  qanunvericiliyi  aktı  deyil,  yalnız 

konstitusiya  durur.  Digər  qanunvericilik  aktları  (qanunlar, 

fərmanlar,  təlimatlar,  əsasnamələr  və  s.)  qanunvericilik 

sisteminin  müxtəlif  pillələrində  qərar  tuturlar  və  başqa 

sahələrə  aid  olan  qanunlardan  özlərinin  hüquqi  qüvvəsinə 

görə  və  ya  hər  hansı  xüsusiyyətinə  görə  fərqlənmirlər. 

Konstitusiya  hüququnun  hüququn  aparıcı  sahəsi  olmasına 

səbəb  konstitusiyanın  normalarıdır.  Bu  normalar  xalqın 

iradəsini  bilavasitə  əks  etdirməkdən  və  əsas,  vacib 

münasibətləri müəyyən etməkdən əlavə, həm də başqa hüquq 

sahələri  üçün,  belə  demək  mümkünsə,  inkişaf  istiqamətini, 

onların  başlıca  prinsiplərini  müəyyən  edir.  Məsələn,  mülki 

hüquq üçün ən əsas kate 

— 27 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə