Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə6/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   2   3   4   5   6   7   8   9   ...   237

burada  ayrı-ayrı  fərdlərin  iradə  müstəqilliyi  minimuma 

endirilir  və  ümumi  mənafe  əsas  olduğuna  görə  ayrı-ayrı 

fərdlərə  öz  iradələrindən  və  mənafelərindən  ötrü  nəyisə 

dəyişməyə  imkan  verilmir.  Əlbəttə,  bu  o  demək  deyil  ki, 

konstitusiya  hüququ,  ümumiyyətlə,  dispozitiv  nizamasalma 

metodundan  istifadə  etmir.  Elə  münasibətlər  var  ki,  burada 

artıq fərdin müstəqilliyi, yəni öz iradəsinə görə hərəkət etməsi 

həm  də  dövlətin  və  cəmiyyətin  mənafeyinə  uyğundur.  Ona 

görə  də  konstitusiya  hüququnda  imperativ  metodla  yanaşı 

qismən  dispozitiv  metoddan  da  istifadə  edilir.  Məsələn, 

seçkilərdə  iştirak  etmək  hüququnu  realizə  etmək  fərdin 

özündən  asılıdır.  Burada  ona  davranış  variantını  seçmək 

imkanı verilir, çünki dövlət özü seçkinin səmərəli olmasında 

maraqlıdır.  Səmərəli  seçkiyə  isə  ancaq  tam  iradə  azadlığı 

hesabına  nail  olmaq  olar.  Bu  zaman  fərdin  müstəqilliyi 

dövlətin mənafeyi ilə üst-üstə düşdüyündən, imperativ deyil, 

dispozitiv nizamasalma metodundan istifadə edilir. 

Hüquq 


sosial 

hadisə 


olduğuna 

görə 


cəmiyyətdən-cəmiyyətə  müəyyən  qədər  fərqlənir.  Aydındır 

ki,  ABŞ-nin  konstitusiya  hüququ  ilə  Fransanın  konstitusiya 

hüququ  bir  sahə  olaraq  bir-birindən  fərqləndiyi  kimi, 

Azərbaycan Respublikasının konstitusiya hüququ da Türkiyə 

Respublikasının,  eləcə  də  istənilən  digər  bir  ölkənin 

konstitusiya  hüququndan  fərqlənir.  Bununla  belə,  bütün 

ölkələrin konstitusiya hüququ dövlət, şəxsiyyət və cəmiyyət 

arasındakı  əlaqələri  tənzimləyir.  Əlbəttə,  Azərbaycan 

Respublikasında  da  konstitusiya  hüquq  münasibətləri  bu 

prinsiplərlə 

tənzimlənir. 

Bu 


baxımdan 

deyilənləri 

ümumiləşdirərək, konstitusiya hüququna belə bir tərif vermək 

olar. Konstitusiya hüququ dövlət və cəmiyyətin təşkilinin, şəx 

— 22 — 



siyyətin  hüquqi  statusunun,  yerli  idarəetmənin  və 

özünüidarəetmənin əsaslarını tənzimləyən hüquq sahəsidir. 

§ 4. Konstitusiya qanunvericiliyi və konstitusiya 

hüququnun mənbələri 

Qeyd  etdiyimiz  kimi,  sahə  elmi  olmaq  etibarilə  konsti- 

tusionalistika 

konstitusiya 

qanunvericiliyini 

öyrənir. 

Konstitusiya qanunvericiliyi konstitusiya hüququnun obyekti 

olan 


münasibətləri, 

yəni 


şəxsiyyət-cəmiyyət-dövlət 

münasibətlərini, onların əsaslarını tənzimləyir. 

Hər şeydən öncə, qeyd etmək lazımdır ki, qanunveri- cilk 

sahəsi  ilə  hüquq  sahəsi  bir-birindən  fərqlənir.  Burada 

qanunvericilik  sahəsindən  bəhs  ediləcəkdir.  Hüquq  sahəsi 

müəyyən normalann məcmusundan ibarətdir. Qanunvericilik 

sahəsinə  isə  normativ  hüquqi  aktların  məcmusu  daxildir. 

Hüquq  sahəsi  yekcins  oxşar  normaları  özündə  birləşdirir, 

qanunvericilik sahəsinin konkret normativ hüquqi aktında isə 

eyni zamanda bir neçə hüquq sahəsinə xas olan normalar ola 

bilər.  Hüquq  sahələri  predmetə  və  metoda  görə 

qruplaşdırıldığı halda, qanunvericilik sahəsi yalnız predmetə 

görə  qruplaşdırılır.  Qanunvericilik  sahələrinin  sayı  hüquq 

sahələrinin sayından çoxdur. 

Konstitusiya 

qanunvericiliyi 

daha 

çox 


imperativ 

normalardan təşkil olunan  və cəmiyyət, dövlət və  şəxsiyyət 

arasında  yaranan  hüquq  münasibətlərinin  əsaslarını 

tənzimləyən  bir  qanunvericilik  sahəsidir.  Konstitusiya 

qanunvericiliyi  realhqdakı  münasibətlərə  tətbiq  olunan 

qaydaların  əks  olunduğu  mənbə  rolunda  çıxış  edir.  Bu 

qanunvericiliyə  çoxsaylı  aktlar  daxildir.  Hüququn  mənbəyi 

dedikdə, hüquq normalarının təsbiti üsulları, ifadə formaları 

başa  düşülür.  Konstitusiya  qanunvericiliyinin,  habelə  bütün 

normativ hüquqi aktların əsasını konstitusiya təşkil edir. 

— 23 — 



Konstitusiya  əsas  münasibətləri  tənzimləyən  normaları 

özündə cəmləyir. Bütün digər münasibətlərin əsasları bu və 

ya digər dərəcədə konstitusiyada əks olunmuşdur. 

Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malikdir.  O 

yalnız hüquqi akt deyil, həm də hüquqi-siyasi aktdır. Bütün 

normativ  hüquqi  aktlar  konstitusiyaya  uyğun  olmalı,  onun 

konsepsiyası 

və 


hüquqtənzimləmə 

prinsipləri 

ilə 

uzlaşmalıdır.  Konstitusiya  ilə  normativ  hüquqi  aktlar 



arasında  ziddiyyət  olarsa,  konstitusiyanın  normaları  tətbiq 

edilməlidir. 

Konstitusiya  qanunvericiliyinə,  həm  də  müəyyən  qrup 

normativ  hüquqi  aktlar  daxildir.  Bu  normativ  hüquqi  aktlar 

dövlətin  və  cəmiyyətin  təşkili  əsaslarım  müəyyən  edən, 

konstitusiyanın müddəalarını inkişaf etdirən və dəqiqləşdirən 

aktlardır.  Konstitusiyadan  fərqli  olaraq.  Konstitusiya 

hüququnun  mənbəyini  təşkil  edən  digər  qanunlar  özünün 

hüquqi qüvvəsinə görə başqa qanunlardan fərqlənmir. Qanun 

ən  geniş  və  mühüm  ictimai  münasibətləri  tənzimləyən 

normativ hüquqi aktdır. 

Bundan  başqa,  konstitusiya  hüququnun  mənbəyinə  icra 

hakimiyyəti orqanlarının normativ hüquqi aktları da daxildir. 

İcra  hakimiyyəti  orqanlarının  aktları  qanunqüwəlidir.  Yəni 

bu  aktlar  qanunların  əsasında  verilir  və  qanunlarda-  kı 

müddəaları  dəqiqləşdirir,  inkişaf  etdirir.  Eyni  zamanda  bu 

aktlar  qanunvericilik  iyerarxiyasında  qanunlardan  sonra 

durur.  Bunların  arasında  ziddiyyət  olduqda  isə,  qanunun 

göstərişi tətbiq edilir. 

Dövrümüzdə qanunqüwəli aktların və ya inzibati aktların 

konstitusiya  hüququnun  mənbəyi  kimi  çəkisi  artmaqdadır. 

Bir  sıra  məsələlər,  demək  olar  ki,  yalnız  inzibati  akt 

səviyyəsində  təsbit  olunur  və  daha  aşağı  pillələrdə  duran 

normativ aktlarda inkişaf etdirilir. Buna səbəb odur 



— 24 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə