Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə3/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   2   3   4   5   6   7   8   9   ...   237

tusion  mübahisələri  və  onların  həlli  qaydalarını  öyrənir. 

Konstitusionalistika 

həm 

də 


reallığın 

konstitusiya 

qanunvericiliyində təsbit edilməsi məsələləri ilə məşğul olur. 

Konstitusiya hüququ elmində dövlət və şəxsiyyət, cəmiyyətin 

inkişafının  hüquqi  aspektləri  tədqiq  olunur,  hər  birinin 

optimal inkişafı üçün yeni üsullar hazırlanır və həyata tətbiq 

edilir.  Konstitusionalistika  konstitusiya  qanunvericiliyi 

haqqında  əsaslandırılmış,  bir-biri  ilə  əlaqələndirilmiş  elmi 

nəzəriyyə və fikirlərin məcmusudur. Bir elm olmaq etibarilə 

konstitusiya  hüququ  elmi  də  yeni  nəzəriyyə  və  fikirlərin 

yaranma  əsaslarını,  onların  praktikada  tətbiq  olunma 

imkanlarını  və  verə  biləcəyi  praktiki  nəticələri  analiz  edir, 

müxtəlif  hüquqi  konstruksiyalar  hazırlayıb  reallığa  tətbiq 

edir.  Bu  elm  eyni  zamanda  artıq  praktikada  tətbiq  olunmuş 

nəzəriyyə və fikirləri tənqidi qiymətləndirərək, onların başqa 

ölkələrdəki  müvafiq  norma  və  institutlarla  müqayisəli 

təhlilini 

aparmaqla 

hüququn 

tətbiqi 


praktikasını 

təkmilləşdirməyə xidmət edir. 

Elmin  bir  sahəsi  kimi  konstitusionalistika  da  müəyyən 

metodlardan  istifadə  edir.  Belə  metodlar  əsasən  məntiqi- 

təfəkkür  metodlarıdır.  Konstitusionalistikanm  obyekti  geniş 

və müəyyən özünəməxsusluğa malik olduğuna görə burada, 

demək  olar  ki,  eksperiment  tətbiq  edilmir.  Keçirilən 

eksperimentlər  isə  əsasən  hüququn sosiologiyası aspektində 

müəyyən məsələnin həlli üçün məhdud çərçivədə aparılır. 

Konstitusiya hüququ elmində istifadə edilən əsas metodlar 

aşağıdakılardır: 

1)

 



Analiz.  Bu  metod  empirik  materialın  analizinə 

əsaslanır. Bu zaman öyrənilən obyekt şərti olaraq bir-birindən 

təcrid  edilmiş  hissələrə  ayrılır  və  onların  hər  biri  ayrılıqda 

tədqiq edilir. Bu obyektlər arasında münasibətlər araş- 



— 13 — 


dirilir  və  onların  səbəbləri  öyrənilir.  Analiz  həm  də 

qanunvericilik  materiallarının  təhlilinə  əsaslanır.  Məsələn, 

prezidentlik özü vahid hüquqi status şəklində təzahür edən bir 

institutdur. Analiz zamanı bu vahidlik şərti olaraq iki tərkib 

hissəyə bölünür və onların hər biri ayrı-ayrılıqda öyrənilir: 

a)

 



prezidentlik  və  prezidentliyə  seçkilərin  keçirilməsi 

əsasları; 

b)

 

prezidentin  səlahiyyətləri  və  onun  dövlət  hakimiyyəti 



orqanlarları ilə qarşılıqlı münasibətləri. 

2)

 



Sintez.  Sintez  analizin  əksidir  və  adi  həyatdan 

götürülmüş ayrı-ayrı faktların ümumiləşdirilməsinə əsaslanır. 

Sintez  mücərrədləşdirməyə  əsaslanan  şüur  əməliyyatıdır. 

Sintez  zamanı  öyrənilən  predmetin,  materialın,  faktlar 

məcmusunun  oxşar  əlamətləri  ümumiləşdirilir,  onlann 

qarşılıqlı əlaqələri öyrənilir və bunun da nəticəsində müəyyən 

elmi  konstruksiyalar  işlənib  hazırlanır.  Məsələn,  dövlət 

orqanı anlayışı əslində hər bir dövlət orqanına ay- n-ayrıhqda 

xas 

olan 


əlamətlərin 

ümumiləşdirilməsi 

əsasında 

yaranmışdır.  Bütün  dövlət  orqanlarının  zəruri  əlamətləri 

onlann  dövlət  hakimiyyətini  həyata  keçirməsi,  normativ 

hüquqi aktlara əsasən dövlət tərəfindən yaradılması, dövlətin 

müəyyən  sferadakı  funksiyasını  həyata  keçirməsi,  vahid 

dövlət orqanları sistemində struktur vahidi kimi müəyyən yer 

tutmasıdır.  Bunlar  dövlət  orqanlarının  statusunu  müəyyən 

edən əsas əlamətlərdir. Bu əlamətlərdən başqa, bütün dövlət 

orqanlanna xas olmayan və onların statusunu müəyyən etmək 

üçün  əhəmiyyət  kəsb  etməyən  digər  əlamətlər  (məsələn, 

dövlət orqanının harada yerləşməsi, fəaliyyət müddəti, daxili 

təşkilati  strukturu  və  s.)  istisna  edilməklə  əsas  əlamətlərin 

ümumiləşdirilməsi nəticəsində dövlət orqanı anlayışı yaranır. 

— 14 — 



3)

 

Deduksiya.  Deduksiya  məntiqi  əməliyyatın  bir 

növüdür və ümumidən xüsusiyə getməyi, ümumi anlayış və 

ya reallığın əsasında məlum olmayan xüsusini tədqiq etməyi 

nəzərdə  tutur.  Məsələn,  bütün  hüquq  pozuntuları  (cins 

anlayışı)  müəyyən  ümumi  əlamətlərə  malikdir  (subyekt, 

obyekt, obyektiv cəhət, subyektiv cəhət). Biz ümumidən (cins 

anlayışı  olan  hüquq  pozuntusundan)  xüsusiyə  (növ  anlayışı 

olan  konstitusiya  hüquq  pozuntusu)  doğru  fikir  yürütməklə 

ilkin  olaraq  belə  nəticəyə  gəlirik  ki,  konstitusiya  hüquq 

pozuntusu  da  hüquq  pozuntusunun  bir  növü  olduğundan 

ümumi  hüquq  pozuntusunun  strukturu  onda  da  əks 

olunmalıdır. 

4)

 



İnduksiya.  İnduksiya  deduksiyanm  əksidir.  Burada 

fikir artıq xüsusidən ümumiyə doğru hərəkət edir. İnduksiya 

zamanı  ayrı-ayn  növ  xüsusi  faktların  əsasında  gəldiyimiz 

nəticəni  həmin  növdən  olan  bütün  hadisələrə  və  ya 

predmetlərə  şamil  edirik.  Məsələn,  bir  neçə  konstitusion 

hüquq  və  azadlığın  tədqiqindən  (yaşamaq  hüququ,  təhsil 

almaq  hüququ)  belə  nəticəyə  gəlirik  ki,  bu  hüquq  və 

azadlıqlar  həm əsas  (təməl) hüquq və  azadlıqlardır,  həm də 

ümumidir. Bu müddəa əsasında belə bir nəticəyə gəlmək olar 

ki,  konsitusiyada  əks  olunan  bütün  hüquq  və  azadlıqlar 

əsasdır və ümumidir. Burada konkret olaraq iki hüququn cari 

qanunvericilikdə  yerinin  araşdırılmasından  əldə  etdiyimiz 

nəticəni  o  növdən  olan  bütün  hüquq  və  azadlıqlara  (iki 

konstitusion  hüququn  xüsusiyyətini  bütün  konstitusion 

hüquqlara) aid edirik. 

5)

 



Analogiya.  Bu  məntiqi  əməliyyat  oxşarlığa  əsaslanır. 

Burada  bir  neçə  anlayış  və  ya  kateqoriya  arasındakı 

münasibət  başqa  bir  obyekt  və  ya  anlayışlar  arasındakı 

münasibətlərə  köçürülür.  Analogiya  zamanı  biz  məlum 

olanın əsasında məlum olmayanlar haqqında müəyyən nə 

— 15 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə