Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə5/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   2   3   4   5   6   7   8   9   ...   237

(məsələn,  faşizm,  ilhaqçı,  qəsbkar  və  s.)  isə  bu  tərəqqini 

ləngidən,  insanlara  bədbəxtlik  gətirən  normalar,  qaydalar 

məcmusudur. 

Real  həyatda  hüquq  dövlət  tərəfindən  formalaşdırılan, 

yəni  zəruri  şəkildə  müəyyən  sənədlərdə  təsbit  olunan, 

dövlətin  gücü  ilə  yerinə  yetirilməsi  təmin  edilən  qaydalar 

şəklində təzahür edir. Bu qaydalar insanın davranış azadlığını 

və onun sosial fərd kimi mövcud olmasını şərtləndirən bir sıra 

amilləri 

müəj^ən 


edir. 

Hüquq 


dövlət 

tərəfindən 

pozitivləşdirildikdə bir-biri ilə qarşılıqlı əlaqəyə malik, bütöv 

qaydalar  sistemi  kimi  çıxış  edir.  Bu  qaydalar  cəmiyyət  və 

dövlət  həyatının  hər  bir  sahəsinə  təsir  edir.  Ai-  lədaxili 

münasibətlərdən  tutmuş,  dövlət  orqanlannm  qarşılıqlı 

münasibətlərinə qədər ən müxtəlif məsələlərə toxunan hüquq, 

təbii ki, mürəkkəbləşir və bir növ ixtisaslaşır. 

Hüquq  sisteminin  vahidi  hüquq  normasıdır.  Hüquq 

normaları  hüququn  təsbiti  forması  olan  normativ  aktlarda 

cəmlənir  və  bunun  da  nəticəsində  qanunvericilik  sistemi 

əmələ  gəlir.  Aid  olduğu  məsələnin  xüsusiyyətləri  hüquq 

normasına  və  normativ  aktlara  da  keçir.  Hüquq  normaları 

özünün quruluşuna, reallıqda hərəkətinə (hüquqi qüvvəsinə), 

məzmununa  görə  bir-birindən  kəskin  fərqlənir.  Nəticədə 

hüququn  ayn-ayrı  münasibətlər  üzrə  «ixtisaslaşması»  ortaya 

çıxır,  son  nəticədə  isə  qanunvericilik  sisteminin  üfüqi 

münasibətləri yaranır. Yəni normalar bir-birindən əlaqələrinə 

görə nisbətən təcrid olunur, qruplaşır. Məsələn, ixtisaslaşma 

nəticəsində  konstitusiya  hüquq  norması  mülki  hüquq 

normasından daha çox, inzibati hüquq normasına yaxın olur, 

baxmayaraq  ki,  bir  sistemə  daxil  olduqlarından  onların 

arasında ümumi əlaqələr də mövcuddur. Hüquq normalarının 

bu cür müxtəlif münasibətlər üzrə qruplaşması hüquq sahəsini 

yaradır. Məlum olduğu ki 

— 19 — 



mi,  hüquq  sahəsi  özünün  predmetinə,  yəni  nizamladığı 

münasibətlərə görə digər sahələrdən fərqlənir. Eyni zamanda 

hər  bir  sahənin  özünün  tənzimləmə  metodu  olur.  Hüquqi 

nizamasalma metodu aşağıdakıları ehtiva edir: 

1)

 

münasibətdə olan subyektlərin hüquqi statusu



2)

 

hüquq və azadlıqların təsbiti qaydası; 



3)

 

pozulmuş hüquqların müdafiə üsullurı; 



4)

 

hüquqi 



instrumentariya, 

yəni 


normaların 

və 


münasibətlərin  qurulmasında  istifadə  olunan  hüquqi 

konstruksiyalar. Bütün bunlar hüquq sahəsinin müstəqilliyini 

şərtləndirir. 

Konstitusiya  hüququ  da  müəyyən  predmetə  və  metoda 

malikdir.  Bir  hüquq  sahəsi  kimi  konstitusiya  hüququ 

şəxsiyyətin,  dövlətin  və  cəmiyyətin  qarşılıqlı  əlaqələrini 

tənzimləyir.  Lakin  bu  ümumi  göstərişdir.  Bir  qədər  də 

dəqiqləşdirsək,  konstitusiya  hüququ 

müxtəlif  qrup 

münasibətləri tənzimləyir. Bunlara: 

-

 

cəmiyyətin və dövlətin sosial əsasları; 



-

 

dövlətin iqtisadi əsasları; 



-

 

dövlət  və  cəmiyyətdə  baş  verən  əsas  siyasi-hüquqi 



proseslər; 

-

 



bəzi  mənəvi  ideoloji  münasibətlər  (din,  təhsil  və  s.) 

aiddir. 


Bu  münasibətlərin  özləri  də  daha  kiçik  və  dəqiq  ya- 

nmqruplara  bölünür.  Bütün  bu  münasibətlərdə  dövlət  və 

dövlət  orqanları,  şəxsiyyət  və  onun  sosial  birlikləri  (siyasi 

partiyalar, qeyri-hökumət təşkilatları və s.), cəmiyyət iştirak 

edir.  Konstitusiya  hüququnda  bu  münasibətlər  aşağıdakı 

aspektdən nizamlanır: 



1)

 

dövlətin  təşkili  əsasları  -  əsas  dövlət  orqanları  və 

onlann təşkili, hakimiyyətin təşkili prinsipləri

— 20 — 



2)

 

şəxsiyyətin hüquqi stausunun əsasları - insanın ən əsas 

və mühüm hüquqları və vəzifələri

3)

 

yerli  özünüidarəetmə  -  eəmiyyətin  özünütəşkilatlan- 

dırmasmm əsasları; 

4)

 

xalq  hakimiyyəti  -  cəmiyyət  və  dövlət  arasında 

münasibətlər. 

Qeyd  etmək  lazımdır  ki,  konstitusiya  hüququ  bu 

münasibətləri  bütünlüklə,  tam  təfsilatı  ilə,  xırdalıqlarına 

qədər  nizamlamır.  O,  cəmiyyət,  dövlət  və  şəxsiyyət  üçün 

xüsusilə  vacib  olan  münasibətlərin  ən  əsas  tərəfini,  özəyini 

tənzimləyir,  yerdə  qalan  digər  bütün  münasibətlərin 

tənzimlənməsini  isə  başqa  hüquq  sahələrinin  öhdəsinə 

buraxır.  Bu  da  yalnız  konstitusiya  hüququna  xas  olan  əsas 

xüsusiyyətdir. Konstitusiya hüququ ən vacib münasibətlərin 

əsasını  tənzimləyir.  Odur  ki,  konstitusiya  hüquq 

münasibətləri  digər  münasibətlərdən  özünün  bilavasitə  hər 

hansı həyat sferasına aidiyyəti ilə deyil, çəkisi, əhəmiyyəti ilə 

fərqlənir. Belə ki, mülkiyyət iqtisadi sferaya, seçki hüququ və 

prosesi  isə  siyasi-hakimiyyət  sferasına  aiddir.  Bunları 

konstitusiya  hüququnda  birləşdirən  onlann  baza  (təməl) 

institut, əsas kateqoriya olmasıdır. Mülkiyyət iqtisadi sferanın 

və  mülki  hüququn  özəyini  təşkil  edir.  Seçki  hüququ  isə 

bilavasitə  konstitusiya  hüququnun  və  hakimiyyətin 

formalaşdınimasmm rişəsini, özəyini təşkil edir. Konstitusiya 

hüquq  münasibətləri  təsisatlandırıcı-təşkilati  xarakterlidir. 

Bütün  digər  hüquqi  kateqoriya  və  anlayışlar  məhz 

konstitusiyadakı 

konstruksiyaya 

uyğun 


gəlməlidir. 

Münasibətlərin  bu  cür  vacibliyi  konstitusiya  hüququ 

sahəsinin metodunun da məhz əsas etibarilə imperativ metod 

olmasına səbəb olmuşdur. Bu münasibətlər bütün cəmiyyətin 

və  dövlətin  mənafeyinə  aiddir. Bu  münasibətlər  şəxsiyyətin 

dövlətə münasibətdə yerini müəyyən etdiyindən, 

— 21 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə