Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə15/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   11   12   13   14   15   16   17   18   ...   237

ququnun,  belə  demək  mümkünsə,  ən  qlobal  subyektləridir. 

Xalq dövlətdən fərqli olaraq, bir neçə halda birbaşa subyekt 

kimi konstitusiya hüquq münasibətlərində çıxış edir. Buraya, 

adətən,  vətəndaşlar  toplusunun  iştirak  etdiyi  referendum, 

seçki  kimi  məsələlərlə  bağlı  hüquq  münasibətləri  aiddir. 

Bununla  yanaşı,  xalq  konstitusiya  hüququnun  ən  əsas 

subyektlərindən  biridir.  Xalq  hakimiyyəti  formalaşdırır  və 

bütün  digər  münasibətlər  də  onun  adından  və  onun  naminə 

həyata keçirilir. 

İnsanların  sosial  birlikləri  -  siyasi  partiyalar,  qeyri 

hökumət  təşkilatları,  həmkarlar  ittifaqları  və  digər  ictimai 

birliklər də konstitusiya hüququnun subyekti kimi çıxış edir 

və müəyyən xüsusiyyətlərə malikdirlər. Konstitusiya hüququ 

yalnız  bu  birliklərin  siyasi  tərəfini  və  ya  sosial-  siyasi 

tərəflərini,  dövlətlə  əlaqələrini  tənzimləyir.  Bu  ictimai 

birliklərin əmlak dövriyyəsində iştirakı və s. məsələlər artıq 

konstitusiya  hüququnun  deyil,  başqa  hüquq  sahələrinin 

predmetidir. 

Konstitusiya  hüquq  münasibətləri  müxtəlif  əsaslarla 

qruplaşdırılır.  Hüquq  münasibətinin  tərkib  ünsürlərinin 

müəyyənliyindən  asılı  olaraq,  konkret  hüquq  münasibətləri 

və  ümumi  xarakterli  hüquq  münasibətləri  fərqləndirilir. 

Konkret  hüquq  münasibətlərində  həm  subyektlər,  həm  də 

münasibətin  məzmunu  məlumdur.  Məsələn,  im-  piçmentlə 

bağlı  münasibətlərdə  subyektlər  (prezident.  Milli  Məclis, 

Konstitusiya Məhkəməsi, Ali Məhkəmə) və onların bir-birinə 

münasibətdə hüquqları və s. bəllidir. Bu münasibət konkretdir 

və subyektlərin davranışında hər hansı başqa vasitəyə ehtiyac 

olmadan  realizə  olunur.  Bundan  fərqli  olaraq,  ümumi 

xarakterli hüquq münasibətləri, adından da göründüyü kimi, 

ümumidir,  yəni  bu  münasibətlərin  subyekti  və  onların 

bir-birinə münasibət 



— 49 — 


də davranış imkanları və ya hüquq və vəzifələri bəlli deyildir. 

Məsələn,  «Azərbaycan  Respublikası  demokratik,  hüquqi, 

dünyəvi,  unitar  respublikadır»  müddəasından  irəli  gələn 

münasibətlərin  subyektini,  onların  hüquq  və  vəzifələrini 

dəqiq 

müəyyən 


etmək 

qeyri-mümkündür. 

Yaxud 

«hakimiyyətin  mənbəyi  xalqdır»  nonnasmda  subyekti  və 



onun  hüquq  və  vəzifələrini  zəruri  hüquq  münasibəti 

çərçivəsində  təhlil  aparmadan  müəyyənləşdirmək  çətindir. 

Ümumi  nizamlayıcı  münasibətlər,  adətən,  çoxsaylı  başqa 

hüquq münasibətləri çərçivəsində realizə olunur. Bunun üçün 

bütöv qanunvericilik sisteminin hazırlanması və tətbiqi tələb 

olunur.  Məsələn,  yalnız  hüquqi  dövlət  müddəasının  realizə 

edilməsi üçün demokratik qanunların qəbulu, bir çox hüquq 

müdafiə  mexanizmlərinin  tətbiqi,  insan  hüquq  və 

azadlıqlarının  müvafiq  şəkildə  qanunvericilikdə  təsbit 

edilməsi və başqa tədbirlər kompleksi tələb olunur. 

Bundan  başqa,  konstitusiya  hüquq  münasibətləri 

içərisində  daimi  vəziyyət  münasibətləri  fərqləndirilir.  Bu 

münasibətlər  ümumi  və  konkret  münasibətlər  arasında  bir 

növ  keçid  mövqeyindədir.  Adətən,  bu  münasibətlərin 

subyekti  bəllidir  (konkret  münasibətələrin  əlaməti),  lakin 

onların  qarşılıqlı  hüquq  və  vəzifələri  tam  bəlli  deyildir 

(ümumi xarakterli münasibətlərin əlaməti). Bu münasibətlər 

sabit şəkildə, dəyişmədən mövcud olur. Məsələn, vətəndaşlıq 

münasibətində  subyektlərin  vətəndaş  və  dövlət  olduğu 

bəllidir, lakin onlann bütün hüquq və vəzifələri tam şəkildə 

aydın  deyildir.  Şəxs  doğulduğu  andan  (hətta  ana  bətnində 

belə)  vətəndaşlıq  münasibətlərinin  subyektidir.  Yaxud 

qanunvericilik  sisteminin  formalaşdı-  nlması  ilə  əlaqədar 

bütün  subyektlər  bəllidir  (ancaq  dövlət  orqanları),  lakin 

onlann qanunvericilyin formalaşdınl- 

— 50 — 



ması  üzrə  bir-biriləri  qarşısında  hüquq  və  vəzifələri  tam 

tərkibdə aydın deyildir. 

Bundan əlavə, hüquqi nizamasalma mexanizmində yerinə 

yetirdiyi rola görə konstitusiya hüquq münasibətləri maddi və 

prosessual  münasibətələrə  bölünür.  Maddi  münasibətlər 

obyektlə bağlı davranış imkanının özünü ehtiva etdiyi halda, 

prosessual münasibətlər bu imkanın realizə olunma qaydasını 

təsbit  edir.  Yadda  saxlamaq  lazımdır  ki,  prosessual 

münasibətlər  həmişə  konkret  olur.  Bu  da  prosessual 

münasibətlərin  xüsusiyyətlərindən  irəli  gəlir.  Prosessual 

münasibətlərə  konstitusiya  icraatı  çərçivəsində  yaranan 

münasibətləri misal göstərmək olar. 

Konstitusiya  hüquq  münasibətləri  zaman  kəsiyində 

davam  etməsi  müddətinə  görə  daimi  və  müvəqqəti 

münasibətlərə  bölünür.  Daimi  münasibətlər  müxtəlif 

faktorların təsiri altında dəyişsə də, öz mahiyyətini itirmir və 

uzun  müddət  davam  edirlər.  Bu  münasibətlər,  bir  qayda 

olaraq,  baza  təşkil  edən  münasibətlərdir.  Məsələn, 

vətəndaşlıq  münasibəti  şəxs  doğulan  andan  yaranır  və  əgər 

şəxs  onu  dəyişməzsə,  ömrünün  sonuna  qədər  davam  edir, 

hətta  dəyişdiyi  halda  belə,  bir  başqa  dövlətlə  vətəndaşlıq 

münasibəti yaranır və bu münasibət şəxs ölənə qədər davam 

edir.  Bunun  əksinə,  müvəqqəti  münasibətlər  yalnız  konkret 

məsələlərlə bağlı olur və az müddət içərisində xitam olunur. 

Seçki  münasibətləri  buna  misal  ola  bilər.  Seçki  bitdikdən 

sonra  konkret  praktikada  yaranan  seçki  münasibətləri  də 

xitam olunur. Bu münasibətlər heç vaxt daimi olmur. 

Konstitusiya hüquq münasibətləri həm də mühafızəedi- ci 

və  nizamlayıcı  adı  ilə  iki  qrupa  bölünür.  Mühafızəedi-  ci 

münasibətlər  mövcud  obyektin  hüquqazidd  hərəkətlərdən 

qorunması ilə əlaqədar əmələ gələn münasibətlərdir. 

— 51 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə