Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə16/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   12   13   14   15   16   17   18   19   ...   237

Məsələn,  konstitusiyanın  6-cı  maddəsi  hakimiyyətin 

mənimsənilməsini  qadağan  edir.  Bu  normanın  tətbiqi  ilə 

əlaqədar 

yaranan 


münasibətlər 

mühafızəedici 

münasibətlərdir.  Mühafızəedici  normalar  göstərişlərə  riayət 

etmək  şəklində  realizə  olunur.  Nizamlayıcı  münasibətlər, 

əksinə,  subyektin  üzərinə  bilavasitə  müəyyən  vəzifələr 

qoyulması  və  subyektlərə  hüquq  verərək,  onları  aktiv 

hərəkətə  sövq  edən  və  onların  davranışını  müəyyən  etmək 

vasitəsilə  müəyyən  bir  məsələnin  qaydaya  salınması  ilə 

əlaqədar  meydana  gələn  münasibətlərdir.  Məsələn, 

hakimiyyət bölgüsü həyata keçirilərkən yaranan münasibətlər 

ni- zamlayıcı münasibətlərdir. 

Hüquq  münasibətləri  müəyyən  hüquqi  faktlar  əsasında 

yaranır, dəyişir və xitam olunur. Hüquqi faktlar konstitusiya 

hüququnda  kifayət  qədər  genişdir.  Buraya  konkret  həyati 

hallardan  tutmuş,  mücərrəd  anlayışlara  qədər  bir  çox 

kateqoriyalar  aiddir.  Məsələn,  vətəndaşlıq  bir  hüquqi  fakt 

kimi dövlət və şəxsin bir sıra münasibətlərini yaradır. Bu həm 

də  onu  göstərir  ki,  hüquqi  fakt  qismində  bütöv  hüquq 

münasibətinin  özü  də  çıxış  edə  bilər.  Bəzən  konstitusiya 

hüquq  münasibətinin  yaranması,  dəyişməsi  və  xitamı  bir 

deyil,  bir  neçə  hüquqi  faktın  baş  verməsini  tələb  edir. 

Məsələn,  şəxsin  naturalizasiya  qaydasında  Azərbaycan 

Respublikası  vətəndaşlığını  əldə  etməsi  üçün  Azərbaycan 

Respublikası  ərazisində  beş  ildən  artıq  daimi  yaşaması, 

Azərbaycan dilini bilməsi və qanunun nəzərdə tutduğu digər 

şərtlərə  cavab  verməsi  tələb  olunur.  Hüquqi  faktların  bu 

çoxluğu faktiki tərkib adlanır. 

— 52 — 



I I

 

B Ö L M Ə  

KONSTİTUSİYA NƏZƏRİYYƏSİ 

§ 1. Konstitusiyanın mahiyyəti haqqında 

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir 

tərəfdən insan və cəmiyyət arasında, digər tərəfdən isə insan 

və  dövlət  arasında  münasibətlərin  əsaslarını  nizamlayan 

hüquq normaları sistemidir. Bu hüquq normala- n bir və  ya 

bir  neçə  normativ  hüquqi  aktda  -  əsas  qanunlarda  eəmlənə 

bilər.  Həmin  normalar  çoxsaylı  normativ  hüquqi  aktlardan, 

eləcə  də  məhkəmə  presedentlərindən  və  konstitusiya 

adətlərindən ibarət ola bilər. 

Konstitusiya  maddi  mənada  özündə  yazılı  aktı,  aktlar 

məcmusunu  və  yaxud  Konstitusiya  adətlərini  təcəssüm 

etdirir.  Bu  da  ilk  növbədə  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarını  bəyan  edir  və  onlara  təminat  verir,  eləcə  də 

konstitusiya  quruluşunun  əsaslarını,  idarəetmə  formasını  və 

ərazi  quruluşunu,  mərkəzi  və  yerli  hakimiyyət  orqanlarının 

təşkili  əsaslarını,  onların  səlahiyyətlərini  və  qarşılıqlı 

münasibətlərini,  dövlət  rəmzlərini  və  ölkənin  paytaxtını 

müəyyən edir. 

Lakin  maddi  mənada  «konstitusiya»  termini  az  işlədilir. 

Əksər  hallarda  Konstitusiya  barədə  formal  mənada,  yəni 

digər qanunlara münasibətdə ali hüquqi qüvvəyə malik olan 

qanun və ya qanunlar toplusu kimi danışılır. Belə olan halda 

Konstitusiya bir növ qanunların ən ali səviyyəsinə yüksəlir. 

Konstitusiya  adi  qanunlann  dərc  olunduğu  qaydada 

dəyişdirilə bilməz, əksinə, ona uyğun gəlməyən qanunlar və 

digər  normativ  hüquqi  aktların  özündə  müvafiq 

dəyişikliklərin edilməsini tələb edir. 

— 53 — 



Konstitusiyanın maddi və formal mənada başa düşülməsi 

müəyyən  nisbət  təşkil  edir,  çünki  Konstitusiya  ölkənin 

Konstitusiya quruluşunun hüquqi əsasını  müəyyən edir. Bu 

nisbət özünü aşağıda göstərilən məsələdə də təzahür etdirir: 

bütün dövlətlər maddi mənada Konstitusiyaya malikdir, lakin 

heç də hər bir dövlətdə formal mənada Konstitusiya yoxdur. 

Böyük  Britaniya  Konstitusiyası  məhz  birinci  mənada 

mövcuddur.  Onun  normaları  mövcud  normaları  yaradanlar 

tərəfindən  məhz  yaradıldığı  qaydada  dəyişdirilə  bilər. 

Konstitusiyaya  maddi  mənada  yalnız  yuxarıda  göstərilən 

münasibətləri  tənzimləyən  hüquqi  normalar  aiddir.  Əksinə, 

konstitusiyalarda  formal  mənada  sanki  Konstitusiya 

səciyyəsinə  malik  olmayan  münasibətləri  tənzimləyən 

normalar da ola bilər. 

Demokratik  hüquqi  dövlətdə  Konstitusiya  nəinki 

dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi əks 

etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın 

və  vətəndaşın  əsas  hüquq  və  azadlıqlarını,  hakimiyyətin 

ictimai-siyasi  institutlarını  və  xalqın  özünüidarə  sistemini 

təsbit  edir,  vətəndaş  cəmiyyətinin  formalaşmasının  və 

inkişafının hüquqi əsası kimi çıxış edir. 

Konstitusiyanı  cəmiyyətin  mikromodeli,  hüquqi  nişanı 

kimi  təsəvvür  etmək  olar.  Məhz  onun  hüdudlarında  və 

əsasında  dövlət  hakimiyyəti  mexanizmi  fəaliyyət  göstərir, 

vətəndaşların  hüquq  və  azadlıqları  müdafiə  olunur,  ictimai 

inkişafın sahələri qabaqcadan müəyyənləşdirilir. 

Etiraf  etmək  lazımdır  ki.  Konstitusion  tənzimləmə 

vektoru  hər  halda  ictimai  həyata  deyil,  dövlət  həyatı 

istiqamətinə  daha  çox  meyllidir.  Axı  cəmiyyətin  həyat 

fəaliyyətinin əsaslarını, iqtisadi, sosial, mədəni həyatın bütün 

davranış  normalarını  Konstitusion  tənzimləmə  ilə  əhatə 

etmək çox çətindir. 



— 54 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə