kili forması kimi əsas forma yalnız bələdiyyələrdir.
Qanunvericilik sistemi əslində adından da göründüyü kimi,
geniş məsələləri əhatə edir. Burada dövlətin normativ hüquqi
aktlan arasındakı münasibətlər, o cümlədən norma-
laşdınlması mümkün olan ictimai münasibətlər sisteminə
qoyulan tələblər əks olunur. Dövlətlə cəmiyyətin əlaqədə
olduğu vasitələrdən biri də məhz qanunverilcilik sistemidir.
Çünki dövlətin və cəmiyyətin tələbləri yalnız normativ
hüquqi aktlar sistemində əks etdirildikdə, rəsmiləşdiril- dikdə
qarşı tərəf üçün hüquqi nəticələr doğura bilən məcburi hüquqi
öhdəliyə çevrilir. Burada təbii hüququn pozitiv hüquqa
çevrilməsi məsələləri əks olunur.
Hər bir konstitusiya hüquq institutu digəri ilə sıx
əlaqədədir. Onları təcrid etmək ancaq mənfi nəticələr verə
bilər. Bəzən bir prinsip bir neçə konstitusiya hüquq
institutunda müxtəlif şəkillərdə əks olunur. Məsələn,
hakimiyyət bölgüsü prinsipi yığcam şəkildə əsası müəyyən-
ləşdirilməklə konstitusion quruluşun əsasları institutunda əks
olunur. Eyni zamanda bu prinsip dövlət hakimiyyətinin
təşkili institutunda artıq inkişaf etdirilmiş və dəqiqləşdirilmiş
şəkildə dövlət orqanları arasında münasibətlər formasında
realizə olunur. Başqa bir misal: muxtariyyat özü
hakimiyyətin ərazi təşkili formasıdır, lakin hakimiyyətin
ərazi cəhətdən təşkili yerli, regional hakimiyyət orqanı ilə
mərkəzi hakimiyyət orqanı arasında əlaqələrin qurulmasında
təzahür etdiyindən, bu məsələ həm də hakimiyyət
orqanlarının təşkili məsələləri ilə sıx bağlıdır və onun
hakimiyyət bölgüsünə birbaşa aidiyyəti vardır. Hüquq
institutlarının bir-birindən fərqləri göstərilərkən müxtəlif
meyarlara istinad olunur. Buraya institutun hüquqi realizə
mexanizmi, münasibətlərdə işitirak edən subyekt
— 40 —
lər, funksiyalar, normaların xüsusiyyətləri və s. meyarlar aid
edilir.
Konstitusiya quruluşunun əsasları institutu ən əsas
institutdur. Burada xalq, dövlət və şəxsiyyət arasında qurulan
münasibətlərin hər üç subyektin hakimiyyətlə bağlı imkanları
müəyyənləşdirilir, dövlətin əsas əlamətləri (ərazi, əhali,
hakimiyyət və s.) və onların rejimi məsələsi həll olunur. Bu
institut bütün hüquq sisteminin təməlini təşkil edir. Bununla
belə, bu institut bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan
Respublikasında
konstitusiyada
əks
olunan
digər
normalardan özünün hüquqi qüvvəsinə görə fərqləndirilmir.
Bu institut bütün hüquq subyektlərinə və hüququn tətbiqi
praktikasına yönəlmişdir. O, konkret hüquq münasibətləri
yaratmır, bütün hüquq münasibətləri müstəvisində realizə
olunur. Daha çox norma prinsiplərdən, defmisiyalardan təşkil
olunan bu institut ən əsas hüquqi ideyaları rəsmiləşdirir,
dövlət və cəmiyyətin bir növ perspektivdə inkişaf
istiqamətlərini müəyyən edir.
İkinci institut şəxsiyyətin hüquqi statusunun əsaslarını,
insanın dövlətlə münasibətini, dövlətə görə fərdin
imkanlarının əsaslarını və dövlətin fərd qarşısında
öhdəliklərini müəyyən edir. Şəxsiyyətin hüquqi statusunun
əsası bütün sahə hüququ statuslarının fÖvqündə durur.
Şəxsiyyətin hüquqi statusunun əsaslarının bir hissəsi
vətəndaşlığından asılı olmayaraq hamıya aiddir. Bu institut da
ümumi hüquq münasibətləri yaradır, onlar isə konkret hüquq
münasibətləri vasitəsilə realizə olunur.
Dövlət hakimiyyətinin təşkili institutu dövlətin özünün
daxili təşkilatlanmasını ifadə edir. Bu institutun şəxsiyyətə və
onun hüquqi statusuna dolayısı ilə təsiri vardır. Onun
normaları dövlət orqanlarının hərəkətlərində, bilavasitə
konkret hüquq münasibətlərində realizə olunur. Burada ar
— 41 —
tıq əsas subyekt kimi dövlət orqanları çıxış edir. Bu institut
təkcə konstitusiyada əks olunan normalarla tənzimlənmir.
İcra hakimiyyətinin özünün daxili təşkilatlanması ilə bağlı
verdiyi bir çox hüquqi aktlar da buraya aiddir və daha çox
təşkilati məsələləri tənzimləyir.
Özünüidarəetmə ilə bağlı konstitusiya hüquq institutu
çərçivəsində münasibətlərdə daha çox konkret hüquq
normaları vasitəsilə nizamlanır. Burada artıq subyekt
qismində dövlət və ərazi kollektivləri çıxış edir. Bu institut
dövlət və cəmiyyət arasında keçid mövqe tutan bir sahəni
tənzimləyir. Ona görə də burada dövlətin məqsədyönlü təsiri
ilə yerli idarəetmənin muxtariyyatmm uzlaşdırılması məsələsi
mərkəzi yer tutur.
Qanunvericilik sisteminin subyekti, bir qayda olaraq,
dövlət orqanlarıdır. Bu institut çərçivəsində əmələ gələn
münasibətlər bir qədər özünəməxsusluğu ilə fərqlənir. Burada
birbaşa şəxsiyyət və ya dövlət orqanı arasındakı əlaqələrə
toxunulmur. Qanunvericilik sistemi hüququn özünü müəyyən
edən sistemdir və burada qoyulan tələblər bütün dövlət
orqanları üçün məcburidir. Qanunvericilik sistemi ilə bağlı
məsələlər, demək olar ki, yalnız konstitusiya ilə tənzimlənir
və digər institutlardan fərqli olaraq, özü konstitusiyanın
müdafiəsi vasitəsi kimi də çıxış edir.
Konstitusiya hüquq institutları dinamikdir, daim inkişaf
edir və dəyişir. Onların qanunvericilikdə və ayrı-ayn aktlarda
əks olunma səviyyəsi də eyni deyildir. Bəzi institutlar
konstitusiyada tam əks olunduğu halda (konstitusiya
quruluşunun əsaslan), digərləri yalnız qismən əks olunur
(yerli idarəetmə). Bir sıra institutlar əsasən qanun
səviyyəsində tənzimlənir (şəxsiyyətin hüquqi statusu),
bəziləri isə əksinə, daha çox qanunqüwəli aktlar hesabına
realizə
— 42 —
Dostları ilə paylaş: |