Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə10/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   6   7   8   9   10   11   12   13   ...   237

4}  Konstitusiya  hüquq  normaları  bir  çox  hallarda 

özünəməxsus  realizə  mexanizminə  malikdir.  Konstitusion 

normaların  bir  hissəsi  digər  hüquq  sahəsi  normalarında 

olduğu  kimi  bilavasitə  konkret  hüquq  normalarında  realizə 

edilmir.  Bu  cür  normaların  realizə  edilməsi  üçün  çoxmər- 

hələli  geniş  fəaliyyət  tələb  olunur.  Belə  normaların  bəziləri 

birbaşa dövlət quruluşu, ölkədə demokratiyanın səviyyəsi ilə 

bağlıdır. 

Məsələn, 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  4-cü  maddəsində  müəyyənləşdirilir  ki, 

xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa, heç kəsin 

xalqı  təmsil  etmək,  xalqın  adından  danışmaq  və  xalqın 

adından müraciət etmək hüququ yoxdur. Bu normanın realizə 

edilməsi  üçün  xalqı  təmsil  edən  orqan  yaradılmalı,  onun 

səlahiyyətləri müəyyənləşdirilməli, hansı hallann bu normaya 

zidd  olması  cinayət  qanunvericiliyi  ilə  müəyyən  edilməli, 

təmsilçilik  nəzəriyyəsi  işlənib  hazırlanmalı  və  praktikaya 

çevrilməlidir.  Bütün  bunlar  isə  çoxsaylı  tədbirlərin 

görülməsini tələb edir və konkret bir hüquq münasibəti ilə bu 

normanın göstərişlərini realizə etmək qeyri-mümkündür. 

5)

 

Konstitusiya  hüquq  normaları  həm  də  özünün  təsbi- 

tolunma mənbəyinə görə fərqlənir. Əsas konstitusiya hüquq 

normaları  Azərbaycan  Respublikasının  ali  hüquqi  qüvvəyə 

malik  aktında  -  Konstitusiyasında  öz  əksini  tapır.  Bu 

normalar  digər  konstitusiya  hüquq  normalarından  daha 

əhəmiyyətlidir, ona görə ki, burada ən əsas məsələlər tənzim 

olunur və bu normalar xalqın birbaşa iradəsinə söykənir. 

Konstitusiya  hüquq  normaları  özünün  məzmununa  görə 

də  bir-birindən  fərqlənir.  Bu  normalar  konstitusiya 

hüququnun predmetinə daxil olan ən müxtəlif münasibətləri 

nizamlayır. Normaları bu əsasla institutlar üzrə qruplaş- 



— 34 — 


dırmaq  olar.  Məsələn,  vətəndaşlıqla  bağlı  normalar, 

özünüidarəetmə ilə bağlı normalar və s. 



6)

 

Hüquq  normaları,  o  cümlədən  konstitusiya  hüquq 

normaları  özünün  hüquqi  qüvvəsinə  görə  də  fərqlənir.  Ən 

yüksək  hüquqi  qüvvəyə  malik  normalar  konstitusiyada  əks 

olunur.  Daha  sonra  qanunlarda  nəzərdə  tutulan  normalar 

gəlir.  Qanunqüwəli  aktlarda  nəzərdə  tutulan  normalar 

qanunlara zidd ola bilməz. 

7)

 

Göstərişin  xarakterinə  görə  konstitusiya  hüquq 

normaları  səlahiyyətverici,  məcburedici  və  qadağanedici 

normalara  bölünür.  Səlahiyyətverici  normalar  subyektə 

müəyyən  hərəkəti  etmək  imkanı  verən  normalardır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu, 94-cü və 

95-ci  maddələri  belə  normaya  misal  ola  bilər.  Məcburedici 

normalar  aktiv  şəkildə  müəyyən  davranış  aktını  həyata 

keçirməyi subyekt üçün öhdəlik kimi müəyyən edir. Subyekt 

normada  müəyyənləşdirilən  qaydanı  məcburən  həyata 

keçirməlidir.  Vətəndaşlann  konstitusion  vəzifələrinin  təsbit 

olunduğu  normalar  məcburedici  normalardır.  Qadağanedici 

normalar subyektə hər hansı hərəkəti etməyə imkan vermir və 

onu müvafiq hərəkəti etməyə deyil, etməməyə təhrik edir. Bu 

cür  normalara  qadağa  qoyulan  konkret  hərəkəti  etməməklə 

riayət  edilir.  Qadağa  qoyulan  hərəkəti  etməklə  subyekt 

normanın  göstərişini  pozmuş  olur.  Məsələn,  Azərbaycan 

Respublikası  Konstitusiyasının  6-cı  maddəsi  hakimiyyətin 

həyata keçirilməsi səlahiyyətinin mənimsənilməsini qadağan 

edir.  Hakimiyyəti  yalnız  sivil,  konstitusion  yolla  -  seçkilər 

yolu ilə əldə etmək olar. Hər hansı başqa şəkildə hakimiyyəti 

əldə etmək onu mənimsəmək hesab olunur. Belə əməllər isə 

6-cı  maddə  ilə  qadağan  olunduğuna  görə  subyektin 

qanunvericilikdə 



— 35 — 


nəzərdə tutulan məsuliyyətə cəlb  edilməsi  üçün hüquqi əsas 

olacaqdır. 



8)

 

Konstitusiya  hüquq  normaları  həm  də  göstərişlərinin 

subyektə  davranış  sərbəstliyi  verib-verməməsinə  görə 

fərqlənirlər.  Bu  əsasla  normalar  dispozitiv  və  imperativ 

normalara  bölünür.  İmperativ  normalar  subyektə  normada 

nəzərdə  tutulan  davranışla  bağlı  hər  hansı  bir  müstəqillik 

vermir və subyektin əlavə davranış variantını seçmək imkanı 

yoxdur. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 

145-ei  maddəsinin  III  hissəsində  birbaşa  müəyyən  edilir  ki, 

«yerli  vergilər  və  ödənişlərlə  bağlı  qərarlar  bələdiyyə 

üzvlərinin  üçdə  iki  səs  çoxluğu  ilə  qəbul  edilir».  Bu  norma 

birmənalı  olaraq  bələdiyyələr  üçün  yerli  ödənişlər  və 

vergilərlə  bağlı  qərarların  qəbulu  qaydasını  müəyyən  edir. 

Həmin  normadan  kənara  çıxmağa  və  öz  iradəsinə  müvafiq 

olaraq bələdiyyənin hər hansı əsasla yerli vergi və ödənişlərlə 

bağlı qərar qəbul etməsi artıq qeyri-hüquqi sayılır. Dispozitiv 

normalar  isə  əksinə,  subyektə  normada  nəzərdə  tutulan 

göstərişi  yerinə  yetirən  zaman  davranış  sərbəstliyi  verən 

normalardır. Adətən, belə normalarda ya davranışın bir neçə 

variantı  təsbit  edilir  və  subyekt  də  onlardan  birini  seçməyə 

haqlıdır,  ya  da  ümumiyyətlə,  normanın  müəyyən  etdiyi 

davranışı  həyata  keçirib-keçirməmək  məsələsi  subyektin  öz 

ixtiyarına  buraxılır.  Məsələn,  Azərbaycan  Respublikası 

Konstitusiyasının 62-ci maddəsi müəyyən edir ki, «hər kəsin 

onun  işinə  qanunla  müə

5

^ən  edilmiş  məhkəmədə  baxılması 



hüququ  vardır.  Şəxsin  razılığı  olmadan  onun  işinə  başqa 

məhkəmədə baxılmasına yol verilmir». Burada şəxsin razılığı 

məsələsi  onu  göstərir  ki,  bu  normanın  tətbiqi  dispozitiv 

xarakterlidir. Yəni norma subyektə müəyyən davra 



— 36 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə