Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə79/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

İrs

Varislər


Məsələ 2352: Qohumluq səbəbindən irs çatanlar üç qrupdur:

1. Meyitin atası, anası və övladları; övlad olmadıqda silsilə boyu övladın övladı (əlbəttə ki, onlardan meyitə daha yaxın olanı); nə qədər ki, bu qrupdan bir nəfər var, ikinci qrupa irs çatmır.

2. Meyitin atası, babası və silsilə boyu babalar; meyitin anası, nənəsi və yuxarı getdikcə nənələri (nənə həm ata, həm də ana tərəfindən ola bilər); bacı və qardaş, bacı və qardaş olmadıqda onların övladları, övladlarının övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, bu qrupdan bir nəfər var, üçüncü qrupa irs çatmır.

3. Əmi və bibi, dayı və xala, silsilə boyunca onların övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, əmi və bibi, dayı və xaladan biri sağsa onların övladlarına irs çatmır; onların övladları sağ ikən övladlarının övladlarına irs verilməz; amma bir istisna var: əgər meyyitin atadanbir əmisi, atadanbir əmisinin oğlu, anadanbir əmisinin oğlu varsa, atadanbir əmiyə irs çatmır, mal ata və anadanbir əminin oğluna verilir.

Məsələ 2353: Əgər meyitin öz əmisi, bibisi, dayısı və xalası, eləcə də onların övladları olmazsa, növbə meyitin ata-anasının əmisi, bibisi, dayısı və xalasına çatır. Onlar olmadıqda irs övladlarına verilər; övladlar da olmasa baba və nənənin əmisi, bibisi, dayısı və xalasına irs çatır; onlar da olmadıqda irs övladlarına verilir.

Məsələ 2354: Ər-arvad bir-birlərindən irs götürürlər; bu barədə növbəti məsələlərdə danışılacaq.

Birinci qrupun irsi


Məsələ 2355: Əgər meyitin varisi birinci qrupdan yeganə şəxs olarsa (məsələn, ata və ya ana, ya da bir oğul və ya bir qız) meyitin bütün malı ona çatır. Əgər bir neçə oğul və ya bir neçə qız olarsa, mal onlar arasında bərabər bölünür. Əgər həm qız, həm də oğlan övladlar varsa mal elə bölünər ki, oğlanlar iki, qızlar bir pay götürsün.

Məsələ 2356: Əgər meyitin varisi yalnız onun ata və anası olarsa, mal üç hissəyə bölünür. İki hissəsi ataya, bir hissəsi anaya verilir. Amma meyitin iki qardaşı və ya dörd bacısı, ya bir qardaş iki bacısı olarsa, bütün övladlar ata-anadan və atadanbir olduqda ana malın altıda birini götürür, qalan hissə ataya çatır.

Məsələ 2357: Əgər meyitin varisi yalnız ata, ana və bir qız olsa, mal beş yerə bölünür, ata və ananın hər biri bir pay, qız üç pay götürür. Meyitin atadanbir iki qardaşı, ya dörd bacısı, ya da bir qardaş və iki bacısı olarsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay, qız üç pay götürür. Qalan bir pay ata və qız arasında bölünür. Ehtiyat budur ki, onlar ikisi bölgüdə razılaşsın.

Məsələ 2358: Əgər meyitin varisi yalnız ata və ana, bir oğul olsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay götürür, oğula dörd pay çatır. Əgər bir neçə oğul və ya qız olarsa, qalan dörd hissə onlar arasında bərabər bölünür. Əgər həm oğul, həm də qız olsa, mal elə bölünür ki, hər oğul qıza münasibətdə iki pay götürsün.

Məsələ 2359: Əgər meyitin varisi yalnız ata və bir oğul, ya da ana və bir oğul olarsa, mal altı hissəyə bölünür, bir pay ata və anaya, beş pay oğula düşür.

Məsələ 2360: Əgər meyitin varisi yalnız ata, ya da oğul və qızla ana olsa, mal altı hissəyə bölünür, bir pay ata və ana götürür, qalan beş pay oğula iki, qıza bir pay verməklə bölünür.

Məsələ 2361: Əgər meyitin varisi yalnız ata və bir qız, ya ana və bir qız olarsa, mal dörd hissəyə bölünür, bir pay ata və ya anaya, üç pay qıza verilir.

Məsələ 2362: Əgər meyitin varisi ata və bir neçə qız, ya da ana və bir neçə qız olarsa, mal beş hissəyə bölünür, bir pay ata və ya anaya düşür, qalan dörd pay qızlar arasında bərabər bölünür.

Məsələ 2363: Əgər meyitin övladı olmasa onun oğul nəvəsi (nəvə qız olsa belə) meyitin oğluna düşəcək payı götürür. Qız nəvəyə isə (nəvə oğlan olsa belə) meyitin qızının payı verilir.

İkinci qrupun irsi


Məsələ 2364: Meyitdən qohumluq vasitəsi ilə irs götürən ikinci qrupa baba, nənə, qardaş və bacı daxildir. Meyitin qardaşı və bacısı olmasa, övladları onların payını alır. Bu qrupa o zaman irs düşür ki, əvvəlki qrupdan kimsə olmasın.

Məsələ 2365: Əgər varis bir qardaş və ya bir bacı olsa, bütün mal ona çatır. Əgər varis ata-anadanbir bir neçə qardaş və ya bir neçə bacısa, bütün mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaş, həm də bacı olsa, hər qardaşa bacılara münasibətdə iki pay verilir.

Məsələ 2366: Ata-anadanbir qardaş və bacı olduqda yalnız atadanbir qardaş və bacıya irs çatmır. Amma ata-anadanbir qardaş və bacı olmadıqda atadanbir bir bacı və ya bir qardaş olarsa, bütün irs ona çatar. Əgər atadanbir qardaş və ya bacı bir neçə nəfərsə, mal onlar arasında bərabər bölünür. Əgər atadanbir qardaşla yanaşı atadanbir bacı da varsa, qardaş bacıya münasibətdə iki pay götürür.

Məsələ 2367: Əgər varis yalnız anadanbir bir bacı və ya bir qardaş olsa, ata tərəfdən meyitdən ayrı olan bu adamlar bütün mala sahib olur. Əgər anadanbir bir neçə qardaş və ya bir neçə bacı varsa, ya bir neçə qardaş və bacı varsa, istənilən halda mal onlar arasında bərabər bölünür.

Məsələ 2368: Əgər varis ata-anadanbir qardaş və bacı, atadanbir qardaş və bacı, anadanbir bir qardaş və bir bacı olarsa, atadanbir qardaş və bacıya irs çatmır. Mal altı hissəyə bölünür, bir pay anadanbir qardaş və ya bacıya, qalan hissə ata-anadanbir qardaş və bacıya verilir. Qardaşlar bacıya münasibətdə iki pay götürür. Amma anadanbir qardaş və ya bacı birdən artıq olarsa, mal üç hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünür, iki pay ata-anadanbir qardaş və bacıya verilir. Hər qardaş iki, bacı isə bir pay götürür.

Məsələ 2369: Əgər varis yalnız atadanbir qardaş və bacı, anadanbir bir qardaş və ya bir bacı olsa, mal altı hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacıya verilir, yerdə qalan beş pay atadanbir qardaş və bacıya çatır. Hər qardaş bacı ilə müqayisədə iki pay götürür.

Məsələ 2370: Əgər varis yalnız atadanbir qardaş və bacı, anadanbir iki və ya bir neçə qardaş və bacı olarsa, mal üç hissəyə bölünər. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünər, iki pay atadanbir qardaş və bacıya çatar. Qardaş bacı ilə müqayisədə iki pay götürər.

Məsələ 2371: Əgər varis təkcə qardaş, bacı və zövcə olarsa, zövcə qarşıda ətraflı şəkildə bəyan olunacaq məsələ əsasında irs alar. Bacı və qardaş ötən məsələlərdə deyildiyi kimi irs götürər. Amma zövcə və ər irs götürdüyü üçün anadanbir qardaş və bacının payı azalmaz. Amma ata-anadanbir və atadanbir qardaş və bacının payı azalar. Məsələn, əgər varis ər, qardaş, anadanbir bacı, ata-anadanbir qardaş və bacı olarsa, malın yarısı ərə çatar, bütün malın üçdə biri anadanbir qardaş və bacıya verilər, qalan hissə ata-anadanbir qardaş və bacının payıdır. Məsələn, əgər bütün mal 6 min manat məbləğ olarsa, 3 min manatı ərə, 2 min manat anadanbir qardaş və bacıya, min manat ata-anadanbir qardaş və bacıya verilər.

Məsələ 2372: Meyitin bacı və qardaşı olmasa, onların payı övladlarına verilər. Anadanbir qardaş və bacının övladlarının payı onlar arasında bərabər bölünür. Atadanbir və ya ata-anadanbir qardaş və bacı övladlarının payı oğlanlara iki, qızlara bir pay verməklə ödənir. Amma əgər atadanbir və ya ata-anadanbir qardaş övladları eyni bir qardaşdan olarsa, ehtiyat budur ki, oğul və qız arasında pay bölgüsü razılaşdırılsın.

Məsələ 2373: Əgər varis təkcə bir baba və ya bir nənə olarsa, ata və ya ana tərəfindən olmasından asılı olmayaraq bütün mal ona verilər. Meyitin babası olduqda onun babasının atasına irs düşməz.

Məsələ 2374: Əgər varis təkcə ata tərəfdən baba və nənə olarsa, mal üç hissəyə bölünər, iki hissə babaya, bir hissə nənəyə verilər. Əgər baba və nənə ana tərəfdən olarsa, mal onlar arasında bərabər bölünər.

Məsələ 2375: Əgər varis ata tərəfdən təkcə bir baba və ya nənə, ana tərəfdən bir baba və ya nənə olarsa, mal üç hissəyə bölünər, iki hissə ata tərəfdən baba və ya nənəyə, bir hissə ana tərəfdən baba və ya nənəyə verilər.

Məsələ 2376: Əgər varis ata tərəfdən baba və nənə, ana tərəfdən baba və nənə olsa, mal üç hissəyə bölünər, bir hissə ana tərəfdən baba və nənə arasında bərabər bölünər, o biri iki hissə ata tərəfdən baba və nənəyə verilər. Baba iki pay, nənə bir pay götürər.

Məsələ 2377: Əgər varis təkcə zövcə ya ər, ata tərəfindən baba və nənə, ana tərəfindən baba və nənə olarsa, zövcə və ər gələcəkdə deyiləcək şəkildə irs götürür. Əsas malın üçdə biri ana tərəfindən baba və nənəyə verilir. Onlar bunu öz aralarında bərabər bölürlər. Qalan hissə ata tərəfindən baba və nənəyə çatır. Baba iki pay, nənə bir pay götürür.

Məsələ 2378: Əgər varis ana tərəfindən baba və ya nənə (ya da hər ikisi), ana tərəfindən qardaşlar olarsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar malı öz aralarında bərabər bölürlər. Əgər varis ata tərəfindən baba və nənə, atadanbir (ya ata-anadanbir) qardaşlar olsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar irsi öz aralarında bərabər bölürlər. Kişi iki pay, qadın bir pay götürür.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə