Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   23   24   25   26   27   28   29   30   31

 
95
sonra isə Azərbaycan Politexnik İnstitutunda komsomol 
komitəsinin katibi və on minlərlə  tələbəsi olan Bakı  şəhərində 
Tələbə Şurasının sədri seçilmişdir.  
26 Bakı komissarı rayonuna rəhbərlik edən H.Həsənov işə 
dinamizm gətirmişdir. Topladıqları bilikləri az sonra 
Sumqayıtda da tətbiq etmişdir. Respublikada əsaslı tikinti 
işlərinə  rəhbərlik edərək onu sistemli şəklə salmış, Nazirlər 
Sovetinin sədri olaraq, bu vəzifəni  ənənəvi təsərrüfat 
funksiyalarından siyasi sahəyə çevirmişdir. 
Tiflisdə müsəlman məscidlərinin dağılmasının  şahidi 
olmuş  və «qisas almağa» and içmişdir. O, sovet sistemi 
şəraitində  Allaha inanmışdır. O, Azərbaycan Kommunist 
Partiyası Kirovabad şəhər komitəsinin birinci katibi olarkən 
məscidləri, dini yerləri təmir və  bərpa etməyə başlamış, nəinki 
vəzifəsini, hətta cəmiyyətdə yerini itirmək təhlükəsi altında 
olduqda belə, bu işini növbəti vəzifələrində  də davam 
etdirmişdir. Ağır kommunist rejimi şəraitində  məscidlərin 
bərpası  və  İslam dininin qorunmasında xüsusi xidmətləri 
olmuşdur. O, Məkkə  və  Mədinəni ziyarət etmiş ilk kommunist 
olmuş, müqəddəs «Kəəbə»də dua oxumuş, Məşhəddə  İmam 
Rzanın məzarında olmuşdur. O, Azərbaycan milli hərəkatının 
lideri, dahi şəxsiyyət, sovet rejiminin düşməni olan Müsavat 
Partiyasının başkanı, adının çəkilməsi bir çox onilliklər qadağan 
edilmiş    M.Rəsulzadənin qəbrini ziyarət etmiş SSRİ  və 
Sov.İKP-nin birinci azərbaycanlı siyasətçisi olmuşdur.  
H.Həsənov azərbaycanlıların milli özünüdərkinin və milli 
birliyinin möhkəmləndirilməsinə, tarixi və  mədəni irsinin 
dirçəldilməsinə böyük töhfə vermişdir. Onun şəxsi təşəbbüsü və 
köməyi ilə «Azərbaycan renessansının problemləri» adlı toplusu 
tərtib edilmiş  və  işıq üzü görmüşdür. O, Tiflis şəhərində 
Azərbaycan icmasının yaşadığı ərazidə Mirzə Fətəli Axundovun 
heykəlinin və ev-muzeyinin açılması istiqamətində çoxlu iş 
görmüşdür. 


 
96
H.Həsənovun Gəncə  şəhərindəki fəaliyyəti  şəhər tarixinə 
renessans dövrü kimi daxil olmuşdur.  Şəhərin tarixi imicinin 
bərpası istiqamətində xüsusi xidmətlərinə görə onu «Gəncənin 
bərpasının müəllifi» kimi tanımış, fəal inşaat və tikinti işlərinə 
görə xalq arasında məhəbbətlə «kərpic Həsən» adlandırmışlar. 
O, Gəncə  şəhərinin adının bərpasının müəllifi və  təşəbbüskarı 
olmuşdur. H.Həsənov Yeni Gəncə yaşayış  məskəninin 
yaradılması ideyasının müəllifi və  təşəbbüskarı, Yeni Gəncədə 
mərkəzi prospektin, iri memorial parkın və onun memarlıq-
landşaft plan quruluşunun və  Gənclər sarayı memarlığının, 
parkda onlarla monumental heykəlin, xüsusilə  Məhsəti, Mirzə 
Şəfi Vazeh, Üzeyir Hacıbəyov, Bül-Bül, Səməd Vurğun, Nizami 
və b.-nın heykəllərinin qoyulmasının təşəbbüsçüsü və  rəhbəri 
olmuşdur.  Əvvəlcə  şəhərin bir hissəsini Yeni Gəncə 
adlandırmış, bir ildən sonra isə ümumiyyətlə, rayonun adının 
rəsmi surətdə  Gəncə adlandırılmasına nail olmuş  və böyük 
dəstək almışdır. Ağır sovet rejimi şəraitində yüksək vəzifələrdə 
çalışmasına baxmayaraq, adamların 
şüurunda Böyük 
Azərbaycansevər, Millətsevər və Qurucu olaraq qalmışdır. 
Bütün fəaliyyətinin başlıca mənası Azərbaycan xalqına xidmət 
olmuşdur. 
H.Həsənov SSRİ  tərkibində Azərbaycanın sonuncu baş 
naziri və müstəqil Azərbaycanın ilk baş naziri olmuşdur. Onun 
Türkiyənin baş naziri Məsud Yılmaz, prezidenti Turqut Özal və 
parlament çoxluğunun lideri Süleyman Dəmirəllə danışıqlarının 
nəticəsində 1991-ci il noyabrın 9-da Türkiyə  hələ SSRİ-nin 
mövcud olduğu bir dövrdə Azərbaycan Respublikasının dövlət 
müstəqilliyini tanımışdır. 
O, Azərbaycanda cəmiyyətin yenidən qurulması  və 
demokratikləşməsi istiqamətində bir çox qanun, qərar və 
qətnamələrin işlənib hazırlanması  və  həyata keçirilməsində 
iştirak etmişdir. Azərbaycanda çoxpartiyalı sistemin 
formalaşmasının başlanğıcı olan siyasi təşkilat və cəmiyyətlərin 
qeydiyyatdan keçirilməsində 
qərarlar qəbul etmişdir. 


 
97
Azərbaycan Respublikası dövlət quruluşunun postittifaq 
konsepsiyasının müəlliflərindən biridir. SSRİ-nin rəhbərləri 
Mixail Qorbaçov və Nikolay Rıjkov ilə çoxsaylı görüşləri 
olmuşdur. 
Azərbaycanın azad bazar iqtisadiyyatına keçirilməsi 
konsepsiyasının əsasını qoyanlardan və təşəbbüskarlarından biri 
olmuşdur. Parlamentə onun rəhbərliyi altında qanun 
layihələrinin toplusu təqdim edilmişdir. Azərbaycanın birbaşa 
xarici iqtisadi əlaqələrının  əsasını qoymuşdur. Azərbaycanda 
bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 
1991-ci ildə keçirilən iri beynəlxalq Biznes konqresin ideoloqu 
və  təşkilatçısı olmuşdur. Biznes konqresdə dünyanın 48 
ölkəsinin 450 kompaniyasından 750 biznesmen iştirak etmişdir.  
Türkiyə prezidenti Turqut Ozal ilə birbaşa danışıqların 
nəticəsində  hələ 1990-cı ilin sentyabrında Qara dəniz  İqtisadi 
Əməkdaşlığı təşkilatının təsisçi ölkələri siyahısına Azərbaycanın 
daxil edilməsi barədə prinsipial razılıq əldə edilmişdir.  
SSRİ  tərkibində olmasına baxmayaraq, Azərbaycanın 
birbaşa beynəlxalq  əlaqələrini fəal inkişaf etdirməyin tərəfdarı 
olmuşdur. Azərbaycan Respublikasının Avstraliya, İtaliya, 
Türkiyə, İran, Belçika, Yəmən və Səudiyyə Ərəbistanına, SSRİ-
nin keçmiş respublikalarına – yeni müstəqil dövlətlərə getmiş 
hökumət nümayəndə heyətlərinə rəhbərlik etmişdir. O, bu dövlət 
və hökumətlərin başçıları ilə görüşmüş Azərbaycanın ilk dövlət 
nümayəndəsi olmuşdur. Mərkəzi Asiya ölkələrinin dövlət 
başçılarının Daşkənd görüşündə Azərbaycanın nümayəndə 
heyətinə rəhbərlik etmişdir. H.Həsənova müştərək kommyunike 
imzalamaq səlahiyyəti verilmişdir. Bu səfərlərin gedişində 
Azərbaycanın müstəqillik tarixində ilk beynəlxalq müqavilələr 
bağlanmışdır.  
1990-cı ilin sentyabrında türk dövlət və hökumət başçıları 
ilə danışıqlar aparmış, bunların nəticəsi olaraq birbaşa aviasiya, 
dəniz və avtomobil reyslərinin, telefon əlaqələri və birbaşa 
televiziya proqramlarının açılması, Naxçıvanda Azərbaycanın 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə