Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   21   22   23   24   25   26   27   28   ...   31


 
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər 
sistemində (1991-1995-ci illər). 
Bakı, 1996. 
 
 
85
Tofiq Məsim oğlu Qasımov 
may 1992 - 26 iyun 1993 
 
Azərbaycan xalqının XX əsrin 
sonlarında apardığı müstəqillik uğrun-
da mübarizənin rəhbərlərindən, Azər-
baycan Xalq Cəbhəsinin yaradıcıların-
dan biri T.Qasımov olmuşdur. 
Tofiq Məsim oğlu Qasımov 
1938-ci il aprelin 10-da Azərbaycan Respublikası  Ağdaş 
rayonunun Ləki kəndində anadan olmuşdur. O, 1955-ci ildə 22 
№-li Ağstafa dəmiryol orta məktəbini bitirmişdir. 1955-ci ildə 
Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə 
daxil olmuş  və 1960-cı ildə  həmin Universitetin fizika 
fakültəsini nəzəri fizika ixtisası üzrə bitirmiş, təyinat  əsasında 
Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika 
İnstitutunda işə başlamışdır. Orta məktəbdə  və Universitetdə 
dərs  əlaçısı, Universitetdə Stalin təqaüdçüsü olmuşdur. 
Aspiranturanı Leninqrad şəhərində A.F.İoffe adına Fizika-
Texnika 
İnstitutunda «Bərk cisimlərin nəzəriyyəsi» 
laboratoriyasında bitirmişdir. 1969-cu ilin aprel ayında 
Leninqrad 
şəhərində SSRİ Elmlər Akademiyasının 
Yarımkeçiricilər  İnstitutunda namizədlik dissertasiyası müdafiə 
edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini 
almışdır. 
Elmi rəhbərliyi altında Fizika İnstitutunda üç namizədlik, 
bir doktorluq dissertasiyası müdafiə edilmişdir. 25 ümumittifaq 
və beynəlxalq elmi konfransda elmi məruzələrlə çıxış etmişdir. 
100 elmi məqalənin müəllifidir. Onlardan 20-si Azərbaycanda, 
80-i isə xarici jurnallarda çap olunmuşdur. 1987-ci ildən siyasi 


 
86
fəaliyyətə başlamışdır. Elmlər Akademiyasının bir qrup 
əməkdaşı ilə birlikdə  əvvəlcə “Bakı Alimlər Klubu”nu 
yaratmışdır. Onun və digər qurumların  əsasında sonradan 
Azərbaycan Xalq Cəbhəsi təşkil edilmişdir. AXC-nin Təşəbbüs 
qrupunun və ilk idarə heyətlərinin üzvü, sədrin xarici əlaqələr 
üzrə müavini, AXC Məclisinin üzvü olmuşdur. 1989-cu ildən 
başlayaraq deputatlarla iş aparmaq üçün dəfələrlə Moskvaya 
SSRİ Ali Sovetinin sessiyalarına ezam olunmuşdur. Baltik 
ölkələri xalq cəbhələri, Rusiya, Ukrayna və Belorusiya xalq 
hərəkatlarının nümayəndələri və xalq deputatları ilə  sıx  əlaqə 
saxlamışdır. Müstəqil Litva Ali Məclisinin 1-ci sessiyasında 
çıxış etmiş və AXC adından müstəqillik gününü təbrik etmişdir. 
Litva Xalq hərəkatı  “Saydis”in qurultayının iştirakçısı 
olmuşdur. 
Moskvada demokratik hərəkat və təşkilatlarının birləşdiyi 
“Qrajdanskoe deystvie” (Vətəndaş  hərəkatı) təşkilatının Ali 
Şurasının üzvü seçilmişdir. 1990-cı ilin iyun ayında Praqada 
“Demokratiya i nezavisimost” (Demokratiya və müstəqillik) 
beynəlxalq təşkilatının konqresində  İdarə Heyətinə üzv 
seçilmişdir. Moskvada Kremlin “Manej” meydanında keçirilən 
antikommunist mitinqlərində  dəfələrlə  iştirak etmiş  və nitq  
söyləmişdir.  
1990-cı ilin fevral ayında Moskvaya ezam edilmiş    və 
100-dən artıq xarici agentlik nümayəndələri və müxbirlərlə 
görüş keçirərək 20 yanvar qırğını barədə geniş məlumat vermiş, 
Qorbaçov başda olmaqla SSRİ  rəhbərliyinin cinayətkar 
olduğunu dünyaya bəyan etmişdir. Azərbaycan Respublikası Ali 
Sovetində 23 sentyabr 1989-cu ildə qəbul edilmiş “Azərbaycan 
Respublikasının Suverenliyi haqqında Konstitusiya Qanunu”nun 
müzakirəyə  çıxarılmasının təşəbbüskarlarından olmuş, onun 
hazırlanmasında Xalq Cəbhəsini təmsil etmiş, fəal iştirak etmiş 
və həmin qanunu Ali Sovetə təqdim etmək də ona tapşırılmışdır. 
«QKÇP» dövründə Rusiya Federasiyası Ali Sovetində  və 
demokratik təşkilatlarla iş aparmaq üçün Moskvaya ezam 


 
87
edilmiş və danışıqlar aparmışdır. AXC-də «QKÇP»-ni qanunsuz 
dövlət çevrilişi cəhdi kimi pisləyən bəyanatın qəbul edilməsinin 
təşəbbüskarlarından olmuşdur. 
1991-ci ilin fevral ayında Azərbaycan Respublikası Ali 
Sovetində yaradılmış “Müstəqil Azərbaycan” deputat blokunun 
sədrlərindən biri idi. Əvvəllər Azərbaycan Respublikası Ali 
Sovetinin Dövlət Quruculuğu komissiyasının üzvü, sonra isə 
sədri olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 
yaradılması ilə Dövlət Quruculuğu və Hüquq Siyasəti 
komissiyasının sədri seçilmişdir. 
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının 
dövlət müstəqilliyinin elan edilməsinin təşəbbüskarlarından və 
Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya 
aktının müəlliflərindən biridir. 
1992-ci ilin may ayında Azərbaycan Respublikası 
prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respubli-
kası Ali Sovetinin sədri, ölkənin ilk qeyri-kommunist rəhbəri İsa 
Qəmbərin fərmanı ilə xarici işlər naziri təyin edilmiş və 1993-cü 
ilin iyunun 26-dək bu vəzifədə çalışmışdır. Bu müddətdə 
Azərbaycanın 150-yə yaxın xarici ölkə ilə diplomatik əlaqələri 
qurulmuş, bəzi böyük dövlətlərin Azərbaycanda, Azərbaycanın 
bu dövlətlərdə səfirlikləri açılmışdır. Diplomatik dərəcələrə dair 
qanunlar qəbul edilmişdir. 
1994-cü il mayın 31-dək Milli Məclisin Dövlət 
Quruculuğu və Hüquq Siyasəti komissiyasının sədri vəzifəsini 
aparmışdır. Mayın 31-də Azərbaycan Respublikası Milli 
Məclisinin üzvlüyündən azad edilmişdir. 1995-ci il parlament 
seçkilərinədək Azərbaycan Respublikasının millət vəkili olaraq 
qalmışdır. 1995-ci ilin avqustundan Müsavat Partiyası 
Məclisinin və Divanının üzvü olmuşdur.  
Xarici işlər naziri işlədiyi müddətdə Azərbaycanın MDB-
yə daxil olmaması haqqında Milli Məclisin qərar verməsinə, 
Qəbələ Radiolokasiya Stansiyasının bağlanması haqqında qərar 
vermək məqsədilə komissiya yaradılmasına baxmayaraq, Rusiya 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə