Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 
69

 
Azərbaycan Respublikası Dövlət Arxivi, f. 28, s.1,iş 1; f. 
411, s.4, iş 43. 

 
Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. 
Bakı, 1958. 

 
Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. Bakı, 
1964. 

 
Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 
«Azərbaycan gəncləri» qəzeti, 1984, 26 aprel, №50. 

 
Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. Bakı, 
1986. 

 
Azərbaycan Sovet Ensiklopediyası. C.X. Bakı, 1987. 

 
«Bakinskiy raboçiy» qəzeti, 1921, 8 may, № 102, 13 may, 
№107;20 may, №113; 23 may, №115. 

 
«Kommunist» qəzeti, 1920, 16 avqust №89;6 oktyabr, 
№130. 

 
İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist 
inqilabının  qələbəsi, Bakı, 1970. 

 
Qasımov M. Azərbaycan-Türkiyə diplomatik – siyasi 
münasibətləri (aprel 1920-ci il - dekabr 1922-ci il). Bakı, 
1998. 

 
Qasımov M. Xarici dövlətlər və Azərbaycan (aprel 
işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi 
münasibətlər). Bakı, 1998. 

 
Nariman Narimanov. İzbrannıe proizvedeniə. 
T.2.Baku,1989. 
 
 
 
 
 


 
 
70
Mahmud İsmayıl oğlu Əliyev 
noyabr 1943 – sentyabr 1944 
SSRİ xalq xarici işlər  
komissarının müavini 
sentyabr 1944 – 24 sentyabr 1958 
 
Azərbaycanın görkəmli diplo-
matlarından söz düşdükdə Mahmud 
Əliyevin adı böyük hörmətlə çəkilir.  
Mahmud  İsmayıl oğlu  Əliyev 
1908-ci ildə Bakı  şəhərində qulluqçu 
ailəsində anadan olmuşdur. O, 1926-cı ildə Bakıda orta məktəbi
1931-ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə 
fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən 
əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 
1931-1936-cı illərdə  Kəlbəcər və  Cəbrayıl rayonlarında 
poliklinika müdiri, rayon xəstəxanasının baş  həkimi, rayon 
səhiyyə  şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış  və özünü 
bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl 
rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi 
Rəyasət Heyətinin üzvü olmuşdur. 
1932-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd 
qoşunlarının birində həkim işləmişdir. 
1936-cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi 
iş üçün rayondan çağırılmışdır. 
1936-1938-ci illərdə Azərbaycan Tibb İnstitutunun 
aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə 
Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı 
səhiyyə  şöbəsinin müdiri olmuşdur. 1937-ci ildə Naxçıvan 
MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk 
seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir. 
1938-1943-cü illərdə M.Əliyev Azərbaycan Tibb 
İnstitutunun rəhbəri işləmişdir. O, bu vəzifədə elmi-tədqiqat, 


 
71
tələbələr arasında tərbiyə  işinin və  təhsilin keyfiyyətinin 
yüksəlməsi sahəsinə böyük diqqət vermişdir. 
M.Əliyev 1943-1944-cü illərdə Azərbaycan K(b)P MK-
nın ali və orta məktəblər  şöbəsinə başçılıq etmiş  və SSRİ xalq 
xarici işlər komissarının müavini vəzifəsində işləmişdir. 
1944-cü il yanvarın 28-dən fevralın 1-dək keçirilmiş SSRİ 
Ali Sovetinin X sessiyasının  qəbul etdiyi qanunlara əsasən 
xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri 
daha da genişləndirmək və artırmaq məqsədi ilə müttəfiq 
respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil edilməyə 
başlandı. Bu dövrdə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı 
yaradılmış  və onun ilk komissarı M.Əliyev təyin edilmişdir. 
M.Əliyev ömrünün son gününə kimi Azərbaycan SSR xarici 
işlər naziri vəzifəsində çalışmışdır. O, bu vəzifədə Azərbaycan 
Respublikasının səlahiyyətli nümayəndəsi kimi bir sıra ölkələrlə 
iqtisadi və  mədəni  əlaqələrin yaradılmasında, beynəlxalq  
toplantı  və müşavirələrdə SSRİ nümayəndə heyətlərinin 
tərkibində iştirak etmişdir. 
Lakin bu illərdə Xarici İşlər Nazirliyi yalnız formal olaraq 
fəaliyyət göstərmiş, demək olar ki, real səlahiyyətləri olmamış-
dır. 
M.Əliyev Azərbaycan xarici işlər naziri olmaqla yanaşı 
1950-1953-cü illərdə Azərbaycan SSR səhiyyə naziri, 1953-
1958-ci illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə 
İnstitutunun direktoru olmuşdur. O, Azərbaycanda səhiyyə 
işinin təşkili, yeni-yeni xəstəxana, poliklinika və s. səhiyyə 
ocaqlarının açılması, onların bilikli və bacarıqlı kadrlarla təmin 
edilməsi və  gənc həkimlərin bilik və  təcrübəsinin artırılması 
sahəsində xeyli iş görmüşdür. 
M.Əliyev tutduğu vəzifədən asılı olmayaraq xalqına 
namusla, vicdanla və  təmənnasız xidmət etmiş, bütün bilik və 
bacarığını, qüvvəsini Azərbaycanın daha da tərəqqisi və səadəti 
üçün sərf etmişdir. Özünü bacarıqlı, mədəni və qayğıkeş rəhbər 
kimi göstərmişdir. 


 
72
M.Əliyev xidmətlərinə görə  Qırmızı  Əmək Bayrağı 
ordeni, iki dəfə Şərəf nişanı ordeni və müxtəlif medallarla təltif 
edilmişdir. 
Ona eyni zamanda Fövqəladə  və  Səlahiyyətli səfir 
dərəcəsi və Azərbaycanın əməkdar həkimi fəxri adı verilmişdir. 
M.Əliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali 
Sovetinin deputatı, plenum, konfrans, qurultay və sessiyaların 
nümayəndəsi olmuşdur. 
M.Əliyev 1958-ci il sentyabrın 24-də Bakı şəhərində vəfat 
etmiş və Fəxri xiyabanda dəfn edilmişdir. 
 
 
*** 
 

 
Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai 
Hərəkatlar Dövlət Arxivi. F.1,s. 405, iş 3167. 

 
Azərbaycan Sovet Ensiklopediyası. C.IV. Bakı, 1980. 

 
Qasımov M. Azərbaycan Respublikası dünya 
meridianlarında (mədəni əməkdaşlıq). Bakı, 1992. 

 
«Kommunist» qəzeti, 1937, 29 oktyabr, № 250; 22 noyabr, 
№ 269; 16 dekabr, № 289; 1938, 23 avqust, №195; 12 
dekabr, №285; 1958, 25 sentyabr, №226. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə