Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   23   24   25   26   27   28   29   30   31

 
98
Türkiyə ilə  sərhədindəki Sədərək avtomobil və  dəmiryolu 
körpüsünün tikilməsi, Naxçıvanın Türkiyədən gələn elektrik 
enerjisi ilə  təmin edilməsi, Bakıda Türkiyənin baş 
konsulluğunun açılması haqqında, habelə  gələcək birbaşa 
beynəlxalq  əlaqələrin  əsasını qoyan bir sıra hökumətlərarası 
müqavilələr imzalamışdır. 
Azərbaycan və  İran arasında ilk dəfə vizasız keçid 
məsələsi məhz onun səyi nəticəsində  həll olunmuşdur.1990-cı 
ilin avqustunda İranda zəlzələ qurbanlarına humanitar yardım 
göstərilmişdir. 1991-ci ilin iyununda H.Həsənovun  İrana səfəri 
zamanı  rəsmi Azərbaycan-İran danışıqları keçirilmiş, nəticədə 
geniş  əhatəli məsələlərə aid hökumətlərarası müqavilələr 
imzalanmışdır.  
Diplomatiyaya gələn H.Həsənov özü ilə bu sahəyə 
dinamizm, irəliləyiş və hədsiz səmimilik gətirmişdir.  
H.Həsənov xalqımızın tarixində ilk dəfə olaraq 
Azərbaycan Respublikasının BMT-dəki  daimi nümayəndəliyinə 
rəhbərlik etmiş, müstəqil Azərbaycan Respublikasının 
Fövqəladə və Səlahiyyətli səfiri rütbəsini almışdır. Onun gərgin 
səyi nəticəsində 1993-cü ilin aprelində  BMT TŞ-də 
Azərbaycan-Ermənistan münaqişəsinə dair 822 №-li birinci 
qətnamə, iyul ayında isə 853 №-li ikinci qətnamə  qəbul 
olunmuşdur. Bu qətnamələrin üstün cəhəti ondan ibarətdir ki, 
BMT aydın  şəkildə Ermənistanın münaqişədə  təqsirkar 
olduğunu qeyd etmiş, Azərbaycanın  ərazi bütövlüyünü, güc 
tətbiq etməklə  sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini, 
Dağlıq Qarabağın Azərbaycan Respublikasına məxsusluğunu 
təsdiq etmiş  və bütün işğalçı qüvvələrin Azərbaycan  ərazisini 
şərtsiz boşaltmasını tələb etmişdir. H.Həsənovun səyi sayəsində 
Azərbaycan Respublikası keçmiş SSRİ respublikaları arasında  
BMT-nin seçkili orqanlarına, xüsusilə elm və texnika sahəsində 
və yaşayış  məskənləri üzrə komissiyalarına daxil edilmiş ilk 
ölkə olmuşdur. O, həmçinin Azərbaycan Respublikasının BMT-


 
99
nin inkişaf proqramına və  sənaye inkişafı üzrə proqramına 
(YUNİDO)  daxil olmasının təşəbbüskarıdır. 
Azərbaycan Respublikasının xarici işlər naziri olaraq 
H.Həsənov Fransa, Türkiyə,  İran, Çin, Almaniya, Rusiya və 
Misirə rəsmi səfər etmişdir. Səfərlər nəticəsində iqtisadi, siyasi 
və  mədəni sahələrdə Azərbaycan Respublikasının beynəlxalq 
əlaqələrinin dərinləşməsinə dair bir sıra mühüm ikitərəfli 
sənədlər imzalanmışdır. H.Həsənov Brüsseldə  Şimali Atlantika 
Şurasının, Romada ATƏM-in Nazirlər  Şurasının, Tehranda 
İqtisadi  Əməkdaşlıq Təşkilatı  və MDB ölkələri xarici işlər 
nazirlərinin iclaslarında iştirak etmişdir.  
Azərbaycan dövləti onun nazir işlədiyi dövrdə Bloklara 
qoşulmamaq hərəkatına qoşulmuş, NATO ilə “Sülh naminə 
tərəfdaşlıq” müqaviləsini, Avropada sabitlik paktını imzalamış, 
Avropa Birliyi İqtisadi Komissiyası ilə diplomatik münasibətlər 
qurmuşdur. 
H.Həsənov Azərbaycan Respublikasının yeni tipli Xarici 
İşlər Nazirliyinin yaradıcısıdır. Bu baxımdan Xarici İşlər 
Nazirliyinin tərkibində islahatların aparılmasını xüsusilə qeyd 
etmək lazımdır. Nazirlikdə yeni idarə  və  şöbələr, Ermənistan-
Azərbaycan münaqişəsi və münaqişələrin dinc yolla 
nizamlanması  məsələləri ilə  məşğul olan idarə yaradılmışdır. 
İnformatika 
şöbəsinin yaradılması 
XİN-nin tamamilə 
kompüterləşdirilməsinə  və yeni texniki vasitələrlə operativ 
məlumatların alınmasına imkan vermişdir. XİN-nin  ərazi 
idarələrinin fəaliyyətində mühüm dəyişikliklər baş vermiş, xarici 
ölkələrin XİN-i və səfirlikləri ilə münasibətlər nizamlanmışdır. 
Xarici ölkələrdə Azərbaycan Respublikasının 
nümayəndəlikləri və  səfirliklərində islahatlar aparılmış, onlar 
real nümayəndəliyə çevrilmiş, bütün bunlar Azərbaycanda və 
akkreditasiya ölkələrində baş verən hadisələrə operativ olaraq 
təsirini göstərmişdir. H.Həsənovun nazir olduğu dövrdə 
Azərbaycan Respublikasının Çin, Fransa, Səudiyyə  Ərəbistanı, 
Misir, Böyük Britaniya, Avstriya və Belçikada səfirlikləri, 


 
100 
Cenevrədə Azərbaycanın nümayəndəliyi yaradılmış, Katar, 
Mavritaniya, Əlcəzair, Argentina, Braziliya, Mərakeş, Zambiya, 
Latviya, Sinqapur, Albaniya, Komor adaları ilə diplomatik 
münasibətlər qurulmuşdur. Bakıda Qazaxıstan, Koreya 
Respublikası, Norveç, Hindistan, CAR, Kanada, Vatikan, 
Meksika, Macarıstan, Səudiyyə  Ərəbistanı,  İordaniya və  BƏƏ-
nin səfirlikləri açılmış  və  səfirliklərin ümumi sayını 36-ya 
çatmışdır. Xarici ölkələrin səfirlikləri ilə  iş yenidən 
qurulmuşdur. 
1992-ci ildə H.Həsənov BMT Baş Assambleyasının 47-ci 
sessiyasında Azərbaycan Respublikası nümayəndəliyinin rəhbər 
müavini, 1993-1994-cü illərdə BMT Baş Assambleyasının 48 və 
49-cu sessiyalarında, 1993-cü ildə ATƏT-in Nazirlər  Şurasının 
4-cü görüşündə, SSAD görüşlərində, YUNESKO-nun Baş 
sessiyasında Azərbaycan Respublikası nümayəndə heyətlərinin 
başçısı olmuşdur. 1992-ci ildə Nyu-Yorkda və 1993-cü ildə 
Cenevrədə keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının  əsas 
sessiyalarında Azərbaycan nümayəndə heyətinin rəhbəri 
olmuşdur. BMT nəzarəti altında yaşayış məskənləri üzrə İkinci 
Ümümdünya konfransının hazırlıq komitəsinin sədr müavini 
seçilmişdir. 1994-cü ilin sentyabrında BMT-nin Qahirədə 
keçirilən əhali yaşayışı və inkişaf üzrə konfransında Azərbaycan 
Respublikasının prezidenti H.Əliyevin başçılıq etdiyi 
nümayəndə heyətinin üzvü olmuşdur. 
H.Həsənov BMT-nin Təhlükəsizlik  Şurasının iclaslarında 
və Baş Assambleyanın sessiyalarında, BMT-nin İqtisadi və 
Sosial komissiyalarında, ATƏT-in xarici işlər nazirlərinin 
görüşlərində, Avropa Parlamentinin Siyasi komitəsinin, NATO 
Şurasının,  Şimali Atlantika Əməkdaşlığı  Şurasının,  İqtisadi 
Əməkdaşlıq Təşkilatının,  Ərəb Dövlətləri Cəmiyyətinin 
iclaslarında, iştirak etmişdir. Azərbaycan Respublikasının 
Avropa Parlamentində  və NATO Şurasında nitq söyləyən ilk 
dövlət nümayəndəsi olmuşdur. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə