Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   23   24   25   26   27   28   29   30   31

 
101
1990-1994-cü illərdə H.Həsənov Türkiyə prezidentləri və 
baş nazirləri,  İran prezidenti, vitse-prezidenti, Böyük 
Britaniyanın baş naziri (Azərbaycan Respublikası prezidenti 
H.Əliyevin rəsmi səfəri çərçivəsində), Avstraliyanın baş naziri, 
Oman sultanı, baş nazirin müavini, Səudiyyə  Ərəbistanının 
aviasiya və müdafiə naziri, Estoniya və Latviyanın baş nazirləri, 
Litvanın baş nazirinin müavini, Belçikanın baş naziri, ÇXR 
rəhbəri (Azərbaycan Respublikası prezidentinin rəsmi səfəri 
çərçivəsində), ÇXR-in baş naziri – Dövlət Şurasının sədri, ÇXR-
in vitse-prezidenti – sədr müavini, İtaliyanın baş naziri, Roma 
Papası II İohan Pavel, Fransa, Misir Ərəb Respublikasının 
prezidentləri, Səudiyyə  Ərəbistanının kralı (Azərbaycan 
Respublikası prezidentinin rəsmi səfərləri çərçivəsində), 
Amerika Birləşmiş  Ştatlarının prezidenti (Azərbaycan 
nümayəndə heyətinin BMT-nin Baş Assambleyasında iştirakı 
çərçivəsində), ABŞ-ın vitse-prezidenti, Pakistanın baş naziri 
(Qahirədə əhali yaşayışı və inkişaf üzrə BMT-nin konfransında 
Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində), Rusiya, 
Ukrayna, Qazaxıstan, Moldova, Qırğızıstan, Özbəkistan
Türkmənistan, Ermənistan prezidentləri, Gürcüstanın Dövlət 
Başçısı, Belorusiya Ali Sovetinin sədri, bütün MDB ölkələrinin 
xarici işlər nazirləri ilə görüşmüş və danışıqlar aparmışdır. 
H.Həsənov həmçinin dünyanın 40 ölkəsinin - ABŞ-ın 
Dövlət Katibi, SSRİ, Fransa, Böyük Britaniya, Rusiya, Türkiyə, 
İran, Misir, Səudiyyə  Ərəbistanı, Pakistan, Almaniya, Oman, 
İzrail,  İsveç, Suriya, Avstriya, Niderland, İtaliya, Yunanıstan, 
Belçika, Albaniya, Bosniya və Hersoqovina, Makedoniya, Laos, 
Koreya Respublikası, Norveç, İndoneziya və  s.  xarici  işlər 
nazirləri, Türkiyə,  İran, Rusiya, İtaliya, Fransa, Misir, Oman, 
Avstraliya, ABŞ, Səudiyyə  Ərəbistanı, Liviya, Küveyt, 
Banqladeş, Pakistan, Böyük Britaniya, Norveç, Çin, MDB 
ölkələri, Litva, Latviya, Estoniya və s. ölkələrin hökumət 
nümayəndələri, BMT-nin Baş Katibi Butros Butros-Qali, BMT-
nin Baş Katibinin müavini Marek Quldinq, Vladimir Petrovski, 


 
102 
Yan Eliasson (humanitar məsələlər üzrə), Ceyms Con (siyasi 
məsələlər üzrə), Karl-Auqustos Fleyşauer (mülki məsələlər), Ci 
Çjaotszı (iqtisadi məsələlər), Euqeniuş Vizner (informasiya 
məsələləri üzrə) və b., YUNESKO-nun Baş direktorları 
A.M.Bou və F.Mayor, BMT Baş Assambleyasının sədrləri 
Samir  Şihabi (Səudiyyə  Ərəbistanı) və Stoyan Qanev 
(Bolqarıstan), BMT TŞ-nın sədrləri, NATO-nun Baş Katibi 
Manfred Verner, Qərbi Avropa İttifaqının Baş Katibi Villem van 
Ekelon,  İKT-nin Baş Katibi Əl-Qabid, ATƏT-in rəhbərləri 
İ.Dinstbir, M.af Uqqlas və B.Andreatt, Ərəb Dövlətləri 
Cəmiyyətinin Baş Katibi İsmət Əbdül Maqid, Avropa İttifaqının 
Xarici İşlər Nazirliyinin rəhbərləri Villi Van Klaas (Belçika) və 
Karolos Papulias (Yunanıstan), ATƏT-in Dağlıq Qarabağ 
məsələsi üzrə Minsk qurupunun sədri Yan Elliasson (İsveç), 
Lüksemturq parlamentinin sədri, Misir Xalq Məclisinin 
(parlamentin) sədri Fəthi Surur, Belçika senatının sədri  Şarl 
Notombr, Fransa parlamentinin sədri Rene Monori və Fransa 
parlamenti sədrinin müavini Jan For, ABŞ senatorları  və 
konqresmenləri ilə görüşmüş və danışıqlar aparmışdır.  
O, dövlət quruculuğu, politologiya, diplomatiya, 
iqtisadiyyat, inşaat,  ədəbiyyatşünaslıq və s. məsələlər üzrə 
yüzlərlə  əsərin müəllifidir. H.Həsənov xarici işlər naziri 
vəzifəsindən çıxdıqdan sonra elmi və bədii yaradıcılıqla məşğul 
olmuş, Azərbaycan arxivlərində aylarla  yorulmaq bilmədən 
materiallar toplamış, dəyərli  əsərlər yazmışdır. Azərbaycan 
ədəbiyyatşünaslığında ilk dəfə olaraq görkəmli maarifçi, filosof 
və dramaturq M.F.Axundovun oğlu Rəşid bəy Axundovla 
yazışmalarını  tədqiq etmişdir. Rəşid bəy Axundovun 
“Brüsseldən məktublar” toplusunun tərtibatçısıdır. Yazdığı eyni 
adlı tamaşa Azərbaycan Dövlət Akademik Dram Teatrında 
uğurla oynanılmışdır. Onun İstanbulda “Müstəqil Azərbaycanın 
yolları” seçilmiş  əsərləri, “ABŞ-da lobbiləşmə  və Azərbaycan 
lobbisinin yaranma problemləri”, “Ermənistan Respublikasının 
Azərbaycan Respublikasına təcavüzü” əsərləri, həmçinin bir sıra 


 
103
xarici elmi nəşrlərdə  məqalələri çap olunmuşdur. BMT 
Təhlükəsizlik  Şurasının rəsmi sənədləri timsalında ingilis, 
fransız, ispan, çin, alman, ərəb və rus dillərində 140-dan çox 
məktubun müəllifidir. “Azərbaycanın dünya siyasəti sisteminə 
daxil edilməsi”, “Azərbaycanın BMT sisteminə daxil edilməsi”, 
“BMT nəzdində Azərbaycan Respublikasının daimi 
nümayəndəliyinin fəaliyyət xronikası” əsərlərini və “Nyu-York, 
Üçüncü Avenyu” memuarını yazmış  və çapa hazırlamışdır. 
Onun redaktorluğu altında “Ə.Topçubaşovun  İstanbulda 
diplomatik danışıqları (Azərbaycan Respublikasının fövqəladə 
elçisi və  səlahiyyətli nazirinin qeydləri)” kitabı buraxılmışdır. 
“Azərbaycan diplomatiyası” jurnalının baş elmi məsləhətçisi 
olmuşdur. Görkəmli dövlət və ictimai xadim N.Nərimanovun 
həyatı, fəaliyyəti və yaşadığı siyasi mühitlə bağlı  dərin elmi 
müqayisə  səciyyəsi daşıyan araşdırma aparmış  və iri həcmli 
dəyərli monoqrafiya yazmışdır. Problemə yeni baxışın  əsasını 
qoymuşdur.  
H.Həsənov SSRİ-nin bir çox orden və medalları, 
Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə  təltif 
olunmuşdur. 
 
 
*** 
 

 
Azərbaycan beynəlxalq aləmdə (Azərbaycan 
Respublikasının prezidenti Heydər Əliyevin xarici ölkələrə 
səfərlərinə dair materiallar) I-IV cildlər. Bakı ,1996-1999. 

 
Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-
1995. 

 
Azərbaycanda kim kimdir? Sorğu-məlumat kitabı. Bakı, 
Azərbaycan Ensiklopediyası. NPB, 1999. 

 
«Azərbaycan» qəzeti, 1992-2002-ci illər. 

 
Aggression of the Republic of Armenia against the 
Azerbaijan Republic. Baku, 1994. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə