Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   23   24   25   26   27   28   29   30   31

 
104 

 
Vıstuplenie premğer-ministra Azerbaydjanskoy Respubliki 
Qasan Qasanova v Evropeyskom Parlamente. Brösselğ, 18 
fevralə 1992 q. 

 
“Kommunist” qəzeti, 1975-1988-ci illər. 

 
Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə 
münasibətləri (1991-1996). Bakı, 2000. 

 
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər 
sistemində (1991-1995-ci illər). Bakı, 1996. 

 
Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya 
məsələləri). Bakı, 1997. 

 
Musayev M. Azərbaycanlı deputatlar SSRİ parlamentində 
(1938-1988). Bakı, Ağrıdağ, 2000. 

 
“XXI əsr. Dirçəliş” jurnalı, 1993, №1. 
 
 
 
 
 
 


 
 
105
Tofiq Nadir oğlu Zülfüqarov 
5 mart 1998 – oktyabr 1999 
 
Azərbaycanın siyasətçilərindən 
və diplomatlarından söz düşəndə adı 
hörmətlə  çəkilənlərdən biri də Tofiq 
Zülfüqarovdur. 
O, 1959-cu il noyabrın 1-də 
Rusiyanın Rostov-Don şəhərində 
həkim ailəsində anadan olmuşdur. 
1961-ci ildə ailəsi ilə birlikdə Bakı 
şəhərinə köçmüşdür. 1966-1976-cı 
illərdə Bakı şəhərində 193 saylı orta məktəbdə təhsil almışdır. 
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin 
şərqşünaslıq fakültəsinin  ərəb dili və  ədəbiyyatı  şöbəsinə daxil 
olmuş, 1981-ci ildə  ərəb, rus dili və  ədəbiyyatı müəllimi 
ixtisasına yiyələnmişdir. 1981-ci ildə SSRİ Silahlı Qüvvələri 
sıralarına çağırılmış, Yəmən Xalq Demokratik Respublikasının 
paytaxtı  Ədən  şəhərində yerləşən Sakit okean hərbi-dəniz 
donanmasında xidmətə göndərilmişdir. Ezamiyyət dövründə 
hərbi-dəniz donanmasının rabitə  qərargahının zabiti vəzifəsini 
yerinə yetirmiş, eyni zamanda 8-ci operativ bölməyə  rəhbərlik 
edən rabitə zabiti olmuşdur. YXDR hərbi qüvvələrinin xatirə 
medalı ilə  təltif olunmuş, komandanlıqdan bir sıra fərmanlar 
almışdır. 1984-cü ildən ehtiyatda olan zabitlər sırasına daxil 
olmuşdur. Elə  həmin ildə Bakı  şəhəri Lenin rayonu komsomol 
komitəsinə  işə  dəvət olunmuş, bir ildən sonra Azərbaycan 
Respublikası Elmlər Akademiyasının  Şərqşünaslıq  İnstitutuna 
keçmiş  və burada 1990-cı ilə  qədər işləmişdir. Sonra isə 
Azərbaycan EA Tarix İnstitutuna elmi işçi vəzifəsinə keçmişdir. 
1988-ci ildə erməni-azərbaycanlı münaqişəsinin yaranmasından 
sonra digər elmi işçilərlə birlikdə Azərbaycan KP MK-nın 
ekspert-analitik qrupuna göndərilmişdir. Bu dövr ərzində 


 
106 
DQMV-də separatçı qüvvələrə qarşı təbliğat-təşviqat işini təşkil 
etmək üçün uzun müddətə Xankəndi, Ağdam,  Şuşa və Laçına 
getmişdir. 1992-ci ildə ATƏM erməni-azərbaycanlı 
münaqişəsini nizamlamağı öz üzərinə götürdükdən sonra 
T.Zülfüqarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə 
işə göndərilmişdir. 1992-ci ilin mayından fövqəladə danışıqlar 
mərhələsində  iştirak etmək üçün Romaya gedən nümayəndə 
heyətinin tərkibinə qatılmışdır. Eyni zamanda münaqişənin 
Rusiya-Qazaxıstanın, həmçinin İranın vasitəçilik səyləri altında 
nizamlanması istiqamətində aparılan danışıqlarda iştirak 
etmişdir. 1994-cü ilin martında Xarici İşlər Nazirliyində  şöbə 
müdiri işlədiyi bir vaxtda erməni-azərbaycanlı münaqişəsinin 
nizamlanması üzrə danışıqlarda sülh müqaviləsinin mətninə 
müxtəsər imza qoymaq  səlahiyyətlərini alaraq nümayəndə 
heyətinə başçı  təyin edilmişdir. Bu dövrdə gedən bütün 
danışıqlarda iştirak etmiş, eyni zamanda Azərbaycan Xarici İşlər 
Nazirliyinin erməni-azərbaycanlı münaqişəsinin və münaqişəli 
vəziyyətlərin həlli üzrə idarənin rəhbəri olmuşdur. 1994-cü ilin 
iyununda Azərbaycan Respublikası xarici işlər nazirinin 
müavini təyin olunmuşdur. Bu dövrdə dünyanın onlarla 
ölkəsində keçirilən beynəlxlaq tədbir və danışıqlarda 
numayəndə heyətinə rəhbərlik etmişdir. 1998-ci ilin yanvarında 
Azərbaycan Respublikası prezidenti H.Əliyevin fərmanı ilə 
Zülfüqarov Tofiq Nadir oğluna Fövqəladə  və  Səlahiyyətli səfir 
ali diplomatik rütbəsi verilmişdir. 1998-ci il martın 5-də 
Azərbaycan Respublikasının xarici işlər naziri təyin 
olunmuşdur. Azərbaycan Respublikası xarici işlər naziri kimi 
fəaliyyət göstərən T.Zülfüqarov özünü təşəbbüskar, yüksək 
hazırlıqlı diplomat və  təşkilatçı kimi göstərmişdir. Onun 
təşəbbüsü, prezidentin bilavasitə göstərişi və  dəstəyi ilə Xarici 
İşlər Nazirliyi Bakı  şəhərinin mərkəzində müstəqil dövlətin 
aktiv xarici siyasətini yeridən mühüm dövlət institutuna uyğun 
olan yeni binada köçürülmüşdür. Bu dövrdə nazirliyin mərkəzi 
aparatında, bir sıra səfirlik və nümayəndəliklərdə struktur və 


 
107
kadr dəyişiklikləri həyata keçirilmişdir. Mərkəzi aparatın və 
Azərbaycan Respublikası  səfirliklərinin tam kompüterləşdiril-
məsi prosesi başa çatmışdır. T.Zülfüqarov Türkiyə, Rusiya, 
AFR, Fransa və Gürcüstana rəsmi səfər edərək bu dövlətlərlə 
ikitərəfli  əlaqələrin inkişafına töhfə vermişdir. T.Zülfüqarovun 
bu müddətdə Türkiyə, Rusiya, ABŞ, Belçika, Lüksemburq, 
Norveç, Danimarka, Böyük Britaniya, Qazaxıstan, 
Türkmənistan və s. dövlətlərə işgüzar səfərləri olmuşdur.  
1995-ci ildə o, ilk dəfə BMT Baş Assambleyasının 
sessiyasında nümayəndə heyətinin üzvləri tərkibində  iştirakçı 
olmuş, 1998-1999-cu illərdə Azərbaycan nümayəndə heyətinə 
rəhbərlik edərək BMT Baş Assambleyasının sessiyasında nitq 
söyləmişdir.  Sessiyanın gedişində ABŞ, Türkiyə,  İran, 
Qazaxıstan, Gürcüstan, Litva, Türkmənistan və s. ölkələrin 
xarici işlər nazirləri ilə görüşmüşdür. Sessiyada iştirakından 
sonra ABŞ-a işgüzar səfər zamanı Vaşinqtonda Konqres, Dövlət 
Departamenti, Müdafiə Nazirliyi, həmçinin Strateji tədqiqatlar 
mərkəzi, Hopkins İnstitutu, Stenford İnstitutu kimi elmi 
mərkəzlərdə çoxsaylı görüşlər keçirmişdir. Bu səfərlərdə ABŞ-
ın kütləvi informasiya vasitələri, «Nyu-York Tayms», 
«Vaşinqton Post», «Amerikanın səsi» ilə  iş aparmış, ABŞ-da 
yəhudi, türk və Ukrayna diasporalarının rəhbərləri ilə 
görüşmüşdür. Bu görüşlərdə erməni-azərbaycanlı münaqişəsi 
haqqında  əsil həqiqətləri geniş amerikan ictimaiyyətinə 
çatdırmaq məqsədilə əməkdaşlığın forma və metodları müəyyən 
edilmişdir.  
T.Zülfüqarov Azərbaycan nümayəndə heyətinin rəhbəri 
kimi Avro-Atlantik Əməkdaşlığı  Şurasının işində  iştirak 
etmişdir. Adı çəkilən tədbirlərdə, həmçinin xarici dövlətlərin bir 
sıra nazirləri, o cümlədən Türkiyə, Böyük Britaniya, 
Bolqarıstan, GUÖAM ölkələrinin xarici işlər nazirləri ilə  də 
görüşlər keçirmişdir. Bütün tədbirlərdə olduğu kimi GUÖAM 
ölkələrinin xarici işlər nazirləri ilə daimi iş koordinasiyasının 
təşkil edilməsi mühüm məsələ idi. Bu görüşlər BMT, MDB, 


 
108 
ATƏT-in Baş Assambleyaları kimi bütün beynəlxalq 
təşkilatlarda keçirilmiş və daimi xarakter daşımışdır. 
1998-ci ilin iyununda T.Zülfüqarov İƏT Nazirlər 
Şurasının sədri seçilmişdir. Nazirlərin görüşü Bakıda 
keçirilmişdir. 1998-ci ilin oktyabrında sədr vəzifəsini icra 
edərkən Nyu-Yorkda Nazirlər Şurasının sessiyası, həmçinin İƏT 
və ASEAN sədrlərinin müştərək iclası  keçirilmişdir. 
Azərbaycan Respublikası prezidenti H.Əliyevin 1998-ci il 
26 oktyabr tarixli 6 №-li fərmanı ilə T.Zülfüqarov yeni 
hökumətdə xarici işlər naziri vəzifəsini təkrarən tutmuşdur. 
O, ATƏT ölkələri xarici işlər nazirlərinin Osloda keçirilən 
görüşündə  iştirak edən nümayəndə heyətinə  rəhbərlik etmişdir. 
Bu görüşün gedişində Polşa, Norveç, Danimarka, Fransa və s. 
dövlətlərin xarici işlər nazirləri ilə çoxsaylı görüşlər keçirmişdir. 
Danışıqların  əsas məzmununu ikitərəfli münasibətlər, erməni-
azərbaycanlı konfliktinin nizamlanması problemləri təşkil 
etmişdir. Bakıda və xaricdə ATƏT-in Minsk qrupunun 
həmsədrləri ilə görüşlər keçirmişdir.  
Nazirliyin  əsas işi Azərbaycan Respublikası prezidenti 
H.Əliyevin ABŞ (NATO-nun 50-ci sammiti), Böyük Britaniya, 
Türkiyə, MDB dövlətləri, Qazaxıstan, Ukrayna, İsveçrə  və bir 
sıra başqa ölkələrə  rəsmi səfərlərinin təmin edilməsi və 
təşkilatçılıq məsələlərindən ibarət olmuşdur. Böyük Britaniyaya 
rəsmi səfər nəticəsində Britaniya-Azərbaycan münasibətləri 
strateji əməkdaşlıq səviyyəsinə qaldırılmışdır. 
11 dövlət və hökumət başçısının, onlarla ölkə  və 
beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirakı ilə 
Azərbaycanda Böyük İpək yolunun qurulmasına dair beynəlxalq 
konfransın keçirilməsi mühüm hadisə olmuşdur. Başqa nazirlik 
və dövlət orqanları ilə yanaşı Xarici İşlər Nazirliyi bu 
beynəlxalq tədbirin  ən yüksək səviyyədə keçirilməsini təşkil 
etmişdir. Beynəlxalq ictimaiyyətin müstəqil Azərbaycana 
marağı bir çox dövlət başçıları  və  rəsmi nümayəndələrin 
çoxsaylı  səfərlərində özünü büruzə vermişdir. 1998-1999-cu 


 
109
illərdə Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rumıniya, 
Bolqarıstan prezidentləri, Belçikanın baş naziri, Yaponiya, İran, 
Türkmənistan, Hindistan, Ukrayna və s. ölkələrin xarici işlər 
nazirlərinin Azərbaycana səfərləri təşkil edilmişdir. 
Azərbaycanın ikitərəfli və çoxtərəfli  əlaqələrinin inkişafı üzrə 
aktiv iş rejiminə baxmayaraq, erməni-azərbaycanlı 
münaqişəsinin dinc və  ədalətli həlli yoluna yönəlmiş xarici 
siyasət kursunu daha mühüm hesab etmək lazımdır. Bu 
çoxtərəfli fəaliyyətə Minsk konfransı  və Minsk qrupunun 
müxtəlif səviyyələrdə  və ilk növbədə dövlət səviyyəsində 
həmsədrlərlə danışıqlar daxil olmuşdur. Vasitəçilik rolu oynayan 
şəxslərlə birbaşa  əlaqələrlə paralel olaraq konflikt haqqında 
həqiqətlərin düzgün çatdırılması, kütləvi informasiya 
vasitələrində intensiv təbliğat işini özündə  əks etdirən fəal iş 
getmişdir. Vəziyyəti daha da gərginləşdirən amil Ermənistanın 
beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq 
ultimatum verməsi və konfliktin yalnız iki variantda həllini tələb 
etməsi olmuşdur. Dağlıq Qarabağın müstəqilliyi və ya 
Ermənistana birləşdirilməsi variantlarının irəli sürülməsi 
danışıqlar prosesində böhranlı  vəziyyət yaratmışdır. Belə 
şəraitdə Azərbaycana təzyiqlər güclənmiş  və Azərbaycan 
Respublikasının  ərazi bütövlüyünü və suverenliyini pozan 
təkliflər irəli sürülmüşdür. 1999-cu ilin oktyabrında Azərbaycan 
Respublikasının xarici işlər naziri Tofiq Zülfüqarov istefaya 
getmişdir. 
İstefadan sonra T.Zülfüqarov fəal ictimai-siyasi 
fəaliyyətini davam etdirmişdir. Digər təşəbbüskarlarla yanaşı 
onun tərəfindən də erməni-azərbaycanlı konfliktinin 
nizamlanmasında Azərbaycanın mövqeyini əks etdirən 
prinsipləri özündə  cəmləşdirən  «Ümummilli xartiya»ya dəstək 
olaraq imzaların toplanması üzrə ictimai hərəkat başlanmışdır. 
Adı çəkilən xartiyanı bütün siyasi partiyalar, ictimai təşkilatlar, 
həm Azərbaycanda, həm də xarici ölkələrdə azərbaycanlıları 
birləşdirən təşkilatlar, görkəmli ictimai-siyasi xadimlər, yaradıcı 


 
110 
ittifaqlar dəstəkləmişlər. «Ümummilli xartiya» əslində 
referenduma çevrilmişdir. Bu da Azərbaycan xalqının erməni-
azərbaycanlı münaqişəsinin ədalətli şəkildə nizamlanmasına nail 
olmasında qətiyyətliyini nümayiş etdirmişdir. Xartiya 
Azərbaycan xalqının heç bir zaman dövlət suverenliyini və ərazi 
bütövlüyünü pozan modelləri qəbul etməyəcəyi istiqamətində 
xarici və vasitəçi dairələrə bir növ xəbərdarlıq rolunu 
oynamışdır. 
T.Zülfüqarov Azərbaycanda akkreditə olunmuş diplomatik 
korpusun nümayəndələri və ictimai-siyasi xadimlərlə görüşlərini 
fərdi qaydada davam etdirmişdir. Şimali Kipr Türk Respublikası 
rəhbərliyinin dəvəti ilə bu dost ölkəni ziyarət edərək prezident 
Rauf Denktaş başda olmaqla bir sıra şəxslərlə görüşmüşdür. Con 
Hopkins  İnstitutunun dəvəti ilə  Cənubi Qafqaz dövlətlərində 
cərəyan edən siyasi proseslərlə bağlı Vaşinqtonda keçirilmiş 
beynəlxalq konfransda iştirak etmişdir. Dəfələrlə Ermənistan və 
Azərbaycanın ictimai xadimlərinin Katerinq amerikan fondu və 
Rusiya strateji tədqiqatlar mərkəzi tərəfindən təşkil olunan 
görüşlərində  iştirak etmişdir. Müntəzəm olaraq yerli və 
beynəlxalq mətbuat orqanlarında erməni-azərbaycanlı 
münaqişəsi və Azərbaycan  ətrafında baş verən beynəlxalq 
proseslərlə bağlı müsahibələrlə çıxış etmişdir. 
 
*** 
 

 
Azərbaycan Respublikası prezidentinin fərmanları  və 
sərəncamları (oktyabr-dekabr 1998-ci il).- Bakı, 1999. 

 
«Azərbaycan» qəzeti, 1992-1999-cu illər. 
 


 
 
111
Vilayət Muxtar oğlu Quliyev 
26 oktyabr 1999-… 
 
Azərbaycanın tanınmış  ədəbiy-
yatşünas alim-tənqidçilərindən və 
diplomatlarından biri Vilayət 
Quliyevdir. 
1952-ci il noyabrın 5-də 
Ağcabədi rayonunun Ağcabədi qəsəbə-
sində anadan olmuşdur. 1970-ci ildə 
Beyləqan rayonundakı G.Əsədov adına orta məktəbi  əla 
qiymətlərlə bitrmişdir. 1970-1975-ci illərdə Bakı Dövlət 
Universitetinin filologiya fakültəsində müvəffəqiyyətlə  təhsil 
almışdır.  Əmək fəaliyyətinə 1975-ci ildə Beyləqan rayon orta 
məktəbində müəllim kimi başlamışdır. 1978-1981-ci illərdə 
Azərbaycan EA Nizami adına  Ədəbiyyat  İnstitutunun 
aspiranturasında oxumuşdur. 1981-1992-ci illərdə  həmin 
institutda elmi işçi, şöbə müdiri, direktor müavini vəzifələrində 
işləmişdir. 1982-ci ildə elmlər namizədi, 1990-cı ildə isə elmlər 
doktoru alimlik dərəcəsini almışdır. 
Ədəbiyyat tarixi və ictimai-siyasi problemlərə dair bir sıra 
qiymətli  əsərlərin müəllifidir. Dünya şöhrətli azərbaycanlı 
şərqşünas Mirzə  Məhəmməd  Əli Kazım bəyə  həsr edilmiş 
«Mirzə Kazımbəy» adlı monoqrafiyanın (Bakı, Yazıçı, 1987) və 
ona yaxın başqa kitab və monoqrafiyanın, 300-dək elmi-
publisistik, tənqidi, görkəmli dövlət xadimi Ə.Topçubaşov 
haqqında məqalənin müəllifidir. Azərbaycan televiziyasında  
elmi-ədəbi proqramın aparıcısı olmuşdur. Xarici ölkələrdə 
kifayət qədər tanınmış alimdir. Finlandiya, İsveç, Böyük 
Britaniya və ABŞ-da elmi ezamiyyətdə olmuşdur. 1992-1993-cü 
illərdə Türkiyə Respublikasında Atatürk Universitetinin 
professoru, 1994-cü ildən Nizami adına  Ədəbiyyat  İnstitutunda 


 
112 
baş elmi işçi vəzifələrində çalışmışdır. 1995-2000-ci illərdə 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 
1999-cu ildə xarici işlər naziri təyin edilmişdir. 2000-ci 
ildə ona Fövqəladə  və  Səlahiyyətli səfir diplomatik rütbəsi 
verilmişdir. 
V.Quliyev Azərbaycan Respublikasının xarici işlər naziri 
kimi diplomatik aləmdə Azərbaycanın haqq işini müdafiə etmiş 
və onun demokratik prinsiplər  əsasında inkişaf yolu ilə 
addımladığını, sülhsevər siyasət yeritdiyini, Ermənistanın işğalçı 
dövlət olduğunu Avropa, Asiya, Amerikanın bir sıra ölkələrinin 
hökumət nümayəndələri ilə görüş  və danışıqlarda, beynəlxalq 
konfrans və iclaslarda bəyan etmişdir.  
O, Azərbaycan Respublikasının prezidenti H.Əliyevin 
2003-cü il fevralın 24-28-də ABŞ-a rəsmi səfəri zamanı 
Vaşinqtonda Ağ evdə Corc Buşla və b. dövlət nümayəndələri ilə 
keçirdiyi görüşlərdə, apardığı danışıqlarda, “Şərq-Qərb enerji 
dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda, ABŞ və 
Azərbaycan dövlətləri arasında bağlanmış 
sənədlərin 
hazırlanması və imzalanmasında yaxından iştirak etmişdir. 
2003-cü il fevralın əvvəllərində Qazaxıstan Respublikasın-
ın Almatı  şəhərində “Sülh və  həmrəylik” birinci beynəlxalq 
konfrans keçirilmişdir. Konfransda V.Quliyev başda olmaqla 
Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. O, konfransda 
nitq söylərkən Orta Asiya və  Cənubi Qafqaz regionu üçün 
mühüm olan sülhə  və sabitliyə, mədəni və dinlərarası dialoqa 
nail olmaqdan, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 
yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: 
“Bu münaqişənin əsasında ermənilərin iddia etdikləri kimi, dini 
və etnoslar arasındakı amillər durmur. Bu, Ermənistanın 
Azərbaycana qarşı  ərazi iddiasıdır və Azərbaycan münaqişənin 
dinc yolla, beynəlxalq hüququn norma və prinsipi əsasında, 
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”. 
2003-cü il martın 25-27-də Bakıda Nüvə silahlarının 
hərtərəfli qadağan olunması üzrə müqavilə təşkilatının Mərkəzi 


 
113
Asiya və Qafqazdan olan üzv ölkələr ilə beynəlxalq əməkdaşlığa 
dair seminar keçirilmişdir. Seminarı salamlayan V.Quliyev 
demişdir ki, bu seminarın Bakıda keçirilməsi Azərbaycanın 
kütləvi qırğın silahlarının istehsalı, yayılması  və  sınaqdan 
keçirilməsinin  əleyhinə olduğunu  əyani sübut etmişdir. Bu 
tədbir nüvə  sınağının qadağan edilməsi ilə bağlı regionda 
əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir. 
V.Quliyev xarici işlər naziri olaraq dünyanın bir çox 
ölkələrinin dövlət və hökumət başçıları ilə görüşüb danışıqlar 
aparmışdır. Onun nazir işlədiyi müddətdə Azərbaycan 
Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş  və 
təşkilatlara üzv olmuşdur. Azərbaycan dövləti başqa ölkələrdə 
səfirliklər açması  işini davam etdirmişdir. V.Quliyevin 
rəhbərliyi altında Azərbaycan Respublikası dövlətinin xarici 
siyasətinə dair iri həcmli kitablar hazırlanıb nəşr edilmişdir. 
 
 
*** 
 

 
Azərbaycanda kim kimdir? Sorğu-məlumat kitabı. Bakı, 
Azərbaycan Ensiklopediyası. NPB, 1999. 

 
Azərbaycan: Kim kimdir? 2001. Bakı, Biznes aress 
nəşriyyatı, 2001. 

 
«Azərbaycan» qəzeti, 1999-2002-ci illər; 2003, 14 fevral 
№35; 4 mart №50; 5  mart №51; 26 mart №66. 

 
Quliyev V. Mirzə Kazım bəy. Bakı, Yazıçı, 1987. 

 
Quliyev V. Əlimərdan bəy Topçubaşov.- «Xalq qəzeti», 
1997,30 mart. 


 
114 
 
Musa Qasımlı 
(Musa Cəfər oğlu Qasımlı) 
Elmira Hüseynova 
(Hüseynova Elmira Əli qızı) 
 
 
Bakı, “ADİLOĞLU” nəşriyyatı -2003, 112 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir: 16.06.2003 
Çapa imzalanmışdır:  
09.07.2003 
Kağız formatı:   
60x84 1/16 
Hesab-nəşriyyat həcmi:  7  ç.v. 
Sayı: 
  300 
 
Sifariş:  182 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab  “ADİLOĞLU” MMC-nin mətbəəsində  
hazır diapozitivlərdən istifadə olunmaqla 
ofset üsulu ilə çap edilmişdir. 
Ünvan: Bakı şəh., Ü.Hacıbəyov küç., 38/3 
Tel.: 98-68-25 


 
115
 

Document Outline

  • MUSA QASIMLI
    • ELMİRA HÜSEYNOVA
      • AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ
  • BAKI-2003
  • ***
    • Fətəli xan İsgəndər xan oğlu Xoyski
      • F.Xoyskinin əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Onun
    • Elmira Hüseynova
    • (Hüseynova Elmira Əli qızı)
      • Yığılmağa verilmişdir: 16.06.2003
        • Kağız formatı:   60x84 1/16

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə