Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 
63
1917-ci ilin iyulunda M.Hüseynov Müsəlman  İctimai 
Təşkilatları Komitəsinə Bakı müsəlman tələbələri tərəfindən 
nümayəndə göndərilmiş və onun şurasına seçilmişdir. 
M.Hüseynov 1917-1918-ci illərdə Bakıda müsəlman 
tələbələri arasında inqilabi iş aparmış, tələbə komitəsi yaratmış, 
Bakı Müsəlman Beynəlmiləl Partiya komitəsinin katibi olmuş və 
Bakı  zəhmətkeşləri, Ağdaşda, Kürdəmirdə qaçqınlar arasında 
inqilabi təbliğat aparmışdır. 
 1918-1919-cu  illərdə M.Hüseynov Hümmət Partiyasının 
üzvü, sədrin müavini, sonra isə  sədri kimi Bakının müsəlman 
fəhlələri arasında iş aparmışdır. O, eyni zamanda bu dövrdə 
Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyində  şöbə 
müdiri vəzifəsində çalışmışdır. 
1919-cu il mayın 6-12-də Bakı proletariatının tətili baş 
verdi. Tətilin  əsas səbəbi ingilis komandanlığının denikinçilərə 
su və  dəmiryolu ilə silah göndərməsinə qarşı yönəlmişdi. Tətil 
zamanı bütün mədən, zavod, fabrik, elektrik stansiyaları  və s. 
yerlərdə  işlər dayandırıldı. Tətilin təşkilatçılarından biri 
M.Hüseynov idi. AXC hökuməti tətilin təşkilatçılarını  və  fəal 
iştirakçılarını  təqib və  həbs etməyə başladı. Tezliklə  həbs 
olunacağından xəbər tutan M.Hüseynov gizli inqilabi fəaliyyətə 
keçmişdir. 
M.Hüseynov 1919-1920-ci illərdə Sabunçu, Balaxanı, 
Suraxanıda fəhlələr arasında gizli təbliğati və  təşviqati iş 
aparmışdır. 
1920-ci il fevralın 11-12-də Bakıda gizli şəraitdə 
Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. 
Qurultayın keçirilməsi və  fəaliyyətində M.Hüseynov yaxından 
iştirak etmişdir. Qurultayda M.Hüseynov hazırki vəziyyət 
haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə 
göstərilirdi: «Azərbaycan kommunist təşkilatlarının birinci 
qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd 
edir ki, Azərbaycan Respublikasının yaşadığı  kəskin təsərrüfat 
və iqtisadi böhran, fəhlə  və  kəndlilərin son dərəcə  ağır halı 


 
64
mövcud kapitalist və mülkədar üsul-idarəsinin labüd nəticəsidir 
və ancaq onu məhv etməklə aradan qaldırmaq olar». Qurultay 
AK(b)P MK-nın  Ə.Bayramov, D.Bünyadzadə K.Ağazadə, 
V.Yeqorov, Ə.Qarayev, B.Naneyşvili, H.Sultanov, Y.Rodionov, 
M.Pleşakov, A.Yusifzadə, M.Hüseynov və b. ibarət tərkibini 
seçdi. Fevralın 12-də  keçirilmiş AK(b)P MK-nın birinci 
plenumu Büro və  Rəyasət Heyəti seçmişdir. M.Hüseynov 
AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir. 
AK(b)P MK-nın ilk azərbaycanlı rəhbəri olmuş M.Hüsey-
nov bu vəzifəyə seçildikdən sonra partiyanın sıralarının artması 
və  təşkilatlarının sayının çoxalması sahəsində xeyli iş görməyə 
başladı. 
M.Hüseynov bu dövrdə RK(b)P Qafqaz Ölkə Komitəsinin 
təşəbbüsü nəticəsində yaradılmış Hərbi inqilabi qərargahın sədri 
kimi başqa inqilabçılarla bərabər AXC hökumətini devirəcək XI 
Qızıl ordu komandanlığı ilə birlikdə ordu hissələrinin və Bakı 
fəhlələrinin birgə hərbi əməliyyatı planının tərtibində fəal iştirak 
etmişdir. 
1920-ci il aprelin 26-da AK(b)P MK-nın və Bakı 
Bürosunun birgə  təcili iclası keçirilmiş  və üsyana rəhbərlik 
etmək üçün Azərbaycan Müvəqqəti  İnqilab Komitəsi 
yaradılmışdır. Onun tərkibinə A.Əlimanov, D.Bünyadzadə, 
Ə.Qarayev, Q.Musabəyov, N.Nərimanov və H.Sultanovla 
birlikdə M.Hüseynov da daxil olmuşdur. 
Aprelin 27-dən 28-nə keçən gecə AXC hökuməti süqut 
etdi, Azərbaycan parlamenti buraxıldı, Azərbaycanda sovet 
hakimiyyəti təşkil edilməyə başlandı. Bu münasibətlə 
Azərbaycan Müvəqqəti  İnqilab Komitəsinin  əhaliyə etdiyi 
müraciətdə deyilirdi: «Müsavat Partiyasının hökuməti… bu gün 
hakimiyyəti Azərbaycan İnqilab Komitəsinə – Fəhlə, Kəndli və 
Əsgər Deputatları Sovetlərinin Ümümazərbaycan qurultayı 
çağırılanadək Azərbaycan Kommunist Partiyası  tərəfindən 
yaradılan müvəqqəti Fəhlə-kəndli hökumətinə təslim etdi». 


 
65
Aprelin 28-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 
iclasında yeni sovet hökuməti – N.Nərimanov başda olmaqla 
Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları 
Soveti təşkil olundu. N.Nərimanov Azərbaycan XKS-nin sədri 
və xalq xarici işlər komissarı, M.Hüseynov XKS sədrinin 
müavini və xalq maliyyə komissarı təsdiq edildi. 
M.Hüseynov N.Nərimanov Bakıya gələnə kimi rəsmi 
olaraq istər Azərbaycan Müvəqqəti  İnqilab Komitəsinə, istərsə 
də Azərbaycan SSR XKS-ə  sədrlik etmiş, Azərbaycan MİK və 
Azərbaycan SSR XKS-nin verdiyi dekret və  sərəncamları 
imzalamışdır.  
1920-ci il mayın 5-də M.Hüseynovun sədr kimi ilk 
imzaladığı dekretlərdən biri Azərbaycan kəndlilərinin uzun 
illərdən bəri həsrətində olduğu torpağın onlara verilməsi 
haqqında dekret olmuşdur. Dekretdə deyilirdi: «Xan, bəy, 
mülkədarların bütün torpağı, habelə bütün monastr, kilsə, vəqf 
və məscid torpaqları, bütün heyvanları və avadanlığı ilə birlikdə 
heç bir ödənc (açıq və ya gizli) alınmadan, torpaqdan bərabər 
istifadə prinsipi ilə zəhmətkeş xalqa verilir». 
1920-ci il iyulun 20-dən sonra M.Hüseynov Moskvada 
olmuş, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri 
aydınlaşdırmış, hər iki sovet respublikası arasında qarşılıqlı 
münasibətləri nizama salmağa, Şərqdə görüləcək işlərin planını 
hazırlayıb əlaqələndirməyə çalışmışdır. O, yuxarıdakı məsələlər  
haqqında V.İ.Lenin və G.Çiçerin ilə  hərtərəfli söhbət etmişdir. 
M.Hüseynov eyni zamanda III İnternasionalın 29-31 iyul 
tarixində Moskvada keçirilən iclaslarında iştirak etmişdir.   
1920-ci il sentyabrın 17-də Bakıda  Şərq xalqlarının I 
qurultayı çağırıldı. Qurultayda Avropa və Asiya ölkələrinin 
1900-ə yaxın nümayəndəsi iştirak etdi. M.Hüseynov qurultayın 
nümayəndəsi olmuş  və  fəaliyyətində yaxından iştirak etmişdir. 
Qurultay özünün daim fəaliyyət göstərəcək icraiyyə orqanını – 
Təbliğat və  Fəaliyyət  Şurasını seçdi. Onun tərkibinə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə