Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 
52
Mərkəzi Bürosunun yeni tərkibini seçmişdir. N.Nərimanov 
RK(b)P MK Siyasi Bürosunun iclasında Şərq xaqları kommunist 
təşkilatlarının Mərkəzi bürosuna üzv seçilmişdir. 
1920-ci il fevralın 11-12-də gizlə şəraitdə Bakıda keçirilən 
Azərbaycan kommunist təşkilatlarının I qurultayında V.İ.Lenin 
və N.Nərimanov fəxri sədr seçilmişlər. 
Aprelin 20-də N.Nərimanov Azərbaycana yola 
düşməmişdən  əvvəl V.İ.Leninlə görüşmüş  və bir saatdan çox 
söhbət etmişdir. O, V.İ.Leninə  Azərbaycanın iqtisadi və siyasi 
vəziyyəti haqqında məlumat vermiş,  Şərqdə, o cümlədən 
Azərbaycanda sovet hakimiyyəti məslələri haqqında fikir 
mübadiləsi etmişdir. Sonralar N.Nərimanov Bakıda iclasların 
birində V.İ.Leninlə bu söhbəti haqqında danışarkən qeyd 
etmişdir ki, V.İ.Lenin mənə dedi ki, bizə ancaq Bakı və Xəzərin 
sahili torpaqlar lazımdır. Mən isə cavabında dedim ki, nə Bakı 
Azərbaycansız, nə də Azərbaycan Bakısız yaşaya bilməz. 
Aprelin 27-də Azərbaycan Müvəqqəti  İnqilab Komitəsi 
yaradıldıqda N.Nərimanov qiyabi olaraq onun sədri seçilmişdir. 
Aprelin 28-də Azərbaycan Müvəqqəti  İnqilab Komitəsinin 
iclasında Azərbaycan Xalq Komissarlar Soveti təşkil olundu. 
Azərbaycan Xalq Komissarlar Sovetinin sədri və xarici işlər 
komissarı vəzifələrinə N.Nərimanov təsdiq edilmişdir. 
Mayın 16-da N.Nərimanov Bakıya gəlmişdir. Qırmızı 
bayraqlarla,  şüarlarla bəzədilmiş vağzalda böyük təntənə ilə 
qarşılanmışdır. Onu qarşılamağa gəlmiş  şəhər  əhalisi içərisində 
İnqilab Komitəsinin üzvləri ilə yanaşı  məktəblilər, partiya və 
ordu nümayəndələri var idi. N.Nərimanov qatardan düşəndən 
sonra qısa nitq söyləyərək  əhalini XI Qızıl ordu və Moskva 
adından təbrik etmiş və Azərbaycan fəhlə və kəndli hökumətinin 
Şərq inqilabı üçün əhəmiyyətindən bəhs etmiş  və Azərbaycan 
zəhmətkeşlərinin şimal qardaşları ilə birlikdə gələcəklərinə əmin 
olduğunu bildirmişdir. 
N.Nərimanov 1920-ci il aprelin 28-dən 1922-ci il martın 
12-ə kimi Azərbaycan  İnqilab Komitəsinin, Azərbaycan SSR 


 
53
Xalq Komissarları Sovetinin və Müdafiə  Şurasının sədri 
vəzifələrində çalışmışdır. O, Azərbaycanda sovet hakimiyyətinin 
ilk vaxtlarında daxili və beynəlxalq vəziyyətin gərginliyi ilə 
əlaqədar olaraq 1920-ci il aprelindən mayın  əvvəlinədək 
Azərbaycan xalq xarici işlər komissarı  vəzifəsini də daşımış, 
sonralar bu vəzifəni müavini M.Hüseynov tutmuşdur. 
N.Nərimanov Azərbaycana rəhbərliyə başladığı ilk gündən 
Azərbaycanın yeni istiqamətdə tərəqqisi naminə gərgin fəaliyyət 
göstərmişdir. Onun İnqilab Komitəsinin başqa üzvləri ilə 
birlikdə imzaladığı  əhalini sovet hakimiyyəti  ətrafında 
birləşmək, inqilabi qaydalara əməl etmək, XI orduya yardım 
etmək, sovet quruculuğuna və onun möhkəmləndirilməsinə 
köməklik göstərmək, Sovet Rusiyası ilə qardaşlıq ittifaqı 
yaratmaq haqqında müraciətləri dərc olunmuşdur. 
N.Nərimanov Azərbaycan respublikasının tezliklə  və 
hərtərəfli inkişafı  və xalq təsərrüfatının bütün sahələrinin 
dövlətin  əlində  cəmlənməsi məqsədilə neft sənayesinin, Xəzər 
ticarət donanmasının, bankların, balıq sənayesinin, 
H.Z.Tağıyevin toxuculuq fabrikinin və s. milliləşdirilməsi 
barədə bir sıra dekretləri imzalamışdır. 
1920-ci il sentyabrın 1-7-də Bakıda  Şərq xalqlarının I 
qurultayı çağırılmışdır. Qurultayda Avropa və Asiya 
ölkələrindən gəlmiş 1900-ə yaxın nümayəndə  iştirak etmişdir. 
N.Nərimanov qurultayı Kommunist İnternasionalı  İcraiyyə 
Komitəsi adından açaraq demişdir: «Yoldaşlar, Şərq xalqlarının 
dünyada görünməmiş, eşidilməmiş birinci qurultayını açmaq 
səadəti bu gün mənə nəsib olmuşdur… 
Bu gün burada iki dünya görüşür: istismar olunanlar və 
istismar edənlər dünyası. Şübhə yoxdur ki, əgər istismar edənlər 
dünyasının nümayəndələri burjua sinfinin nümayəndələri 
olsaydılar, onda Qocaman Şərqin göz yaşları, bəlkə  də  təsirsiz 
qalardı. Lakin xoşbəxtlik bundadır ki, burada iştirak edən 
nümayəndələr məhz burjua ölkələrinin fəhlə sinfini təmsil 
edirlər, onlar başa düşürlər, bizə imkan verərlər ki, yaxın 


 
54
vaxtlarda III İnternasionalın ümumdünya hakimiyyətini təntənəli 
surətdə elan edək”. Qurultay özünün daim fəaliyyət göstərəcək 
icraiyyə orqanını – Təbliğat və  Fəaliyyət  şurasını seçdi. Onun 
tərkibinə M.Hüseynov, S.Kirov, Q.Orconikidze, M.Sübhi, 
Heydər  Əmioğlu, Y.Stasova və b. ilə yanaşı N.Nərimanov da 
daxil olmuşdur. 
1920-ci il sentyabrın 30 - oktyabrın 4-də N.Nərimanovun 
başçılığı altında partiya, dövlət rəhbərlərindən və  fəhlə 
nümayəndələrindən ibarət komissiya Azərbaycanın Ucar, 
Göyçay, Gəncə, Qazax, Tovuz, Yevlax, Ağdam, Bərdə,  Şuşa, 
Şəki, Kürdəmir və s. yerlərinə getmiş,  şəhər zəhmətkeşləri və 
kəndlilərlə görüşmüşdür. O, getdiyi yerlərdə  əhalinin vəziyyəti 
ilə tanış olmuş  və onlar qarşısında çıxış edərək Azərbaycanda, 
ümumiyyətlə, bütün dünyada baş verən siyasi proseslər 
haqqında məlumat vermişdir. N.Nərimanov kəndliləri sovetlər 
ətrafında birləşməyə, sovet hökumətinin onlara verdiyi torpağı 
vaxtlı-vaxtında  əkib-becərməyə  və  əsl sahibi olmağa, 
əksinqilabçılardan qorumağa,  kənd məhsulları ilə Bakı 
fəhlələrinə yardım etməyə, Sovet Rusiyası ilə dostluğa və 
qardaşlığa çağıraraq demişdir: «Sovet Rusiyası ilə birləşdikdən 
sonra biz neft anbarlarını boşaltmağa, istehsalatımızı artırmağa, 
fəhlələri saxlamaq üçün vəsait  əldə etməyə… və azad Sovet 
Rusiyasının azad Sovet Azərbaycanının qarşılıqlı köməyi 
nəticəsində imkan tapdıq». 
1920-ci il dekabrın 22-29-da Moskvada VIII Ümumrusiya 
Sovetlər qurultayı oldu. Qurultay məşhur QOELRO (Rusiyanı 
Elektrikləşdirmək üçün Dövlət Komissiyası) planını qəbul etdi. 
Qurultayda ilk dəfə olaraq başda N.Nərimanov olmaqla 
Azərbaycan nümayəndələri də  iştirak etmiş  və N.Nərimanov 
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilmişdir. 
1921-ci il yanvar ayının  əvvəllərində N.Nərimanov 
Moskvada olarkən Sovet Rusiyasında yaşayan müsəlman 
xalqları kommunistlərinin müşavirəsi keçirilmişdir. Müşavirədə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə