Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 
58
1922-ci il dekabrın 10-13-də Bakıda I Zaqafqaziya 
Sovetlər qurultayı toplandı. N.Nərimanov qurultayı giriş nitqi ilə 
açaraq demişdir: «Bu təntənəli tarixi gündə bütün Zaqafqaziya 
zəhmətkeşlərinin ürəkləri sevinclə döyünür, çünki bu gün elə bir 
evin təməli qoyulur ki, həmin evdə Zaqafqaziyanın bütün 
zəhmətkeşləri öz kədər və sevinclərini bölüşdürəcəklər… 
Bu gün biz buradan bütün dünya zəhmətkeşlərinə var 
səsimizlə  qışqırmalıyıq ki, zəhmətkeşlərin öz məqsədlərinə 
doğru getmək istədikləri yol biz, Zaqafqaziya zəhmətkeşləri 
tərəfindən tapılmışdır». 
N.Nərimanov sonra qurultayın ikinci iclasında  ZSFSR-in 
fəaliyyəti haqqında rus və Azərbaycan dillərində məruzə etmiş, 
birinci iclasın sədri olmuş, Zaqafqaziya MİK üzvü və 
Ümumrusiya qurultayına nümayəndə seçilmişdir. 
1922-ci il dekabrın 30-da SSRİ I Sovetlər qurultayı 
çağırıldı. Qurultayda RSFSR, Ukrayna, Belorusiya və ZSFSR 
birləşərək SSRİ-ni yaratdılar. Qurultay SSRİ-nin ali qanunverici 
orqanını –SSRİ  MİK-i seçdi. 1923-cü il yanvarın 2-də SSRİ 
MİK-in birinci sessiyası oldu. Sessiya SSRİ MİK Rəyasət Heyə-
tini və SSRİ-nin yaradılmasında iştirak edən respublikaların 
sayına görə SSRİ MİK-in dörd sədrini – M.Kalinin, N.Nərima-
nov, Y.Petrovski, A.Çervyakovu seçmişdir. 
1923-1925-ci illərdə N.Nərimanov Moskvada SSRİ  MİK 
sədrlərindən biri kimi fəaliyyət göstərmişdir. O, bu dövrdə SSRİ 
MİK Rəyasət Heyətinin bir sıra iclaslarına  sədrlik və  iştirak 
etmiş, dekret, qərar, sərəncam, müraciətlərin hazırlanması  və 
verilməsində, SSRİ-nin ilk konstitusiyasının hazırlanmasında  
yaxından iştirak etmişdir. Eyni zamanda bu illərdə RK(b)P, 
Zak.ÖK, AK(b)P plenum, konfrans və qurultaylarında, SSRİ, 
ZSFSR və Azərbaycan Sovetlər qurultaylarında iştirak etmiş, 
MK bürolarına, rəyasət heyətlərinə üzv seçilmiş, bir sıra 
iclaslarına sədrlik etmişdir. 


 
59
1925-ci ilin fevral-mart aylarında Moskva, Tiflis və b. 
yerlərdə N.Nərimanovun ictimai, siyasi və ədəbi fəaliyyətinin 30 
illiyi təntənə ilə qeyd edilmişdir. 
Bununla belə, N.Nərimanov bir sıra sovet rəhbərləri və 
bəzi  şəxslər tərəfindən mənəvi təqiblərə  məruz qalmış, ona 
millətçi damğası vurulmuşdur. 
N.Nərimanov Moskvada 1925-ci il martın 19-da axşam 
qəflətən vəfat etmişdir. Martın 20-də xalqın vidalaşması üçün  
onun cənazəsi Sovetlər Evinin Sütunlu zalına qoyulmuşdur. 
Dəfni matəm günü elan edilmişdir. Martın 23-də N.Nərimanov 
Moskvada Qızıl meydanda, V.İ.Leninin Movzoleyinin yanında 
müsəlman qaydası ilə torpağa tapşırılmışdır. N.Nərimanov mü-
səlman Şərqinin Qızıl meydanda dəfn olunan ilk nümayəndəsi-
dir. 
Azərbaycan  KP MK-nın birinci katibi işləmiş H.Əliyevin 
təşəbbüsü və  rəhbərliyi ilə 70-ci illərin  əvvəllərində Bakıda 
N.Nərimanova möhtəşəm abidə qoyulmuşdur. 
 
*** 
 

 
Aqasiev V.Odesskie straniüı. Baku, 1981. 

 
Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai 
hərəkatlar Dövlət Arxivi. f.609, s.1, iş 1-6, 9, 21. 

 
Azərbaycan tarixi. C.2. Bakı, 1964. 

 
Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. Bakı, 
1964. 

 
Azərbaycan tarixi. C.3.H.1. Bakı, 1973. 

 
Azərbaycan Sovet Ensiklopediyası. C.VII. Bakı, 1983. 

 
Dubinskiy-Muxadze. N.Narimanov. M., 1978. 

 
Əhmədova F.Nəriman Nərimanov – ideal və gerçəklik 
(1920-ci il). Bakı, 1998. 

 
Əliyev H. Görkəmli dövlət və partiya xadimi Nəriman 
Nərimanov. Bakı, 1974. 


 
60

 
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957. 

 
İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist 
inqilabının qələbəsi. Bakı, 1970. 

 
Kaziev M.Nariman Narimanov. Baku, 1956 

 
Kaziev M.Nariman Narimanov. Baku, 1970. 

 
«Kaspi» qəzeti,1917, 16 aprel, №84; 18 aprel, №85. 

 
Nəriman Nərimanov. Məqalələr və nitqlər. C.1. Bakı, 1971. 

 
Köçərli F.Nəriman Nərimanov. Bakı, 1965. 

 
Qasımov M. Azərbaycan-Türkiyə diplomatik – siyasi 
münasibətləri (aprel 1920-ci il - dekabr 1922-ci il). Bakı, 
1998. 

 
Qasımov M. Xarici dövlətlər və Azərbaycan (aprel 
işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi 
münasibətlər). Bakı, 1998. 

 
Məmmədov V. Nəriman Nərimanov. Bakı, 1957. 

 
Məmmədli Y. Nəriman Nərimanov. 1870-1925 (həyat və 
yaradıcılığının salnaməsi). Bakı, 1987. 

 
Nariman Narimanov. İzbrannıe proizvedeniə. T.1.1890-
1917. Baku,1988. 

 
Nariman Narimanov. İzbrannıe proizvedeniə. T.2.1918-
1921. Baku, 1989 

 
Pervıy Zakavkazskiy scezd Sovetov. Tiflis, 1923. 

 
I sessiə Üentralğnoqo İspolnitelğnoqo Soöza Sovetskix 
Soüialistiçeskix Respublik. Moskva, 1923. 

 
Teymur Ə. Nəriman Nərimanov. Bakı, 1982. 
 
 
 
 
 
 
 


 
61
 
 
 
 


 
 
62
Mirzədavud Bağır oğlu 
Hüseynov 
2 may 1920 – dekabr 1921 
Azərbaycan SSR xalq xarici işlər 
komissarı 
yanvar 1923 – yanvar 1924 
ZSFSR xalq xarici işlər komissarı 
 
Azərbaycanın dövlət və ictimai 
xadimlərindən biri də Mirzədavud 
Bağır oğlu Hüseynovdur. 
M.Hüseynov 1894-cü ilin martında Bakı şəhərində ruhani 
ailəsində anadan olmuşdur. O, 1906-cı ildə ödənişsiz  şəhər 
məktəbini bitirmiş və Bakı realnı məktəbinə daxil olmuşdur. Bu 
dövrdə baş vermiş Rusiya inqilabı onun dünyagörüşünün 
formalaşmasında mühüm rol oynamışdır.  Şəhərdə baş verən 
nümayiş və çıxışlar zamanı kapitalistlərin və çar jandarmasının 
nümayiş  və mitinq iştirakçılarına qarşı  cəza tədbirləri 
M.Hüseynovun hərəkata qoşulmasında mühüm rol oynamışdır. 
O, məktəbdə gizli müsəlman  şagird dərnəyi təşkil etmişdir. 
Sonra  şəhərdəki müsəlman (azərbaycanlı)  şagird dərnəklərini 
birləşdirmişdir. Bu dərnəklərin  əsas məqsədi müsəlmanları çar 
hökuməti zülmündən azad etmək idi. Dərnəklərdə siyasi 
mühazirələr oxunur, siyasi tarix öyrənilirdi. 
1913-cü ildə Bakı realnı məktəbini müvəffəqiyyətlə bitirən 
M.Hüseynov Moskvaya gedərək Kommersiya İnstitutunun 
iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, Moskvada oxuduğu 
dörd il ərzində  əsas diqqətini siyasi iqtisadı  və dövlət 
maliyyəsini dərindən öyrənməyə vermişdir. 1917-ci ilin may 
ayında tam kursu dinləmiş  və bütün imtahanları verib Bakıya 
qayıtmışdır. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə