Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 
66
N.Nərimanov, S.Kirov,  G.Orcokinidze, M.Sübhi, Heydər 
Əmioğlu, Y.Stasova və b. ilə yanaşı M.Hüseynov da daxil oldu. 
1920-ci il oktyabrın 2-də Bakı Sovetinin sessiyası 
keçirildi. Sessiyanın gündəliyində birinci məsələ xalq xarici işlər 
komissarının «Çevriliş zamanından Sovet Azərbaycanının xarici 
siyasəti haqqında» məruzəsi idi. Bu məsələ haqqında 
M.Hüseynov geniş  və  ətraflı  məlumat vermişdir. O, 
məruzəsində Sovet Azərbaycanının yaxın qonşuları olan 
Gürcüstan və Ermənistanla, Azərbaycan neftinə böyük maraq 
göstərən Qərb dövlətləri ilə apardığı siyasi münasibətlərdən 
ətraflı danışmışdır. Eyni zamanda qeyd etmişdir ki, Tiflisdə 
olarkən ona Antanta dövlətlərinin nümayəndələri yaxınlaşmış və 
Azərbaycan üçün çox xeyirli mal mübadiləsi təklif etmişlər. 
Onlar Azərbaycan mazutunun əvəzində qatar, vaqon, sistern və 
s. verməyə hazır olduqlarını bildirmişlər. M.Hüseynov 
məruzəsində demişdir: «Bütün məsələ ondadır ki, biz öz 
neftimizə ancaq əmtəə kimi baxmırıq. Yox. Neft indi bizim 
qüdrətimizdir, … təkcə mal əldə etməyə deyil, cənab 
imperialistlərə  şərtlərimizi qəti surətdə  təklif etməyə imkan 
verir». 
1921-ci il mayın 6-19-da I Ümumazərbaycan Sovetlər 
qurultayı oldu. M.Hüseynov qurultayın Rəyasət Heyətinə 
seçilmiş  və qurultayın gündəliyinin 6-cı  məsələsinə dair – 
«Xarici siyasət haqqında» məruzə etmişdir. O, məruzəsində 
bildirmişdir ki, Azərbaycan  İnqilab Komitəsi çevrilişin ilk 
günündən Sovet Rusiyası ilə birlikdə Antantanın simasında 
bütün imperialistlərə qarşı mübarizə aparacağını bəyan etmişdir. 
Sovet Rusiyası indi bizə köməklik göstərir, biz də inqilabı 
müdafiə etmək məqsədi ilə borcumuzu yerinə yetirərək Sovet 
Rusiyasına neft göndəririk. Avropanın Litva, Estoniya, 
Almaniya,  İtaliya, Finlandiya və s. ölkələri ilə dostluq 
müqaviləsi bağlanmışdır və demək olar ki, müstəqilliyimizi 
tanıyırlar.  


 
67
1920-ci il mayın 14-də M.Hüseynov Bakıdakı  İran, 
Hollandiya,  İsveç, Danimarka, sonra isə Litva və Estoniya 
nümayəndələri ilə görüşərək Sovet Azərbaycanının onlarla 
hərtərəfli əlaqələr qurmağa hazır olduğunu bildirmişdir. 
M.Hüseynov xalq xarici işlər komissarı kimi bir sıra 
dövlətlərə  məktub, nota və teleqramlar göndərmiş, Tiflisdə 
ingilis və fransız nümayəndələri ilə  əsirlərin dəyişdirilməsinə 
dair danışıqlar aparmış, Bakıdakı xarici ölkə nümayəndəlikləri, 
Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə yazışmalar 
aparmışdır. Bununla belə, onun xalq xarici işlər komissarı 
işlədiyi müddətdə Azərbaycanın xarici ölkələrdəki 
nümayəndəlikləri ləğv edilmiş, Azərbaycanda fəaliyyət göstərən 
xarici dövlətlərin nümayəndəlikləri respublikadan çıxarılmışdır. 
M.Hüseynov I Ümumazərbaycan Sovetlər qurultayında 
Azərbaycan MİK üzvü seçilmiş  və Azərbaycan MİK-in mayın 
21-də keçirilmiş I sessiyasında Azərbaycan XKS tərkibinə daxil 
olmuş, xalq xarici işlər komissarı  və Ali İqtisadi  Şuranın sədri 
təsdiq edilmişdir. 
M.Hüseynov bu dövrdə Azərbaycanın əsas siyasi rəhbərlə-
rindən biri kimi respublikada sovet hakimiyyətinin 
möhkəmləndirilməsi, sosialist tədbirlərinin həyata keçirilməsi, 
yeni sovet iqtisadiyyatı və mədəniyyətinin yaradılması uğrunda 
var qüvvəsi ilə çalışmışdır. 
Azərbaycan MİK 1922-ci il 15 may tarixli qərarı ilə 
XXİK-i ləğv etdi. Azərbaycan XKS isə iyunun 21-də bu barədə 
müvafiq qərar qəbul etdi. 
1922-ci ildə Moskvaya çağırılmış M.Hüseynov RSFSR 
milli işlər komissarının müavini vəzifəsində çalışmışdır. 
1922-1929-cu illərdə M.Hüseynov bir sıra rəhbər 
vəzifələrdə çalışmışdır. O, ZSFSR XKS sədrinin müavini, xarici 
işlər komissarı, maliyyə komissarı olmuşdur. M.Hüseynov bu 
vəzifələrdə Zaqafqaziya respublikalarının sənayesinin, kənd 
təsərrüfatının inkişaf etməsi, maliyyə cəhətdən möhkəmlənməsi 
sahəsində xeyli əmək sərf etmiş  və özünü böyük və bacarıqlı 


 
68
təşkilatçı kimi göstərmişdir. M.Hüseynov bu dövrdə 
Zaqafqaziyada ağır sənayenin və kimya sənayesinin inkişaf 
etdirilməsinə böyük diqqət yetirmişdir. O, qeyd edirdi ki, kənd 
təsərrüfatının səmərələşdirilməsi, yeni fabrik və zavodların 
tikilməsi kimya sənayesinin inkişafından asılıdır. 
ÜİK(b)P MK M.Hüseynovu Moskvaya çağırmış  və onu 
rəhbər partiya işinə göndərmişdir. O, 1931-1934-cü illərdə 
Tacikistan Kommunist Partiyası MK-nın birinci katibi 
vəzifəsində çalışmışdır. Tacik xalqı birinci beşillikdə 
sənayeləşmə sahəsində bir sıra nailiyyətlər əldə etmişdir. Tacik 
xalqının bu müvəffəqiyyətlərində M.Hüseynovun da zəhməti 
böyük olmuşdur. O, Tacikistanın mərkəzi Stalinabadın 
elektrikləşdirilməsi və radiolaşdırılmasında, kollektivləşmənin 
genişlənməsində, savadsızlığın ləğvində xeyli iş görmüşdür. 
M.Hüseynov ömrünün son illərində Moskvada işləmişdir. 
1934-1937-ci illərdə o, RSFSR Xalq Maarif Komissarlığında 
qeyri-rus natamam və orta məktəblər  idarəsi rəisinin müavini 
işləmişdir. O, SSRİ-də  sənayeləşmə  və kollektivləşmənin başa 
çatdığı bir dövrdə savadsızlığın tamamilə  ləğv edilməsi və 
ümumi yeddillik  təhsil sisteminə keçilməsi, yeni-yeni 
məktəblərin açılması sahəsində əzmlə çalışmışdır. 
M.Hüseynov dəfələrlə AK(b)P MK, ÜİK(b)P MK 
Zaqafqaziya Ölkə Komitəsi, Orta Asiya bürolarının, 
Azərbaycan, ZSFSR, Tacikistan, SSRİ  MİK üzvü, plenum, 
konfrans, sessiya və qurultayların nümayəndəsi olmuşdur. 
M.Hüseynov 1937-ci ildə repressiya edilərək öldürülmüş-
dür. 
 
 
*** 
 

 
Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai 
Hərəkatlar Dövlət arxivi. F.1, s.122, iş 206; F.268, s.23, iş 
182, 185, 186. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə